14 sentyabr 2011 15:41

İdmançımız dünya rekorduna imza atdı

Rumıniyanın paytaxtı Buxarest şəhərində gənclər və yaşı 23-ə qədər olan idmançılar arasında ağır atletika üzrə Avropa çempionatında yarışların ikinci gününə yekun vurulub. Azerisport.az xəbər verir ki, “Zirvə” İdman Klubunun istedadlı atleti Firudin Quliyev möhtəşəm nəticə göstərərək adını tarixə yazdırıb.
 
Belə ki, 69 kq çəki dərəcəsində mübarizə aparan gənc idmançımız təkanla qaldırmada yeniyetmələr arasında dünya rekordunu yeniləyib. 17 yaşlı ağır atletimiz əvvəlcə birdən qaldırmada mübarizəyə qoşulub. Əvvəlcə 126, sonra isə 130 kq-lıq ştanqı başı üzərinə qaldıran Firudin, 133 kq-ın öhdəsindən gələ bilməyib. Bu nəticə ilə o, birdən qaldırmada 9-cu yeri tutub.
 
Ancaq millimizin üzvü bu uğursuzluqdan sonra ruhdan düşməyib və gücünü toplayaraq fantastik nəticə göstərib. Firudin Quliyev təkanla qaldırmada 173 kq çəkini başı üzərinə qaldıraraq 10 illik həsrətimizə son qoyub. Sonuncu dəfə 2001-ci ildə hazırda yeniyetmələrdən ibarət yığmamızın baş məşqçisi olan Nizami Paşayevin qazandığı gümüş medaldan sonra, Azərbaycan milli komandası gənclərin yarışında medal üzünə həsrət idi. 17 yaşı  olan idmançının 20 yaşlı həmkarları arasında belə uğur qazanması sadəcə, möhtəşəmdi.
 
2005-ci ildə Slovakiyanın Trençin şəhərində keçirilən Avropa çempionatında Albaniya idmançısı Erkand Gerimay 172 kq çəkini təkanla qaldırmışdı. Firudin Quliyev 6 ildi qüvvədə qalan və üstələnməyən bu nəticədən 1 kq artıq qaldıraraq müasir Azərbaycan idman tarixinin ən perspektivli, ən istedadlı, ən bacarıqlı idmançılarından birini olduğunu sübut edib. Firudin əvvəlcə 167 kq-ı qaldırıb. Daha sonra 171 kq-ın öhdəsindən gələn Quliyev, son cəhdində dünya rekordunu sifariş verib. Növbəti mövsümdən etibarən yaşına görə yeniyetmələrin yarışında iştirak edə bilməyəcək idmançımız üçün bu, rekord üçün son şans idi. 173 kq çəkini qaldıraraq o, həm təkanla qaldırma hərəkətində Avropa çempionu adını qazanacaq, həm də dünya rekordçusu olacaqdı. Gənc, enerjili, böyük istedada malik ağır atletimiz bu iki vacib hədəfin öhdəsindən mahircəsinə gəldi. Toplamda 303 kq (130 kq + 173 kq) nəticə göstərən idmançımız ümumi nəticədə bürünc medala yiyələndi.
 
Bu çəkidə daha bir gənc atletimiz də iştirak edib. 2010-cu il yeniyetmələr arasında Sinqapur Olimpiya Oyunlarının qalibi olan Nicat Rəhimov, karyerasında ilk dəfə gənclər arasında Avropa çempionatına qatılıb. Nəzərə alsaq ki, bu onun ilk belə yarışıdı, göstərilən nəticəni qənaətbəxş saymaq olar. Birdən qaldırmada 132 kq, təkanla qaldırmada isə 155 kq çəkini başı üzərinə qaldıran Nicat, toplamda 287 kq nəticə ilə ümumi sıralamada 8-ci yeri tutub.

Похожие новости

Ağır atletika 12 sentyabr

Səbinə Əzimova ikiqat Avropa çempionu oldu!

Polşanın Novı Tomısl şəhərində keçirilən yaşı 15 və 17-yə qədər olan yeniyetmə qızlar və oğlan atletlər arasında Avropa birinciliyi davam edir
Ağır atletika 17 iyul

Sərdar Həsənov: Bu xəbəri eşidəndə şoka düşdüm

Ağır atletika yığmamızda sonuncu dopinqə düşən idmançı Sərdar Həsənov (69 kq) oldu.
Ağır atletika 12 iyul

Ağır atletika üzrə yığma komandaların baş məşqçiləri bəlli oldu

İyulun 8-də Xırdalanda ağır atletika yığmalarının əsas təlim-məşq bazasının yerləşdiyi AAAF Park Yaşayış Kompleksinin konfrans zalında federasiyanın rəhbər heyəti – Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) baş katibi Rizvan Rəsulov, vitse-prezident Ruslan Xanverdiyev və böyük məşqçi Tofiq Heydərov ilə məşqçilər arasında növbəti yığıncaq keçirilib
Ağır atletika 04 iyul

Ağır Atletika Federasiyası arbitraj məhkəməsinə üz tutdu

Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) ölkəmizin olimpiya lisenziyalarından məhrum edilməsi barədə qərarına İdman Arbitraj Məhkəməsində etiraz edilməsi məsələsini müzakirə edir.
Ağır atletika 23 iyun

IWF Azərbaycanın Rio-2016-ya iki lisenziyasını ləğv etdi

Beynəlxalq ağır atletika federasiyası (IWF) bu idman növü üzrə Rio-2016-ya vəsiqə qazanmış bəzi idmançıları lisenziyasından məhrum edib.
Ağır atletika 21 iyun

AAAF islahatlara başladı: yeni vitse-prezident, baş katib və baş məşqçi!

Azərbaycan Ağır Atletika Federasiyasının Prezidenti Cahangir Əsgərovun əmri ilə Ruslan Xanverdiyev Azərbaycan Federasiyasının yeni vitse-prezidenti, Rizvan Rəsulov - baş katib, Tofiq Heydərov isə Azərbaycan yığmasının baş məşqçisi təyin olunub.
Ağır atletika 21 iyun

Ağır atletikamızda dopinq dalğası davam edir

Ağır atletikamızda dopinq dalğası davam edir.
Ağır atletika 13 iyun

Valentin Xristov: O bilə-bilə bizi dopinqə salıb

ABŞ-ın Hyuston şəhərində keçirilən ağır atletika üzrə dünya çempionatında bürünc medal qazanan Valentin Xristov (62 kq) dopinqə görə medalından məhrum oldu.
Ağır atletika 13 iyun

İntiqam Zairov: Məncə burada siyasət rol oynayır

Ağır atletika yığmamızın cəzalanan idmançılarından biri də İntiqam Zairovdur.