26 may 2016 15:20

Rio-2016-ya vəsiqə əldə edən paralimpiyaçılarımızın siyahısı açıqlandı

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikası Prezidenti yanında  Qeyri Hökümət Təşkilatlarına Dəstək Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Rio-De-Janeyro Paralimpiya Oyunlarında ölkəmizi təmsil edən idmançılarımızı tanıtım kampaniyasının təşkili” layihəsinə start verilib. Azerisport.az xəbər verir ki, görüşdə layihə rəhbəri, ARMPK-nin vitse-prezidenti Şaiq Həmidov layihə haqqında geniş məlumat vermişdir və 2016 Rio-De-Janeyro Paralimpiya Oyunlarında ölkəmizi  təmsil edən  idmançılarımızın adlarını ictimayyətə açıqlayıb.

Layihənin məqsədi 2016-cı ilin sentyabr ayında Braziliyanın Rio-De-Janeyro şəhərində XV yay paralimpiya oyunlarında ölkəmizi təmsil edəcək paralimpiyaçıları, iştirak edəcək idman növlərini, bu idman növlərinin qaydalarını, tibbi təsnifat haqqında əhaliyə məlumat verərək, seyirci və tərəfdaş kütləsinin çoxalmasına nail olmaqdır. Tədbirdə Milli Paralimpiya Komitəsinin bütün idman növlərinin məşqçiləri, idmançıları, KİV nümayyəndələri, İctimai Birlik təmsilciləri iştirak edib.

2016 Rio-De-Janeyro Paralimpiya Oyunlarına lisenziya qazanmış paralimpiyaçı idmançıların siyahısı

Cüdo
1.     İlham Zəkiyev 100+
2.     Kənan Abdullahxanlı 100-
3.     Rövşən Səfərov 81 kq
4.     Ramil Qasımov 73 kq
5.     Bayram Mustafayev 66 kq
6.     Ramin İbrahimov  60kq
7.     Səbinə Abdullayeva 57 kq

Pauerliftinq
1.       Elşən Hüseynov 107- kq
2.       Razm Azar 65+ kq

Üzgüçülük
1.     Dmitriy Saley
2.     Roman Saley

Atletika
1.     Kamil Əliyev
2.     Elçin Muradov
3.     Rüfət Rəfiyev
4.     Iradə Əliyeva
5.     Elena Çebanu
6.     Elmir Cəbrayılov

Güllə atıcılığı
1.     Elena Taranova

Qeyd: İyun ayının sonuna qədər reytinq cədvəlinə əsasən daha 6 idmançımızın lisenziya alması gözlənilir.

Похожие новости

Paralimpizm 09 sentyabr

Eyni hüquq deyiriksə, ədalətli davranmalıyıq

Bu yayın son böyük idman bayramları Olimpiya və Paralimpiya oyunları başa çatdı.
Paralimpizm 28 noyabr

Paralimpiya çempionları baş məşqçi təyin olundular

Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovun sədrliyi ilə komitənin növbəti iclası keçirilib.
Paralimpizm 03 avqust

Bəhmən Rezayi: Azərbaycanı öz vətənim kimi qəbul edirəm

Son vaxtlar ölkəmizdə toplanış keçən müxtəlif idman növləri üzrə əcnəbi komandaların sayı artıb. İdman infrastrukturunun güclənməsi xaricilərin diqqətini cəlb edir.
Paralimpizm 16 may

Naxçıvanda Paralimpiya İdman Festivalı keçirilib

Naxçıvan şəhərində Ümummilli lider Heydər Əliyevin xatirəsinə və Milli Paralimpiya Komitəsinin 20 illik yubileyinə həsr olunmuş Paralimpiya İdman Festivalı keçirilib.
Paralimpizm 06 may

Paralimpiya Komitəsinin 20 illik yubileyi münasibəti ilə stend atıcılığı turniri keçirilib

Bu gün Novxanı atıcılıq mərkəzində Milli Paralimpiya Komitəsinin 20 illik yubileyi münasibəti ilə stend atıcılığının kompak sportinq idman növü üzrə turnir keçirilib.
Paralimpizm 05 may

Həsənzadə Surolimpiyadaya lisenziya qazandı

Eşitmə məhdudiyətli yeniyetmələr arasında İran İslam Respublikasının Tehran şəhərində keçirilən yunan-roma güləş növü üzrə dünya çempionatında Elçin Həsənzadə 60 kq çəki dərəcəsində çempionatın 2-ci yerinə sahib çıxıb.
Paralimpizm 04 may

AÇ-də daha bir gümüş medal

Milli Paralimpiya Komitəsinin üzgüçülük idman növü üzrə milli komandasının üzvü Dmitri Saley Portuqaliyanın Funşal şəhərində keçirilən Avropa çempionatının üçüncü günündə brass üsulu ilə 100 metr məsafədə 1.08.31 s. nəticəylə gümüş medala sahib olub.
Paralimpizm 03 may

Paralimpiya Komitəsinin 20 illiyi münasibəti ilə stend atıcılığı üzrə turnir keçiriləcək

Mayın 6-da, saat 11:00-da Novxanı atıcılıq mərkəzində Milli Paralimpiya Komitəsinin 20 illik yubileyi münasibəti ilə stend atıcılığının kompak sportinq idman növü üzrə turnir keçiriləcək.
Paralimpizm 03 may

Roman bürünc, Dmitri gümüş medal qazandı

Milli Paralimpiya Komitəsinin Üzgüçülük idman növü üzrə milli komandasının üzvləri - Roman və Dmitri Saley Portuqaliyanın Funşal şəhərində keçirilən Avropa çempionatının ikinici günündə uğurlu çıxış edib.