28 noyabr 2016 16:30

Paralimpiya çempionları baş məşqçi təyin olundular

Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovun sədrliyi ilə komitənin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, iclasda XV Yay Paralimpiya Oyunlarına hazırlıqla baglı görülmüş işlər, keçirilmiş yarışların nəticələri, bu sahədə baş məşqçi və idmançıların fəaliyyəti geniş təhlil olunub.

Əldə olunmuş nailiyyətlərlə yanaşı, bir sıra idman növlərində ciddi nöqsanlara yol verildiyi xüsusi qeyd edilərək, həmin idman növləri üzrə baş məçqçlər vəzifələrindən kənarlaşdırılıblar. Nəticə olaraq, güllə atıcılığı, atletika, kamandan oxatma, boccia və stolüstü tennis idman növləri üzrə yeni baş məşqçlər təyin olunub.

Beləliklə, ikiqat Paralimpiya çempionu Oleq Panyutin atletika, İbrahim İbrahimov cüdo idman üzrə növü üzrə kişilərdən ibarət komandanın, Paralimpiya çempionu Ramin İbrahimov bu idman növündə qadinlardan ibarət komandanın, Qarabag müharibəsi əlilləri Əkbər Muradov güllə atıcılıgı, İlham Məhərrəmov boccia idmanı, bununla yanaşı Alaverdi Culfayev üzgüçülük, Qubuşova Ruqiyyə stolüstü tennis, Hacızadə Tərlan Oturaq valeybol, Asəf Məlikov qılıncoynatma, İlqar İbişov Pauerliftinq, Zahir Abdullayev qolbol, Aleksandr Barabanov avarçəkmə və Natiq Abbasov Kanandan oxatma idman növü üzrə milli komandalarin baş məşqçləri təyin ediliblər.

İclasda Yaponiyanın paytaxtı Tokio şəhərində keçiriləcək XVI Yay Paralimpiya Oyunlarına hazırlıq məqsədi ilə, növbəti 4 il üçün strateji fəaliyyət planının hazırlanması, regionlarda paralimpiya hərəkatının sürətli inkişafını təmin etmək, seleksiya işlərinin aparılması və paralimpiya dəyərlərinin cəmiyyət arasında təbligini gücləndirmək məqsədi ilə respublikanın bölgələri üzrə dayaq nöqtələrinin yaradılması və digər zəruri tədbirlərin həyata keçırılməsi barədə müvafiq qərarlar qəbul edilib.

Похожие новости

Paralimpizm 09 sentyabr

Eyni hüquq deyiriksə, ədalətli davranmalıyıq

Bu yayın son böyük idman bayramları Olimpiya və Paralimpiya oyunları başa çatdı.
Paralimpizm 03 avqust

Bəhmən Rezayi: Azərbaycanı öz vətənim kimi qəbul edirəm

Son vaxtlar ölkəmizdə toplanış keçən müxtəlif idman növləri üzrə əcnəbi komandaların sayı artıb. İdman infrastrukturunun güclənməsi xaricilərin diqqətini cəlb edir.
Paralimpizm 26 may

Rio-2016-ya vəsiqə əldə edən paralimpiyaçılarımızın siyahısı açıqlandı

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dəstək Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Rio-De-Janeyro Paralimpiya Oyunlarında ölkəmizi təmsil edən idmançılarımızı tanıtım kampaniyasının təşkili” layihəsinə start verilib.
Paralimpizm 16 may

Naxçıvanda Paralimpiya İdman Festivalı keçirilib

Naxçıvan şəhərində Ümummilli lider Heydər Əliyevin xatirəsinə və Milli Paralimpiya Komitəsinin 20 illik yubileyinə həsr olunmuş Paralimpiya İdman Festivalı keçirilib.
Paralimpizm 06 may

Paralimpiya Komitəsinin 20 illik yubileyi münasibəti ilə stend atıcılığı turniri keçirilib

Bu gün Novxanı atıcılıq mərkəzində Milli Paralimpiya Komitəsinin 20 illik yubileyi münasibəti ilə stend atıcılığının kompak sportinq idman növü üzrə turnir keçirilib.
Paralimpizm 05 may

Həsənzadə Surolimpiyadaya lisenziya qazandı

Eşitmə məhdudiyətli yeniyetmələr arasında İran İslam Respublikasının Tehran şəhərində keçirilən yunan-roma güləş növü üzrə dünya çempionatında Elçin Həsənzadə 60 kq çəki dərəcəsində çempionatın 2-ci yerinə sahib çıxıb.
Paralimpizm 04 may

AÇ-də daha bir gümüş medal

Milli Paralimpiya Komitəsinin üzgüçülük idman növü üzrə milli komandasının üzvü Dmitri Saley Portuqaliyanın Funşal şəhərində keçirilən Avropa çempionatının üçüncü günündə brass üsulu ilə 100 metr məsafədə 1.08.31 s. nəticəylə gümüş medala sahib olub.
Paralimpizm 03 may

Paralimpiya Komitəsinin 20 illiyi münasibəti ilə stend atıcılığı üzrə turnir keçiriləcək

Mayın 6-da, saat 11:00-da Novxanı atıcılıq mərkəzində Milli Paralimpiya Komitəsinin 20 illik yubileyi münasibəti ilə stend atıcılığının kompak sportinq idman növü üzrə turnir keçiriləcək.
Paralimpizm 03 may

Roman bürünc, Dmitri gümüş medal qazandı

Milli Paralimpiya Komitəsinin Üzgüçülük idman növü üzrə milli komandasının üzvləri - Roman və Dmitri Saley Portuqaliyanın Funşal şəhərində keçirilən Avropa çempionatının ikinici günündə uğurlu çıxış edib.