24 avqust 2011 15:50

Millimizin üzvü Avropa çempionu oldu

Polşanın Çexanov şəhərində keçirilən yeniyetmələrin 9-cu Avropa çempionatında birinci günə yekun vurulub. Günün sonu bizim üçün çox gözəl alınıb. Azerisport.az xəbər verir ki, "Zirvə" İdman Klubunun 16 yaşlı idmançısı Paşa İbrahimli, möhtəşəm nəticəyə imza ataraq 56 kq çəki dərəcəsində Avropa çempionu olub.
 
Anar Qasımovun yetirməsi olan İbrahimli ilk cəhdində 97 kq çəkinin öhdəsindən gəlib. Daha sonra 102 kq və 105 kq çəkini başı üzərinə qaldıran gənc ağırlıqqaldıranımız, birdən qaldırmada qızıl medal qazanıb.
 
Təkanla qaldırmaya 120 kq ağırlıqla başlayan Paşa İbrahimli bu çəkinin öhdəsindən məharətli gəldi. O, bu çəkini qaldıranda təkanla qaldırmada cəmi üç rəqibi qalmışdı. Yəni idmançımızın sifariş verdiyi çəki artıq medal demək idi. Bu səbəbdən də o, 120 kq-ı qaldırmaqla ən azı bürünc medalı təmin etdi. Ancaq gənc idmançımız bununla kifayətlənmək fikrində deyildi və mübarizəni sona qədər davam etdirdi.
 
Əsl pəhləvan kimi 125 kq çəkiyə yaxınlaşan idmançımız onun öhdəsindən çox asanlıqla gəldi. Yeganə rəqibi - rus Asali Abdulhaşimovu xeyli qabaqlayan Azərbaycanlı ağır atletimiz 128 kq çəkini başı üzərinə qaldıraraq Avropanın ən yaxşısı adını qazandı.
 
Bütün altı cəhdinin altısını da uğurla yerinə yetirən və toplamda 233 kq (105+128) çəki nəticə nümayiş etdirən Paşa İbrahimli Avropadakı rəqiblərini darmadağın etdi desək, yanılmarıq. O, ən yaxın rəqibi - gümüş medalçı rus Abdulahşimovdan 9 kq daha yaxşı nəticə göstərdi. Qələbəsinə heç bir şübhə yeri qoymayan gəncimiz Avropanı fəth etdi.

Похожие новости

Ağır atletika 12 sentyabr

Səbinə Əzimova ikiqat Avropa çempionu oldu!

Polşanın Novı Tomısl şəhərində keçirilən yaşı 15 və 17-yə qədər olan yeniyetmə qızlar və oğlan atletlər arasında Avropa birinciliyi davam edir
Ağır atletika 17 iyul

Sərdar Həsənov: Bu xəbəri eşidəndə şoka düşdüm

Ağır atletika yığmamızda sonuncu dopinqə düşən idmançı Sərdar Həsənov (69 kq) oldu.
Ağır atletika 12 iyul

Ağır atletika üzrə yığma komandaların baş məşqçiləri bəlli oldu

İyulun 8-də Xırdalanda ağır atletika yığmalarının əsas təlim-məşq bazasının yerləşdiyi AAAF Park Yaşayış Kompleksinin konfrans zalında federasiyanın rəhbər heyəti – Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) baş katibi Rizvan Rəsulov, vitse-prezident Ruslan Xanverdiyev və böyük məşqçi Tofiq Heydərov ilə məşqçilər arasında növbəti yığıncaq keçirilib
Ağır atletika 04 iyul

Ağır Atletika Federasiyası arbitraj məhkəməsinə üz tutdu

Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) ölkəmizin olimpiya lisenziyalarından məhrum edilməsi barədə qərarına İdman Arbitraj Məhkəməsində etiraz edilməsi məsələsini müzakirə edir.
Ağır atletika 23 iyun

IWF Azərbaycanın Rio-2016-ya iki lisenziyasını ləğv etdi

Beynəlxalq ağır atletika federasiyası (IWF) bu idman növü üzrə Rio-2016-ya vəsiqə qazanmış bəzi idmançıları lisenziyasından məhrum edib.
Ağır atletika 21 iyun

AAAF islahatlara başladı: yeni vitse-prezident, baş katib və baş məşqçi!

Azərbaycan Ağır Atletika Federasiyasının Prezidenti Cahangir Əsgərovun əmri ilə Ruslan Xanverdiyev Azərbaycan Federasiyasının yeni vitse-prezidenti, Rizvan Rəsulov - baş katib, Tofiq Heydərov isə Azərbaycan yığmasının baş məşqçisi təyin olunub.
Ağır atletika 21 iyun

Ağır atletikamızda dopinq dalğası davam edir

Ağır atletikamızda dopinq dalğası davam edir.
Ağır atletika 13 iyun

Valentin Xristov: O bilə-bilə bizi dopinqə salıb

ABŞ-ın Hyuston şəhərində keçirilən ağır atletika üzrə dünya çempionatında bürünc medal qazanan Valentin Xristov (62 kq) dopinqə görə medalından məhrum oldu.
Ağır atletika 13 iyun

İntiqam Zairov: Məncə burada siyasət rol oynayır

Ağır atletika yığmamızın cəzalanan idmançılarından biri də İntiqam Zairovdur.