24 sentyabr 2016 17:15

Qəbələdə keçirilən Dünya Kuboku başa çatdı

Qəbələdə olimpiya atıcılıq növləri üzrə gənclər arasında Dünya Kuboku yarışlarına yekun vurulub. Azerisport.az xəbər verir ki, “Qəbələ” Atıcılıq Klubunun və Azərbaycan Atıcılıq Federasiyasının təşkilatçılığı, Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən yarışlarda 27 ölkədən 281 nəfər 21 yaşadək olan gənc qız və oğlan idmançı mübarizə aparıb.

Atıcılar 34 dəst medalın sahibini müəyyənləşdirib. Bum qəsəbəsində baş tutan yarışda fərdi növlərdə 18, komanda hesabında 16 dəst mükafatçı bəlli olub. 18 ölkə təmsilçiləri medalçılar sırasına düşüb. 12 qızıl, 9 gümüş və 4 bürünc qazanan Rusiya yığması mükafat sayında 1-ci olub. Hindistan millisi 9 qızıl, 5 gümüş və 10 bürüncə yiyələnibsə, 3-cü olan Norveç 4 qızıl və 1 bürünclə kifayətlənib.

Qəbələdə dünya atıcılıq idmanı tarixində bir ilkə imza atılıb. Dünya Kubokunun iştirakçıları arasında ilk dəfə olaraq atıcılığın qarışıq növləri üzrə komandalar arasında birincilik təşkil edilib. Belə ki, Beynəlxalq İdman Atıcılıq Federasiyasının və iştirakçı ölkələrin atıcılıq federasiyalarının rəsmi nümayəndələrinin iştirakı ilə keçirilən sınaq xarakterli yarışda tüfəng və tapançadan 10, 25 və 50 metr məsafəyə müxtəlif mövqelərdə atəş açma yarışında bir oğlan və bir qız birgə olaraq komanda şəkilində eyni vaxtda yarışıblar.

Xatırladaq ki, sentyabrın 18-22-də Qəbələdə keçirilən yarış Gənclərin Dünya Kubokunun ikinci mərhələsidir. Yarışın ilk mərhələsi ilin əvvəlində Almaniyanın Zul şəhərində təşkil olunub. Azərbaycan millisi Qələbədə baş tutan turnirə 11 stend, 14 güllə atıcısı ilə qatılıb.

Похожие новости

Atıcılıq 30 may

Azərbaycan çempionatında yeni rekord

Mayın 26-29-da stend atıcılığı üzrə Azərbaycan çempionatı keçirilib.
Atıcılıq 13 may

Azərbaycan atıcılarından 4 medal

Azərbaycan atıcılarından 4 medal
Atıcılıq 02 may

Qəbələdə atıcılıq üzrə növbəti Qran-Pri yarışı

Heydər Əliyev adına Beynəlxalq Qran-Pri yarışları Azərbaycanda atıcılıq növü üzrə idmanın inkişafına yönəlmiş tədbirlər sırasındandır
Atıcılıq 17 may

Azərbaycanı Qran-Prinin ilk günündə 12 stend atıcısı təmsil edəcək

Bu gün Qəbələ Atıcılıq klubunda Heydər Əliyev adına Beynəlxalq Qran-Pri turnirində səngər stend üzrə yarışlar start veriləcək.
Atıcılıq 12 may

Qəbələdə stend atıcılığı üzrə ənənəvi Beynəlxalq Qran-Pri yarışı keçiriləcək

Mayın 15-24-də Qəbələdə ikinci dəfə ulu Öndər Heydər Əliyevin adına stend atıcılığı üzrə ənənəvi Beynəlxalq Qran-Pri yarışları təşkil olunacaq.
Atıcılıq 02 dekabr

Zemfira Meftahətdinova: Аni məqam hər şeyi dəyişə bilər

Olimpiya çempionu Zemfira Meftahətdinova gələn il üçün planlarını açıqlayıb.
Atıcılıq 27 noyabr

Atıcılarımız Gürcüstanda fərqləndilər

Tiflisdə güllə atıcıları arasında Şota Kveliaşvili adına kubok yarışı keçirilib.
Atıcılıq 16 noyabr

Dünya Kubokunun finalı Bakıda!

Gələn ilin payızında ölkəmiz stend atıcılığı üzrə mötəbər yarışa ev sahibliyi edəcək.
Atıcılıq 04 iyun

Yeni reytinq cədvəli açıqlandı

Beynəlxalq Atıcılıq Federasiyası (İSSF) iyun ayı üçün reytinq cədvəlini açıqlayıb. Azerisport