6 may 2016 19:00

Paralimpiya Komitəsinin 20 illik yubileyi münasibəti ilə stend atıcılığı turniri keçirilib

Bu gün Novxanı atıcılıq mərkəzində Milli Paralimpiya Komitəsinin 20 illik yubileyi münasibəti ilə stend atıcılığının kompak sportinq idman növü üzrə turnir keçirilib. Azerisport.az xəbər verir ki, turnirdə 5 nəfər qadın olmaqla ümumilikdə 21 nəfər paralimpiyaçı iştirak edib.

Yarışın nəticələrinə görə kişilər arasında Məmmədov Elşad birinci, Həsənquliyev Amid ikinci, Nəbiyev Əli isə üçüncü yerə layiq görülüblər. Qadınlardan isə Səfərova Solmaz birinci, Kərimova Vüsalə ikinci və Şıxıyeva Bahar isə üçüncü yerin qalibi olublar.

Qaliblərə kubok, diplom və medalları Milli Paralimpiya Komitəsinin birinci vitse prezidenti Natiq Qasımov, ARMPK-nin baş katibi Afiq Suleymanov və Atıcılıq Federasiyasının vitse-prezidenti Rasim Rzayev təqdim ediblər. Turnir Atıcılıq Federasiyasının dəstəyi ilə keçirilib.

Qeyd edək ki, stend atıcılğı idman növü 2020-ci ildə Tokioda keçiriləcək XVI Yay Paralimpiya Oyunlarına daxil edilib. Bunu nəzərə alaraq 2017-ci ildə Milli Paralimpiya Komitəsinin nəzdində stent atıcılığı idman növünün yaradılması planlaşdırılır.

Похожие новости

Paralimpizm 09 sentyabr

Eyni hüquq deyiriksə, ədalətli davranmalıyıq

Bu yayın son böyük idman bayramları Olimpiya və Paralimpiya oyunları başa çatdı.
Paralimpizm 28 noyabr

Paralimpiya çempionları baş məşqçi təyin olundular

Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovun sədrliyi ilə komitənin növbəti iclası keçirilib.
Paralimpizm 03 avqust

Bəhmən Rezayi: Azərbaycanı öz vətənim kimi qəbul edirəm

Son vaxtlar ölkəmizdə toplanış keçən müxtəlif idman növləri üzrə əcnəbi komandaların sayı artıb. İdman infrastrukturunun güclənməsi xaricilərin diqqətini cəlb edir.
Paralimpizm 26 may

Rio-2016-ya vəsiqə əldə edən paralimpiyaçılarımızın siyahısı açıqlandı

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dəstək Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Rio-De-Janeyro Paralimpiya Oyunlarında ölkəmizi təmsil edən idmançılarımızı tanıtım kampaniyasının təşkili” layihəsinə start verilib.
Paralimpizm 16 may

Naxçıvanda Paralimpiya İdman Festivalı keçirilib

Naxçıvan şəhərində Ümummilli lider Heydər Əliyevin xatirəsinə və Milli Paralimpiya Komitəsinin 20 illik yubileyinə həsr olunmuş Paralimpiya İdman Festivalı keçirilib.
Paralimpizm 05 may

Həsənzadə Surolimpiyadaya lisenziya qazandı

Eşitmə məhdudiyətli yeniyetmələr arasında İran İslam Respublikasının Tehran şəhərində keçirilən yunan-roma güləş növü üzrə dünya çempionatında Elçin Həsənzadə 60 kq çəki dərəcəsində çempionatın 2-ci yerinə sahib çıxıb.
Paralimpizm 04 may

AÇ-də daha bir gümüş medal

Milli Paralimpiya Komitəsinin üzgüçülük idman növü üzrə milli komandasının üzvü Dmitri Saley Portuqaliyanın Funşal şəhərində keçirilən Avropa çempionatının üçüncü günündə brass üsulu ilə 100 metr məsafədə 1.08.31 s. nəticəylə gümüş medala sahib olub.
Paralimpizm 03 may

Paralimpiya Komitəsinin 20 illiyi münasibəti ilə stend atıcılığı üzrə turnir keçiriləcək

Mayın 6-da, saat 11:00-da Novxanı atıcılıq mərkəzində Milli Paralimpiya Komitəsinin 20 illik yubileyi münasibəti ilə stend atıcılığının kompak sportinq idman növü üzrə turnir keçiriləcək.
Paralimpizm 03 may

Roman bürünc, Dmitri gümüş medal qazandı

Milli Paralimpiya Komitəsinin Üzgüçülük idman növü üzrə milli komandasının üzvləri - Roman və Dmitri Saley Portuqaliyanın Funşal şəhərində keçirilən Avropa çempionatının ikinici günündə uğurlu çıxış edib.