8 sentyabr 2011 00:43
Yığmamızın Avropa çempionatında iştirak edəcək heyəti açıqlandı
Sentyabrın 9-dan 18-dək Buxarestdə gənclər arasında ağır atletika üzrə Avropa çempionatı keçiriləcək. Azerisport.az xəbər verir ki, ölkəmizi baş məşqçi Xanlar Nəbiyev və məşqçi Azad Nurməmmədovun rəhbərliyi altında 5 idmançı təmsil edəcək.
Artıq onların adları da açıqlanıb. Belə ki, Rumıniyaya Firudin Quliyev, Nicat İbrahimov (hər ikisi 69 kq), Kamran İsmayılov (77 kq), Mirhüseyn Hüseynov (85 kq) və Rauf Nəbiyev (62 kq) aparılacaq.
