27 mart 2012 14:08
Azərbaycan AÇ üçün heyətini açıqladı
Ağır atletika üzrə qadınlardan ibarət yığmamızın qarşıdakı Avropa çempionatında iştirak edəcək heyəti açıqlanıb. Azerisport.az xəbər verir ki, yığmamız Türkiyədə keçiriləcək növbəti qitə birinciliyinə aşağıdakı idmançılarla yollanacaq:
Silviya Angelova (48 kq), Boyanka Kostova (58 kq), Alena Kirilenko (69 kq), Yuliya Dovqal (75 kq-dan yuxarı).
Silviya Angelova (48 kq), Boyanka Kostova (58 kq), Alena Kirilenko (69 kq), Yuliya Dovqal (75 kq-dan yuxarı).
Qeyd edək ki, Azərbaycan millisinin hədəfi bu çempionatın ilk altılığına düşməkdi. Çünki yalnız bu halda yığmamız London olimpiadasına daha bir lisenziya qazana biləcək.
