6 oktyabr 2015 16:30

Oleq Panyutin: Çox istərdim ki, bu hissləri yenidən yaşayım

Atletika idman növü üzrə ikiqat paralimpiya çempionu və paralimpiya oyunlarının gümüş və bürünc mükafatçısı Oleq Panyutin açıqlama verib. Azerisport.az sizi həmin açıqlama ilə tanış edir:

"Məqsədim növbəti Paralimpiya Oyunlarında qalib kimi üçüncü dəfə Azərbaycan bayrağını qaldırmaqdır. Qalib olaraq dünyanın ən möhtəşəm idman arenalarında bayrağımızı yüksəklərə qaldırmaq mənim üçün həm şərəfli, həm də təkrarolunmaz hisslərimin həyata keçməsi, bir daha yüksək zirvələri fəth etməyə ruhlandırır. 2016-cı il XV Rio-De-Janeyro yay Paralimpiya Oyunlarına hazırlığımı da məhz bu istiqamət də qurmağa çalışıram. Gündəlik gərgin məşq edirəm və məqsədim qarşıda iştirak edəcəyimiz Qətərin Doha şəhərində keçiriləcək lisenziya xarakterli Dünya çempionatında çempion olmaq və lisenziya qazanmaqdır. İnanıram ki, mənə yaradılan bu şəraitdən və Paralimpiya Komitəsinin rəhbərliyinin xüsusi diqqət və qayğısından bəhrələnərək istəyimə nail olacağam. London Paralimpiya Oyunlarından qayıtdıqdan sonra ölkə Prezidentinin biz paralimpiyaçılara göstərdiyi isti münasibəti və qayğıkeşliyini unuda bilmirəm. Çox istərdim ki, bu hissləri bir daha yaşayım".

Похожие новости

Paralimpizm 09 sentyabr

Eyni hüquq deyiriksə, ədalətli davranmalıyıq

Bu yayın son böyük idman bayramları Olimpiya və Paralimpiya oyunları başa çatdı.
Paralimpizm 28 noyabr

Paralimpiya çempionları baş məşqçi təyin olundular

Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovun sədrliyi ilə komitənin növbəti iclası keçirilib.
Paralimpizm 03 avqust

Bəhmən Rezayi: Azərbaycanı öz vətənim kimi qəbul edirəm

Son vaxtlar ölkəmizdə toplanış keçən müxtəlif idman növləri üzrə əcnəbi komandaların sayı artıb. İdman infrastrukturunun güclənməsi xaricilərin diqqətini cəlb edir.
Paralimpizm 26 may

Rio-2016-ya vəsiqə əldə edən paralimpiyaçılarımızın siyahısı açıqlandı

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dəstək Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Rio-De-Janeyro Paralimpiya Oyunlarında ölkəmizi təmsil edən idmançılarımızı tanıtım kampaniyasının təşkili” layihəsinə start verilib.
Paralimpizm 16 may

Naxçıvanda Paralimpiya İdman Festivalı keçirilib

Naxçıvan şəhərində Ümummilli lider Heydər Əliyevin xatirəsinə və Milli Paralimpiya Komitəsinin 20 illik yubileyinə həsr olunmuş Paralimpiya İdman Festivalı keçirilib.
Paralimpizm 06 may

Paralimpiya Komitəsinin 20 illik yubileyi münasibəti ilə stend atıcılığı turniri keçirilib

Bu gün Novxanı atıcılıq mərkəzində Milli Paralimpiya Komitəsinin 20 illik yubileyi münasibəti ilə stend atıcılığının kompak sportinq idman növü üzrə turnir keçirilib.
Paralimpizm 05 may

Həsənzadə Surolimpiyadaya lisenziya qazandı

Eşitmə məhdudiyətli yeniyetmələr arasında İran İslam Respublikasının Tehran şəhərində keçirilən yunan-roma güləş növü üzrə dünya çempionatında Elçin Həsənzadə 60 kq çəki dərəcəsində çempionatın 2-ci yerinə sahib çıxıb.
Paralimpizm 04 may

AÇ-də daha bir gümüş medal

Milli Paralimpiya Komitəsinin üzgüçülük idman növü üzrə milli komandasının üzvü Dmitri Saley Portuqaliyanın Funşal şəhərində keçirilən Avropa çempionatının üçüncü günündə brass üsulu ilə 100 metr məsafədə 1.08.31 s. nəticəylə gümüş medala sahib olub.
Paralimpizm 03 may

Paralimpiya Komitəsinin 20 illiyi münasibəti ilə stend atıcılığı üzrə turnir keçiriləcək

Mayın 6-da, saat 11:00-da Novxanı atıcılıq mərkəzində Milli Paralimpiya Komitəsinin 20 illik yubileyi münasibəti ilə stend atıcılığının kompak sportinq idman növü üzrə turnir keçiriləcək.