10 aprel 2012 02:06
Azərbaycan idmançısı Avropa çempionu oldu
Türkiyənin Antalya şəhərində ağırlıqqaldırma üzrə Avropa çempionatına start verilib. Azerisport.az xəbər verir ki, yarışın ilk günü təmsilçilərimiz üçün uğurlu olun. Qadınların mübarizəsində Silviya Angelova (48 kq) 2 hərəkətdə 175 kq (78 kq + 97 kq ) qaldıraraq, bürünc medal qazanıb.
Daha bir atletimiz – Valentin Xristov (56 kq) isə iki hərəkətin cəmində 280 kq (125 kq + 155 kq) nəticə ilə qitə çempionu adını qazanıb.
Qeyd edək ki, xanım ağırlıqqaldıranlarımız yaxşı çıxış edəcəkləri halda, London olimpiadasına 1 vəsiqə qazanacaqlar.
