23 may 2011 18:41
Millimiz Fransaya yollandı
Bu gün kamandan ox atma üzrə komandamızın 6 üzvü Fransanın Boe şəhərində təşkil olunmuş “Avropa Qran -Pri” turnirinə yollanıb. Azerisport.az xəbər verir ki, 28 may tarixinədək davam edəcək tədbirdə Azərbaycanı Dankov Dmitri, Vengerov Roman, Kopnin Aleksey, Simonova Svetlana və Fazilov Natiq təmsil edəcəklər.
İdmançılarla yarışa məşqçi Qospodinov Sergey də yollanıb. Ehtiyat idmançılar sırasında Naymark David, Fazilova Leyla, Nazani Beydullayeva və Qəhrəmanov Zaur var.
