27 mart 2012 12:39

Azərbaycanın tanınmış idmançısı karyerasını başa vurdu

Azərbaycanın ən tanınmış ağırlıqqaldıranlarından olan Turan Mirzəyev idmançı karyerasını başa vurub. Azerisport.az xəbər verir ki, bu haqda 33 yaşlı atletimizin özü məlumat verib.
 
O, təqribən 10 il öncə belindən aldığı zədəni səbəb göstərib. Mirzəyev bildirib ki, dağıstanlı Əfsət Əfsətovun yığmamızda baş məşqçi kimi çalışdığı dövrdə - Rusiyanın paytaxtı Moskvada təlim-məşq toplantısında olduqları vaxt zədələnib: “Onurğa sütunumda fəqərələrarası disk yerindən tərpənmişdi. Bu da özünü yarışlarda büruzə verirdi. Moskvada zədə ilə üzləşdiyim vaxt bu sahədə bir peşəkar həkim məni müalicə etmişdi. Lakin sonradan eyni problem təkrarlananda onunla əlaqə yarada bilmədim. Nəticədə belimdəki zədələr özünü çıxış etdiyim yarışlarda da göstərməyə başladı”.
 
Hazırda ticarətlə məşğul olduğunu deyən Mirzəyev Azərbaycan Ağır Atletika Federasiyasından aldığı məşqçilik təklifini qəbul etməyib. Təcrübəli idmançı imtina qərarını belə əsaslandırıb: “Federasiyanın icraçı direktoru İskəndər Əsgərov mənə deyir ki, ayda 500 manat maaş veririk, gəl, sıravi məşqçi işlə. Amma bilirsiniz, mən müstəqil Azərbaycan idmanı tarixində ən yaxşı nəticə verən iki ağırlıqqaldırandan biriyəm. İkiqat dünya və Avropa çempionu Nizami Paşayev qardaşımızdır. Başqa cür çıxmasın: Paşayev ölkəmizə gələnədək Rusiyada yaşayıb, orada məşqlərə başlayıb. Mən isə sırf Azərbaycanda yetişən idmançı olmuşam. Paşayevin əsas millimizə baş məşqçi təyinatını alqışlayıram. Onu belə yüksək vəzifəyə təyin edirlərsə, mənə də gənclər və ya yeniyetmələrdən ibarət yığmamızda baş məşqçilik təklif edə bilərdilər”.
 
Mirzəyev zədəli olmasına rəğmən, 2010-cu ildə Türkiyənin Antalya şəhərində keçirilmiş dünya çempionatında olimpiya lisenziyası üçün xallar verdiyini xatırladıb. Bununla belə, o, gənclərə yol açmaq üçün karyerasını başa vurmağı məqsədəuyğun saydığını bildirib.
 
Qeyd edək ki, Turan Mirzəyev idmançı karyerası ərzində Avropa çempionatlarında gümüş (2002) və bürünc (2001), dünya çempionatında isə bürünc (2003) medal qazanıb. O, Sidney (2000), Afina (2004) və Pekin (2008) Yay Olimpiya Oyunlarında iştirak etsə də, mükafatçılar sırasına düşə bilməyib. (lent.az)

Похожие новости

Ağır atletika 12 sentyabr

Səbinə Əzimova ikiqat Avropa çempionu oldu!

Polşanın Novı Tomısl şəhərində keçirilən yaşı 15 və 17-yə qədər olan yeniyetmə qızlar və oğlan atletlər arasında Avropa birinciliyi davam edir
Ağır atletika 17 iyul

Sərdar Həsənov: Bu xəbəri eşidəndə şoka düşdüm

Ağır atletika yığmamızda sonuncu dopinqə düşən idmançı Sərdar Həsənov (69 kq) oldu.
Ağır atletika 12 iyul

Ağır atletika üzrə yığma komandaların baş məşqçiləri bəlli oldu

İyulun 8-də Xırdalanda ağır atletika yığmalarının əsas təlim-məşq bazasının yerləşdiyi AAAF Park Yaşayış Kompleksinin konfrans zalında federasiyanın rəhbər heyəti – Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) baş katibi Rizvan Rəsulov, vitse-prezident Ruslan Xanverdiyev və böyük məşqçi Tofiq Heydərov ilə məşqçilər arasında növbəti yığıncaq keçirilib
Ağır atletika 04 iyul

Ağır Atletika Federasiyası arbitraj məhkəməsinə üz tutdu

Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) ölkəmizin olimpiya lisenziyalarından məhrum edilməsi barədə qərarına İdman Arbitraj Məhkəməsində etiraz edilməsi məsələsini müzakirə edir.
Ağır atletika 23 iyun

IWF Azərbaycanın Rio-2016-ya iki lisenziyasını ləğv etdi

Beynəlxalq ağır atletika federasiyası (IWF) bu idman növü üzrə Rio-2016-ya vəsiqə qazanmış bəzi idmançıları lisenziyasından məhrum edib.
Ağır atletika 21 iyun

AAAF islahatlara başladı: yeni vitse-prezident, baş katib və baş məşqçi!

Azərbaycan Ağır Atletika Federasiyasının Prezidenti Cahangir Əsgərovun əmri ilə Ruslan Xanverdiyev Azərbaycan Federasiyasının yeni vitse-prezidenti, Rizvan Rəsulov - baş katib, Tofiq Heydərov isə Azərbaycan yığmasının baş məşqçisi təyin olunub.
Ağır atletika 21 iyun

Ağır atletikamızda dopinq dalğası davam edir

Ağır atletikamızda dopinq dalğası davam edir.
Ağır atletika 13 iyun

Valentin Xristov: O bilə-bilə bizi dopinqə salıb

ABŞ-ın Hyuston şəhərində keçirilən ağır atletika üzrə dünya çempionatında bürünc medal qazanan Valentin Xristov (62 kq) dopinqə görə medalından məhrum oldu.
Ağır atletika 13 iyun

İntiqam Zairov: Məncə burada siyasət rol oynayır

Ağır atletika yığmamızın cəzalanan idmançılarından biri də İntiqam Zairovdur.