28 noyabr 2015 21:00

Paralimpiyaçı cüdoçularımız 1 qızıl, 2 gümüş, 1 bürünc medal qazandı

Portuqaliyanın Odivellas şəhərində keçirilən 2016 Rio-De-Janeyro yay paralimpiya oyunlarına son reytinq xalı qazandıran Avropa çempionatının 2-ci günündə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin cüdo idman növü üzrə idmançıları - 57 kq çəki dərəcəsində Səbinə Abdullayeva, 63 kq çəki dərəcəsində Afaq Sultanova, 73 kq çəki dərəcəsində Ramil Qasımov, 81 kq çəki dərəcəsində Rövşən Səfərov və 90 kq çəki dərəcəsində Ramin Əliyev tatamidə öz güclərini sınayıblar. Azerisport.az xəbər verir ki, bütün rəqiblərinə qalib gələn Ramil Qasımov Avropa çempionu adını qazanıb.

Rövşən Səfərovla Səbinə Abdullayeva yalnız finalda uduzaraq, gümüş medala sahib çıxıb.

Afaq Sultanova isə Avropa çempionatının bürünc mükafatına sahib olub.

Eyni zamanda Macarıstanda keçirilən poverliftinq idman növü üzrə açıq Avropa çempionatının son günündə 107+ kq çəki dərəcəsində idmançımız Məhərrəm Əliyev yarışa qatılacaq.

Xatırladırıq ki, poverliftinq idman növü üzrə Gündüz İsmayılov qızı, Elşən Hüseynov gümüş, Əhməd Razm Azar isə bürünc medal qazanıb.

Cüdo idman növü üzrə isə İlham Zəkiyev qızıl (bununla İlham 6-cı dəfə Avropa çempionu adına laiq görülüb), Bayram Mustafayev qızıl, Ramin İbrahimov isə gümüş medala sahib olublar.

Похожие новости

Paralimpizm 09 sentyabr

Eyni hüquq deyiriksə, ədalətli davranmalıyıq

Bu yayın son böyük idman bayramları Olimpiya və Paralimpiya oyunları başa çatdı.
Paralimpizm 28 noyabr

Paralimpiya çempionları baş məşqçi təyin olundular

Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovun sədrliyi ilə komitənin növbəti iclası keçirilib.
Paralimpizm 03 avqust

Bəhmən Rezayi: Azərbaycanı öz vətənim kimi qəbul edirəm

Son vaxtlar ölkəmizdə toplanış keçən müxtəlif idman növləri üzrə əcnəbi komandaların sayı artıb. İdman infrastrukturunun güclənməsi xaricilərin diqqətini cəlb edir.
Paralimpizm 26 may

Rio-2016-ya vəsiqə əldə edən paralimpiyaçılarımızın siyahısı açıqlandı

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dəstək Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Rio-De-Janeyro Paralimpiya Oyunlarında ölkəmizi təmsil edən idmançılarımızı tanıtım kampaniyasının təşkili” layihəsinə start verilib.
Paralimpizm 16 may

Naxçıvanda Paralimpiya İdman Festivalı keçirilib

Naxçıvan şəhərində Ümummilli lider Heydər Əliyevin xatirəsinə və Milli Paralimpiya Komitəsinin 20 illik yubileyinə həsr olunmuş Paralimpiya İdman Festivalı keçirilib.
Paralimpizm 06 may

Paralimpiya Komitəsinin 20 illik yubileyi münasibəti ilə stend atıcılığı turniri keçirilib

Bu gün Novxanı atıcılıq mərkəzində Milli Paralimpiya Komitəsinin 20 illik yubileyi münasibəti ilə stend atıcılığının kompak sportinq idman növü üzrə turnir keçirilib.
Paralimpizm 05 may

Həsənzadə Surolimpiyadaya lisenziya qazandı

Eşitmə məhdudiyətli yeniyetmələr arasında İran İslam Respublikasının Tehran şəhərində keçirilən yunan-roma güləş növü üzrə dünya çempionatında Elçin Həsənzadə 60 kq çəki dərəcəsində çempionatın 2-ci yerinə sahib çıxıb.
Paralimpizm 04 may

AÇ-də daha bir gümüş medal

Milli Paralimpiya Komitəsinin üzgüçülük idman növü üzrə milli komandasının üzvü Dmitri Saley Portuqaliyanın Funşal şəhərində keçirilən Avropa çempionatının üçüncü günündə brass üsulu ilə 100 metr məsafədə 1.08.31 s. nəticəylə gümüş medala sahib olub.
Paralimpizm 03 may

Paralimpiya Komitəsinin 20 illiyi münasibəti ilə stend atıcılığı üzrə turnir keçiriləcək

Mayın 6-da, saat 11:00-da Novxanı atıcılıq mərkəzində Milli Paralimpiya Komitəsinin 20 illik yubileyi münasibəti ilə stend atıcılığının kompak sportinq idman növü üzrə turnir keçiriləcək.