1 fevral 2016 15:45

Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti paralimpiyaçılarımızı təbrik etdi

Azərbayan Milli Paralimpiya Komitəsinin 20 illik yubileyi munasibəti ilə əlaqədar Beynəlxalq Paralimpiya Komitəsinin Prezidenti Ser Filip Kreven ölkəmizə təbrik məktubu göndərib. Azerisport.az xəbər verir ki, məktubda bunlar qeyd olunub:

"Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) yaranmasının 20-ci il dönümü münasibətilə səmimi təbriklərimi çatdırmaq fürsəti əldə etdiyim üçün məmnunam. Son 20 ildə paralimpiya idmanının vüsətli inkişafı hər birimiz üçün ilham mənbəyinə çevrilib. Azərbaycanın bu sahədə əldə etdiyi uğurlar həm də dövlətin əlillər qarşısında üzərinə götürdüyü öhdəliklərin nəticəsidir. AMPK ilə əməkdaşlıqda əhalinin məlumatlandırılması və maarifləndirilməsi, cəmiyyətin bütün təbəqələrinin əldə etdiyi nailiyyətlər bunu əyani nümayiş etdirir. Azərbaycan ildən-ilə qəlbinin idman hərarətini vüsətlə artırır və hər il yeni idman yarışları təşəbbüsü ilə bunu təsdiq edir. 2015-ci ilin iyun ayında Bakıda BPK-nın vitse-prezidenti Endrü Parsonsun da əyani izlədiyi birinci Avropa Oyunları Azərbaycanın bu sahədə artan nüfuzunun daha bir sübutu oldu. Xüsusən Oyunların proqramına gözdən əlil idmançılar arasında cüdo yarışlarının daxil edilməsi məni hədsiz sevindirdi. Final görüşlərini Prezidentinizin və Birinci xanımın canlı izləməsi, həmçinin arenadakı tamaşaçı izdihamı İlham Zəkiyevi ev sahibi ölkəyə tarixi qızıl medalı qazandırmağa ruhlandırdı. İdmançılarınız ölkənizdə paralimpiya hərəkatının genişlənməsində əsas rollardan birini oynayırlar. Lakin onlar bu nailiyyətlərə yalnız öz təşəbbüsləri ilə çata bilməzlər - təşkilatınızın liderliyi və dəstəyi çox vacibdir. Bütün öhdəliklərə əməl etdiyinə görə, AMPK-ya dərin təşəkkürümü bildirirəm. Nailiyyətlərinizlə, ələlxüsus son 5 ildə beynəlxalq əlaqələrdəki, dövlətlə və ictimai-sosial mühitlə əməkdaşlıqdakı, cəmiyyətin səfərbər edilməsi və maarifləndirilməsindəki irimiqyaslı işlərinizlə qürur duya bilərsiniz. Dünyada ilk uşaq paralimpiya hərəkatının Azərbaycanda yaradılması onların reabilitasiyasında və cəmiyyətə inteqrasiyasında idmanın bütün gücündən istifadəyə şərait yaradan nəhəng addım idi. BPK adından bu tarixi layihəni həyata keçirdikləri üçün azərbaycanlı həmkarlarımı təbrik edir və minnətdarlığımı bildirirəm. Ötən il Berlində BPK-nın 25-ci il dönümünü qeyd etdik və paralimpiya ailəsinin digər üzvləri ilə yanaşı, AMPK nümayəndələrini də qarşıladığım üçün məmnun qaldım. 1989-cu ildə təsis edilmiş BPK-nın ilk gündən qarşısına qoyduğu mühüm vəzifə paralimpiya hərəkatını vahid, mötəbər və inkişaf edən bir təşkilat ətrafında birləşdirərək, Paralimpiya Oyunlarını dünyada mühüm idman hadisələrindən biri etməyə səylə çalışmaq idi. Bu gün Paralimpiya Oyunları bilet satışı baxımından dünyanın üçüncü böyük və geniş kütlə tərəfindən qəbul edilmiş daha çox sosial dəyişikliklər gətirən ən irimiqyaslı idman hadisəsi sayılır. Bunlara yalnız BPK üzvlərinin özlərini həsr etdikləri ideallar, iş və öhdəliklərə riayət etməsi, dünyanı coşdurub gələcəyə ruhlandıran idmançıların bənzərsiz əməyi sayəsində nail olunub. Əminəm ki, AMPK bütün nailiyyətlərini idarə heyətinizin və özünü bu işə həsr etmiş komandanızın üzərinə götürdüyü öhdəliklərə sərf etdiyi səriştə və bacarıq sayəsində əldə olunub. Dostum və həmkarım - AMPK-nın prezidenti cənab İlqar Rəhimovu və onun timsalında Azərbaycan paralimpiya hərəkatı ailəsinin üzvlərini səmimi qəlbdən təbrik edirəm. Hər birinizə bu yubileyi təşkilatınızın ötən 20 ildə əldə edilən nailiyyətlərlə qürur duyaraq qeyd etməyi, qarşıdakı illərdə isə daimi yüksəliş, tərəqqi və inkişaf arzulayıram.

