2 dekabr 2013 13:13

Zemfira Meftahətdinova: Аni məqam hər şeyi dəyişə bilər

Olimpiya çempionu Zemfira Meftahətdinova gələn il üçün planlarını açıqlayıb. Azerisport.az saytının müxbiri ilə söhbətdə, təcrübəli idmançı bildirib ki, gələn mövsüm onu ciddi sınaqlar gözləyir və çalışıb dünya reytinqində bacardıqca irəliləyəcək.
 
“Sulutəpədə yerləşən bazada məşqlərimizi davam etdiririk. Komanda baş məşqçi Hafiz Cəfərovun rəhbərliyi ilə trap və skit proqramı üzrə intensiv hazırlaşır.
 
Qadın stend atıcılarından ibarət komandamız fevralda Qətərin paytaxtı Dohada iki həftəlik təlim-məşq toplanışı keçəcək. Oradan Qran-pri yarışında iştirak etmək üçün qonşu Küveytə yollanacağıq. Skit növündə millinin heyətində məndən başqa, qızım Regina Meftahətdinova və Nurlanə Cəfərova yer alıblar.
 
Gələn mövsüm də dünya kubokunun mərhələlərində mübarizə aparacağam. Bundan savayı, Macarıstanda təşkil olunacaq Avropa çempionatı və İspaniyada keçiriləcək dünya çempionatında iştirak edəcəyəm.
 
Gələn ilin payızında isə, Dünya Kubokunun final mərhələsi Azərbaycanda keçiriləcək. Bu yarışın təşkili ya Bakıda, ya da Qəbələdə nəzərdə tutulub. Yaxın gələcəklə bağlı, indidən heç nə deyə bilmərəm. Bu, idmandır. Bir ani məqam hər şeyi dəyişə bilər”.
 
Qeyd edək ki, xanım stend atıcımız sərbəst güləşçi Namiq Abdullayevdən sonra, ölkəmizin ikinci ən titullu idmançısıdır. O, qızıl medalları dəst olan yeganə atletdir. Zemfira Meftahətdinovanın mükafat boxçasında olimpiya “qızıl”ı və “bürünc”ü, ikiqat dünya və yeddiqat Avropa çempionluğu var.
 
Nəzərinizə çatdıraq ki, skit proqramında kişilərdən ölkəmizi millimizin baş məşqçisinin oğlu Emin Cəfərov təmsil edir. Trapda isə, Elvin İsmayılov və Alina Rəfixanova çıxış edirlər.

Похожие новости

Atıcılıq 24 sentyabr

Qəbələdə keçirilən Dünya Kuboku başa çatdı

Qəbələdə olimpiya atıcılıq növləri üzrə gənclər arasında Dünya Kuboku yarışlarına yekun vurulub.
Atıcılıq 30 may

Azərbaycan çempionatında yeni rekord

Mayın 26-29-da stend atıcılığı üzrə Azərbaycan çempionatı keçirilib.
Atıcılıq 13 may

Azərbaycan atıcılarından 4 medal

Azərbaycan atıcılarından 4 medal
Atıcılıq 02 may

Qəbələdə atıcılıq üzrə növbəti Qran-Pri yarışı

Heydər Əliyev adına Beynəlxalq Qran-Pri yarışları Azərbaycanda atıcılıq növü üzrə idmanın inkişafına yönəlmiş tədbirlər sırasındandır
Atıcılıq 17 may

Azərbaycanı Qran-Prinin ilk günündə 12 stend atıcısı təmsil edəcək

Bu gün Qəbələ Atıcılıq klubunda Heydər Əliyev adına Beynəlxalq Qran-Pri turnirində səngər stend üzrə yarışlar start veriləcək.
Atıcılıq 12 may

Qəbələdə stend atıcılığı üzrə ənənəvi Beynəlxalq Qran-Pri yarışı keçiriləcək

Mayın 15-24-də Qəbələdə ikinci dəfə ulu Öndər Heydər Əliyevin adına stend atıcılığı üzrə ənənəvi Beynəlxalq Qran-Pri yarışları təşkil olunacaq.
Atıcılıq 27 noyabr

Atıcılarımız Gürcüstanda fərqləndilər

Tiflisdə güllə atıcıları arasında Şota Kveliaşvili adına kubok yarışı keçirilib.
Atıcılıq 16 noyabr

Dünya Kubokunun finalı Bakıda!

Gələn ilin payızında ölkəmiz stend atıcılığı üzrə mötəbər yarışa ev sahibliyi edəcək.
Atıcılıq 04 iyun

Yeni reytinq cədvəli açıqlandı

Beynəlxalq Atıcılıq Federasiyası (İSSF) iyun ayı üçün reytinq cədvəlini açıqlayıb. Azerisport