28 avqust 2011 11:40

Yığmamız AÇ-dən 10 medalla qayıdır

Polşanın Çexanov şəhərində keçirilən yeniyetmələr arasında 9-cu Avropa çempionatında 85 kq-da yarışlara yekun vurulub. Azerisport.az xəbər verir ki, Bakının “Gənclik” klubunun nümayəndəsi Nailxan Nəbiyev körpücük üzərinə çıxıb.
 
17 yaşlı ağır atletimiz bütün rəqiblərindən daha hazırlıqlı, daha güclü olduğunu sübut edib. Lakin idmançımız birdən qaldırmada ilk olaraq yalnız bürünc medalla kiyafətlənib. İlk cəhdində 146 kq-ı başı üzərinə qaldıran Nailxan Nəbiyev, elə bu cəhdlə minimum üçüncü olmağı təmin edib. Erməni Mikayel Makayelyan birdən qaldırmada idmançımızdan 6 kq və üç pillə geridə qalıb. Bütün rəqibləri öz cəhdlərini baş vurandan sonra 153 kq-a yaxınlaşan gənc ağır atletimiz ilk cəhdində uğursuzluqla üzləşib. Ancaq mübarizlik nümayiş etdirən Nailxan, ikinci cəhdində bu çəkini başı üzərinə qaldırıb. Amma ştanqın özündən arxaya düşməsinə mane ola bilməyən Nəbiyev, 146 kq çəki dərəcəsini yaxşılaşdıra bilməyib.
 
Ancaq təcrübəli mütəxəssis, tanınmış məşqçi Xanlar Nəbiyevin oğlu və eyni zamanda tələbəsi olan Nailxan Nəbiyev, ruhdan düşməyərək gücünü bütün Avropaya göstərməyə nail olub. Təkanla qaldırmaya 181 kq-la başlayan ağır atletimiz bu çəkinin öhdəsindən gələrək, ilk cəhdindəcə həm bu növdə, həm də toplamda Avropa çempionu adını qazanıb. Yalnız 4-cü pillədə qərarlaşmağa gücü çatan erməni idmançı Mikayel Makayelyan azərbaycanlı pəhləvanımızdan 18 kq az nəticə göstərib. Bu isə düşmən ölkənin tam fiaskosu deməkdi.
 
Özünəinam, mübarizlik, əzm və pəhləvanlıq nümunəsi göstərən Nailxan, Azərbaycan bayrağını yüksəklərə qaldırmağa nail oldu. Himnimizi Avropada hamıya dinlətdirən Nailxan Nəbiyev gələcəkdə daha böyük uğurlar qazanmağa qadir və buna potensialı olduğunu göstərə bildi. Halal olsun!
 
Nailxanın bu qələbəsiylə Avropa çempionatında Azərbaycan milli komandasının medal sayı 10-a çatdı. Qeyd etmək lazımdır ki, Nəbiyev bu turnirdə çıxış edən sonuncu idmançımız idi. Bu səbəbdən də bu qələbə həm də ümumilik Avropa çempionatına çox gözəl notlarla yekun vurmağımıza imkan yaratdı.
 
Nailxan Nəbiyevə qədər Allahyar Abışov (3 bürünc medal), Paşa İbrahimli (üç qızıl medal) və Elxan Əliquluzadə (bir qızıl və bir bürünc medal) ölkəmizin medal sayının çoxalmasını təmin etdilər.

Похожие новости

Ağır atletika 12 sentyabr

Səbinə Əzimova ikiqat Avropa çempionu oldu!

Polşanın Novı Tomısl şəhərində keçirilən yaşı 15 və 17-yə qədər olan yeniyetmə qızlar və oğlan atletlər arasında Avropa birinciliyi davam edir
Ağır atletika 17 iyul

Sərdar Həsənov: Bu xəbəri eşidəndə şoka düşdüm

Ağır atletika yığmamızda sonuncu dopinqə düşən idmançı Sərdar Həsənov (69 kq) oldu.
Ağır atletika 12 iyul

Ağır atletika üzrə yığma komandaların baş məşqçiləri bəlli oldu

İyulun 8-də Xırdalanda ağır atletika yığmalarının əsas təlim-məşq bazasının yerləşdiyi AAAF Park Yaşayış Kompleksinin konfrans zalında federasiyanın rəhbər heyəti – Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) baş katibi Rizvan Rəsulov, vitse-prezident Ruslan Xanverdiyev və böyük məşqçi Tofiq Heydərov ilə məşqçilər arasında növbəti yığıncaq keçirilib
Ağır atletika 04 iyul

Ağır Atletika Federasiyası arbitraj məhkəməsinə üz tutdu

Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) ölkəmizin olimpiya lisenziyalarından məhrum edilməsi barədə qərarına İdman Arbitraj Məhkəməsində etiraz edilməsi məsələsini müzakirə edir.
Ağır atletika 23 iyun

IWF Azərbaycanın Rio-2016-ya iki lisenziyasını ləğv etdi

Beynəlxalq ağır atletika federasiyası (IWF) bu idman növü üzrə Rio-2016-ya vəsiqə qazanmış bəzi idmançıları lisenziyasından məhrum edib.
Ağır atletika 21 iyun

AAAF islahatlara başladı: yeni vitse-prezident, baş katib və baş məşqçi!

Azərbaycan Ağır Atletika Federasiyasının Prezidenti Cahangir Əsgərovun əmri ilə Ruslan Xanverdiyev Azərbaycan Federasiyasının yeni vitse-prezidenti, Rizvan Rəsulov - baş katib, Tofiq Heydərov isə Azərbaycan yığmasının baş məşqçisi təyin olunub.
Ağır atletika 21 iyun

Ağır atletikamızda dopinq dalğası davam edir

Ağır atletikamızda dopinq dalğası davam edir.
Ağır atletika 13 iyun

Valentin Xristov: O bilə-bilə bizi dopinqə salıb

ABŞ-ın Hyuston şəhərində keçirilən ağır atletika üzrə dünya çempionatında bürünc medal qazanan Valentin Xristov (62 kq) dopinqə görə medalından məhrum oldu.
Ağır atletika 13 iyun

İntiqam Zairov: Məncə burada siyasət rol oynayır

Ağır atletika yığmamızın cəzalanan idmançılarından biri də İntiqam Zairovdur.