13 may 2016 00:25

Azərbaycan atıcılarından 4 medal

“Qəbələ” Atıcılıq Klubunun təşkilatçılığı ilə Heydər Əliyev adına Beynəlxalq Qran-Pri yarışları keçirilir. Azerisport.az xəbər verir ki, Qəbələnin Bum qəsəbəsindəki stend və ox atıcılığı kompleksində təşkil olunan turnirdə 5 dəst medalın sahibi müəyyənləşib.

Azərbaycan idmançıları bu yarışda 4 medal qazanıblar. Bu mükafatlardan ikisi “Qəbələ” klubunun idmançılarının hesabındadır. Gənc oğlanlar arasında səngər stendi yarışında bütün medalları Azərbaycan yığmasının üzvləri qazanıblar. “Qəbələ”nin stend atıcısı İsmət Sərkərov 2-ci yeri tutaraq gümüş medala yiyələnib. Bu növdə qızıla Əlimirzə Quliyev, bürüncə, Mirmömin Ağazadə sahib çıxıb. Qadınların bu gün keçirilən dairəvi stend yarışında təmsilçilərimiz daha bir medal əldə edib. Klubumuzun idmançısı Nurlana Cəfərova yığmamızın hesabına gümüş medal qazandırıb. O, bu növdə 83 xal toplamaqla buna nail olub.

Qeyd edək ki, mayın 6-16-da Qəbələnin Bum qəsəbəsindəki stend və ox atıcılığı kompleksində keçirilən turnirdə 26 idmançı ilə təmsil olunan ölkəmizlə yanaşı, Türkiyə, Gürcüstan, İran, Rusiya, Ukrayna, Qazaxıstan, Finlandiya, Qətər və BƏƏ-dən 100-ə yaxın atıcı qüvvəsini sınayır. (klub saytı)

Похожие новости

Atıcılıq 24 sentyabr

Qəbələdə keçirilən Dünya Kuboku başa çatdı

Qəbələdə olimpiya atıcılıq növləri üzrə gənclər arasında Dünya Kuboku yarışlarına yekun vurulub.
Atıcılıq 30 may

Azərbaycan çempionatında yeni rekord

Mayın 26-29-da stend atıcılığı üzrə Azərbaycan çempionatı keçirilib.
Atıcılıq 02 may

Qəbələdə atıcılıq üzrə növbəti Qran-Pri yarışı

Heydər Əliyev adına Beynəlxalq Qran-Pri yarışları Azərbaycanda atıcılıq növü üzrə idmanın inkişafına yönəlmiş tədbirlər sırasındandır
Atıcılıq 17 may

Azərbaycanı Qran-Prinin ilk günündə 12 stend atıcısı təmsil edəcək

Bu gün Qəbələ Atıcılıq klubunda Heydər Əliyev adına Beynəlxalq Qran-Pri turnirində səngər stend üzrə yarışlar start veriləcək.
Atıcılıq 12 may

Qəbələdə stend atıcılığı üzrə ənənəvi Beynəlxalq Qran-Pri yarışı keçiriləcək

Mayın 15-24-də Qəbələdə ikinci dəfə ulu Öndər Heydər Əliyevin adına stend atıcılığı üzrə ənənəvi Beynəlxalq Qran-Pri yarışları təşkil olunacaq.
Atıcılıq 02 dekabr

Zemfira Meftahətdinova: Аni məqam hər şeyi dəyişə bilər

Olimpiya çempionu Zemfira Meftahətdinova gələn il üçün planlarını açıqlayıb.
Atıcılıq 27 noyabr

Atıcılarımız Gürcüstanda fərqləndilər

Tiflisdə güllə atıcıları arasında Şota Kveliaşvili adına kubok yarışı keçirilib.
Atıcılıq 16 noyabr

Dünya Kubokunun finalı Bakıda!

Gələn ilin payızında ölkəmiz stend atıcılığı üzrə mötəbər yarışa ev sahibliyi edəcək.
Atıcılıq 04 iyun

Yeni reytinq cədvəli açıqlandı

Beynəlxalq Atıcılıq Federasiyası (İSSF) iyun ayı üçün reytinq cədvəlini açıqlayıb. Azerisport