13 avqust 2011 00:25

AÇ-2012 Lənkəranda keçiriləcək

2012-ci ildə Usta Ağır Atletlər arasında XXII Avropa çempionatı Lənkəran şəhərində keçiriləcək. Azerisport.az xəbər verir ki, bu barədə Usta Ağır Atletlərin Avropa Komitəsinin Avstriyanın Linç şəhərində 34 ölkənin iştirakı ilə kerilən konqresində qərar qəbul olunub.
 
Avropa çempionatına hazırlıq işləri ilə tanış olmaq məqsədilə Usta Ağır Atletlərin Avropa Komitəsinin sədri Vilyam Barton, Dopinqə Nəzarət Komissiyasının katibi Mel Barton, Azərbaycan Ağır Atletika Federasiyasının vitse prezidenti Tofiq Heydərov və Veteran Ağır Atlet İctimai Birliyinin sədr müavini Rizvan Rəsulov 11 avqust 2011-ci il tarixdə Lənkəran Şəhər İcra Hakimiyyətinin Başçısı cənab Tofiq İbrahimovun qəbulunda olublar. Qəbul zamanı Lənkəran Şəhər İcra Hakimiyyətinin Başçısı Azərbaycanda idmana göstərilən dövlət qayğısından danışıb, Lənkəran rayonu haqqında məlumat verib, 2012-ci ildə keçiriləcək Usta Ağır Atletlər arasında XXII Avropa   çempionatının Lənkəran şəhərinə salınmasının heç də təsadüfü olmadığını bildirib. İlk dəfə müstəqil olaraq ölkəmizin 1996-cı ildə dünya olimpiya oyunlarına qoşulduğunu, həmin ildən etibarən Lənkəran ağır-atletləri bugünə qədər keçirilən dünya və olimpiya yarışlarında iştirak etdiyi barədə qonaqlara məlumat verib.
 
Qəbuldan sonra qonaqlar Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzinə baş çəkmiş  və Olimpiya Kompleksi ilə tanış olublar.

Похожие новости

Ağır atletika 12 sentyabr

Səbinə Əzimova ikiqat Avropa çempionu oldu!

Polşanın Novı Tomısl şəhərində keçirilən yaşı 15 və 17-yə qədər olan yeniyetmə qızlar və oğlan atletlər arasında Avropa birinciliyi davam edir
Ağır atletika 17 iyul

Sərdar Həsənov: Bu xəbəri eşidəndə şoka düşdüm

Ağır atletika yığmamızda sonuncu dopinqə düşən idmançı Sərdar Həsənov (69 kq) oldu.
Ağır atletika 12 iyul

Ağır atletika üzrə yığma komandaların baş məşqçiləri bəlli oldu

İyulun 8-də Xırdalanda ağır atletika yığmalarının əsas təlim-məşq bazasının yerləşdiyi AAAF Park Yaşayış Kompleksinin konfrans zalında federasiyanın rəhbər heyəti – Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) baş katibi Rizvan Rəsulov, vitse-prezident Ruslan Xanverdiyev və böyük məşqçi Tofiq Heydərov ilə məşqçilər arasında növbəti yığıncaq keçirilib
Ağır atletika 04 iyul

Ağır Atletika Federasiyası arbitraj məhkəməsinə üz tutdu

Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) ölkəmizin olimpiya lisenziyalarından məhrum edilməsi barədə qərarına İdman Arbitraj Məhkəməsində etiraz edilməsi məsələsini müzakirə edir.
Ağır atletika 23 iyun

IWF Azərbaycanın Rio-2016-ya iki lisenziyasını ləğv etdi

Beynəlxalq ağır atletika federasiyası (IWF) bu idman növü üzrə Rio-2016-ya vəsiqə qazanmış bəzi idmançıları lisenziyasından məhrum edib.
Ağır atletika 21 iyun

AAAF islahatlara başladı: yeni vitse-prezident, baş katib və baş məşqçi!

Azərbaycan Ağır Atletika Federasiyasının Prezidenti Cahangir Əsgərovun əmri ilə Ruslan Xanverdiyev Azərbaycan Federasiyasının yeni vitse-prezidenti, Rizvan Rəsulov - baş katib, Tofiq Heydərov isə Azərbaycan yığmasının baş məşqçisi təyin olunub.
Ağır atletika 21 iyun

Ağır atletikamızda dopinq dalğası davam edir

Ağır atletikamızda dopinq dalğası davam edir.
Ağır atletika 13 iyun

Valentin Xristov: O bilə-bilə bizi dopinqə salıb

ABŞ-ın Hyuston şəhərində keçirilən ağır atletika üzrə dünya çempionatında bürünc medal qazanan Valentin Xristov (62 kq) dopinqə görə medalından məhrum oldu.
Ağır atletika 13 iyun

İntiqam Zairov: Məncə burada siyasət rol oynayır

Ağır atletika yığmamızın cəzalanan idmançılarından biri də İntiqam Zairovdur.