22 fevral 2013 19:25

Mahir nişançı turniri keçiriləcək

25 fevral 2013-cü il tarixdə saat 11.00-da Gənclər və İdman Nazirliyi Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə Biləcəri qəsəbəsində yerləşən Respublika Stend Atıcılığı İdman Kompleksində ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında "Mahir nişançı" güllə atıcılığı üzrə VII Respublika turniri keçirəcək. Azerisport.az xəbər verir ki, turnir “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının 6.2.6. yarımbəndinin icrasını təmin etmək məqsədi ilə, habelə 26 fevral – Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar təşkil ediləcək.
 
Turnirdə respublikanın 40 ali və orta ixtisas təhsili müəssisəsinin 160 tələbəsi iştirak edəcək.
 
Turnirin keçirilməsində əsas məqsəd XX əsrdə Azərbaycan xalqına qarşı erməni millətçiləri tərəfindən törədilmiş soyqırımı qurbanlarının xatirəsini yad etmək, ölkəmizin ərazi bütövlüyünün təmin olunması istiqamətində gəncləri hərbi vətənpərvərlik ruhunda tərbiyə etmək, onlarda hərbi vərdişlərin yaranmasını təmin etmək, gənclərin ordu sıralarında hərbi xidmət keçmə hazırlığının yüksəlməsinə kömək göstərilməsi, güllə atıcılığı üzrə idman növünün geniş təbliğ edilməsidir. (AGİN)

Похожие новости

Atıcılıq 24 sentyabr

Qəbələdə keçirilən Dünya Kuboku başa çatdı

Qəbələdə olimpiya atıcılıq növləri üzrə gənclər arasında Dünya Kuboku yarışlarına yekun vurulub.
Atıcılıq 30 may

Azərbaycan çempionatında yeni rekord

Mayın 26-29-da stend atıcılığı üzrə Azərbaycan çempionatı keçirilib.
Atıcılıq 13 may

Azərbaycan atıcılarından 4 medal

Azərbaycan atıcılarından 4 medal
Atıcılıq 02 may

Qəbələdə atıcılıq üzrə növbəti Qran-Pri yarışı

Heydər Əliyev adına Beynəlxalq Qran-Pri yarışları Azərbaycanda atıcılıq növü üzrə idmanın inkişafına yönəlmiş tədbirlər sırasındandır
Atıcılıq 17 may

Azərbaycanı Qran-Prinin ilk günündə 12 stend atıcısı təmsil edəcək

Bu gün Qəbələ Atıcılıq klubunda Heydər Əliyev adına Beynəlxalq Qran-Pri turnirində səngər stend üzrə yarışlar start veriləcək.
Atıcılıq 12 may

Qəbələdə stend atıcılığı üzrə ənənəvi Beynəlxalq Qran-Pri yarışı keçiriləcək

Mayın 15-24-də Qəbələdə ikinci dəfə ulu Öndər Heydər Əliyevin adına stend atıcılığı üzrə ənənəvi Beynəlxalq Qran-Pri yarışları təşkil olunacaq.
Atıcılıq 02 dekabr

Zemfira Meftahətdinova: Аni məqam hər şeyi dəyişə bilər

Olimpiya çempionu Zemfira Meftahətdinova gələn il üçün planlarını açıqlayıb.
Atıcılıq 27 noyabr

Atıcılarımız Gürcüstanda fərqləndilər

Tiflisdə güllə atıcıları arasında Şota Kveliaşvili adına kubok yarışı keçirilib.
Atıcılıq 16 noyabr

Dünya Kubokunun finalı Bakıda!

Gələn ilin payızında ölkəmiz stend atıcılığı üzrə mötəbər yarışa ev sahibliyi edəcək.