4 iyun 2013 16:15

Yeni reytinq cədvəli açıqlandı

Beynəlxalq Atıcılıq Federasiyası (İSSF) iyun ayı üçün reytinq cədvəlini açıqlayıb. Azerisport.az xəbər verir ki, yeni siyahıda aparıcı snayperlərimiz bir məsafədə mövqelərini yaxşılaşdırdıqları halda digərində geriləyivlər.
 
Belə ki, güllə atıcılarımızdan Olimpiya mükafatçımız İradə Aşumova 10 metr məsafəyə atəş açmada 21 pillə irəli gedərək, 41-ci yerə yüksəlib. O, əvəzində 25 metr məsafədən atəşaçanlar arasında 8 rəqibini özündən qabağa buraxıb (45-ci yer).
 
Ruslan Lunyov isə 10 metr və 25 metr məsafələrə atəş açmaqda irəliləyib. O, siyahıda müvafiq olaraq, 44-cü (+37) və 21-cidir (+6). Təmsilçimiz 50 metr məsafəyə atəş açmaqda isə 42-ci yeri (-9) tutur.
 
Stend atıcılarımıza gəlincə, Olimpiya çempionumuz Zemfira Meftahətdinova mövqeyini qoruyub. Skit növündə gücünü sınayan təmsilçimiz yenə 29-cudur. Onun kimi Regina Meftahətdinovanın da mövqeyi dəyişməz qalıb – 52-ci yer. Onlarla müqayisədə, Emin Cəfərov bir rəqibini qabaqlamış və 43-cü yerə yüksəlib.

Похожие новости

Atıcılıq 24 sentyabr

Qəbələdə keçirilən Dünya Kuboku başa çatdı

Qəbələdə olimpiya atıcılıq növləri üzrə gənclər arasında Dünya Kuboku yarışlarına yekun vurulub.
Atıcılıq 30 may

Azərbaycan çempionatında yeni rekord

Mayın 26-29-da stend atıcılığı üzrə Azərbaycan çempionatı keçirilib.
Atıcılıq 13 may

Azərbaycan atıcılarından 4 medal

Azərbaycan atıcılarından 4 medal
Atıcılıq 02 may

Qəbələdə atıcılıq üzrə növbəti Qran-Pri yarışı

Heydər Əliyev adına Beynəlxalq Qran-Pri yarışları Azərbaycanda atıcılıq növü üzrə idmanın inkişafına yönəlmiş tədbirlər sırasındandır
Atıcılıq 17 may

Azərbaycanı Qran-Prinin ilk günündə 12 stend atıcısı təmsil edəcək

Bu gün Qəbələ Atıcılıq klubunda Heydər Əliyev adına Beynəlxalq Qran-Pri turnirində səngər stend üzrə yarışlar start veriləcək.
Atıcılıq 12 may

Qəbələdə stend atıcılığı üzrə ənənəvi Beynəlxalq Qran-Pri yarışı keçiriləcək

Mayın 15-24-də Qəbələdə ikinci dəfə ulu Öndər Heydər Əliyevin adına stend atıcılığı üzrə ənənəvi Beynəlxalq Qran-Pri yarışları təşkil olunacaq.
Atıcılıq 02 dekabr

Zemfira Meftahətdinova: Аni məqam hər şeyi dəyişə bilər

Olimpiya çempionu Zemfira Meftahətdinova gələn il üçün planlarını açıqlayıb.
Atıcılıq 27 noyabr

Atıcılarımız Gürcüstanda fərqləndilər

Tiflisdə güllə atıcıları arasında Şota Kveliaşvili adına kubok yarışı keçirilib.
Atıcılıq 16 noyabr

Dünya Kubokunun finalı Bakıda!

Gələn ilin payızında ölkəmiz stend atıcılığı üzrə mötəbər yarışa ev sahibliyi edəcək.