13 aprel 2011 18:02

Millimizin baş məşqçisi: Bizə daha böyük problemlər yarada bilərdilər

Azərbaycanın ağır atletika üzrə yığma komandasının baş məşqçisi Yanko Rusev azerisport.az saytına müsahibəsində millimizin üzvü Valentin Xristovun diskvalifikasiya olunmasından və digər məsələlərdən danışıb.
 
- Valentin Xristovla bağlı problemlə bağlı nə deyə bilərsiz?
- Aprelin 6-da Xristov Azərbaycan vətəndaşlığı aldı. Bu isə, onun yığmamızın heyətində çıxış etməsinə şərait yaradırdı. Problem ondan qaynaqlanıb ki, Bolqarıstan Ağır Atletika Federasiyasında rəhbər dəyişikliyi olub. Orda prezident yoxdu və demək olar ki, struktur işləmir. Biz sadəcə onlardan bununla bağlı razılıq ala bilməmişdik.
 
- Bəs sizin bununla bağlı beynəlxalq federasiyalara göndərdiyiniz xahişlər qəbul edilmişdi?
- Bəli. Avropa Ağır Atletika Federasiyası bizə Xristovun xidmətindən yararlanmağa razılıq vermişdi. Sonradan bolqar tərəfinin də beynəlxalq qurumlara razılığının vacibliyi məlum oldu.
 
- Qızıl medalımızın qaytarılması realdımı?
- Xeyr. Artıq onu bizə heç kim qaytarmayacaq. Şəxsən mən bu qərara təkzib vermək istəməzdim. Özü də bu çempionat rəsmi xarakter daşımırdı. Əgər bu, Londona lisenziya xarakteri daşısaydı, onda başqa məsələ. Əlbəttə, təəssüf ki, Xristov medalsız qaldı. Ancaq əminəm ki, o, dünya çempionatında uğur qazana və olimpiadaya vəsiqəni təmin edə biləcək. Bolqarlar sadəcə onun burda daha böyük uğurlar qazanacağından qorxdular.
 
- İdmançı özünü hazırda necə hiss edir?
- Əlbəttə, heç də yaxşı hiss etmir. O ki, dopinqdə ilişməyib və ya özünün burda hansısa bir günahı yoxdu. Yaxşı ki, yığmamızda psixoloq işləyir və hazırda onunla bu yöndə iş aparılır. Komandamız hələ noyabrdakı dünya çempionatında sözünü deyəcək.
 
- Bəs yığmamızın digər üzvləri niyə Bakıda qalıb?
- Öncə Xristovu göndərdik, ardından isə digər idmançılarımızı yollamağa hazırlaşırdıq. Ağırçəkilililəri yoxlamaq istəyirdik. Yaranan problemlə əlaqədar qərara aldıq ki, ümumiyyətlə bu çempionatda iştirak etməyək. Təşkilatçılar bizə daha böyük problemlər yarada bilərdilər.

Похожие новости

Ağır atletika 12 sentyabr

Səbinə Əzimova ikiqat Avropa çempionu oldu!

Polşanın Novı Tomısl şəhərində keçirilən yaşı 15 və 17-yə qədər olan yeniyetmə qızlar və oğlan atletlər arasında Avropa birinciliyi davam edir
Ağır atletika 17 iyul

Sərdar Həsənov: Bu xəbəri eşidəndə şoka düşdüm

Ağır atletika yığmamızda sonuncu dopinqə düşən idmançı Sərdar Həsənov (69 kq) oldu.
Ağır atletika 12 iyul

Ağır atletika üzrə yığma komandaların baş məşqçiləri bəlli oldu

İyulun 8-də Xırdalanda ağır atletika yığmalarının əsas təlim-məşq bazasının yerləşdiyi AAAF Park Yaşayış Kompleksinin konfrans zalında federasiyanın rəhbər heyəti – Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) baş katibi Rizvan Rəsulov, vitse-prezident Ruslan Xanverdiyev və böyük məşqçi Tofiq Heydərov ilə məşqçilər arasında növbəti yığıncaq keçirilib
Ağır atletika 04 iyul

Ağır Atletika Federasiyası arbitraj məhkəməsinə üz tutdu

Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) ölkəmizin olimpiya lisenziyalarından məhrum edilməsi barədə qərarına İdman Arbitraj Məhkəməsində etiraz edilməsi məsələsini müzakirə edir.
Ağır atletika 23 iyun

IWF Azərbaycanın Rio-2016-ya iki lisenziyasını ləğv etdi

Beynəlxalq ağır atletika federasiyası (IWF) bu idman növü üzrə Rio-2016-ya vəsiqə qazanmış bəzi idmançıları lisenziyasından məhrum edib.
Ağır atletika 21 iyun

AAAF islahatlara başladı: yeni vitse-prezident, baş katib və baş məşqçi!

Azərbaycan Ağır Atletika Federasiyasının Prezidenti Cahangir Əsgərovun əmri ilə Ruslan Xanverdiyev Azərbaycan Federasiyasının yeni vitse-prezidenti, Rizvan Rəsulov - baş katib, Tofiq Heydərov isə Azərbaycan yığmasının baş məşqçisi təyin olunub.
Ağır atletika 21 iyun

Ağır atletikamızda dopinq dalğası davam edir

Ağır atletikamızda dopinq dalğası davam edir.
Ağır atletika 13 iyun

Valentin Xristov: O bilə-bilə bizi dopinqə salıb

ABŞ-ın Hyuston şəhərində keçirilən ağır atletika üzrə dünya çempionatında bürünc medal qazanan Valentin Xristov (62 kq) dopinqə görə medalından məhrum oldu.
Ağır atletika 13 iyun

İntiqam Zairov: Məncə burada siyasət rol oynayır

Ağır atletika yığmamızın cəzalanan idmançılarından biri də İntiqam Zairovdur.