Dərin hörmətlə,
Ser Filip Kreven".

Похожие новости

Paralimpizm 09 sentyabr

Eyni hüquq deyiriksə, ədalətli davranmalıyıq

Bu yayın son böyük idman bayramları Olimpiya və Paralimpiya oyunları başa çatdı.
Paralimpizm 28 noyabr

Paralimpiya çempionları baş məşqçi təyin olundular

Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovun sədrliyi ilə komitənin növbəti iclası keçirilib.
Paralimpizm 03 avqust

Bəhmən Rezayi: Azərbaycanı öz vətənim kimi qəbul edirəm

Son vaxtlar ölkəmizdə toplanış keçən müxtəlif idman növləri üzrə əcnəbi komandaların sayı artıb. İdman infrastrukturunun güclənməsi xaricilərin diqqətini cəlb edir.
Paralimpizm 26 may

Rio-2016-ya vəsiqə əldə edən paralimpiyaçılarımızın siyahısı açıqlandı

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dəstək Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Rio-De-Janeyro Paralimpiya Oyunlarında ölkəmizi təmsil edən idmançılarımızı tanıtım kampaniyasının təşkili” layihəsinə start verilib.
Paralimpizm 16 may

Naxçıvanda Paralimpiya İdman Festivalı keçirilib

Naxçıvan şəhərində Ümummilli lider Heydər Əliyevin xatirəsinə və Milli Paralimpiya Komitəsinin 20 illik yubileyinə həsr olunmuş Paralimpiya İdman Festivalı keçirilib.
Paralimpizm 06 may

Paralimpiya Komitəsinin 20 illik yubileyi münasibəti ilə stend atıcılığı turniri keçirilib

Bu gün Novxanı atıcılıq mərkəzində Milli Paralimpiya Komitəsinin 20 illik yubileyi münasibəti ilə stend atıcılığının kompak sportinq idman növü üzrə turnir keçirilib.
Paralimpizm 05 may

Həsənzadə Surolimpiyadaya lisenziya qazandı

Eşitmə məhdudiyətli yeniyetmələr arasında İran İslam Respublikasının Tehran şəhərində keçirilən yunan-roma güləş növü üzrə dünya çempionatında Elçin Həsənzadə 60 kq çəki dərəcəsində çempionatın 2-ci yerinə sahib çıxıb.
Paralimpizm 04 may

AÇ-də daha bir gümüş medal

Milli Paralimpiya Komitəsinin üzgüçülük idman növü üzrə milli komandasının üzvü Dmitri Saley Portuqaliyanın Funşal şəhərində keçirilən Avropa çempionatının üçüncü günündə brass üsulu ilə 100 metr məsafədə 1.08.31 s. nəticəylə gümüş medala sahib olub.
Paralimpizm 03 may

Paralimpiya Komitəsinin 20 illiyi münasibəti ilə stend atıcılığı üzrə turnir keçiriləcək

Mayın 6-da, saat 11:00-da Novxanı atıcılıq mərkəzində Milli Paralimpiya Komitəsinin 20 illik yubileyi münasibəti ilə stend atıcılığının kompak sportinq idman növü üzrə turnir keçiriləcək.