1 iyul 2015 17:30

İlqar Rəhimov: Paralimpiya Komitəsi qarşıya qoyulmuş məqsədi laiqincə yerinə yetirdi

Bu gün Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin “Bakı-2015” Avropa Oyunlarının yekunlarına həsr olunmuş iclası keçirilib. Azerisport.az xəbər verir ki, ARMPK-nin prezidenti İlqar Rəhimov iclası açaraq qeyd edib ki, “Bakı-2015” Avropa Oyunlarının yüksək səviyyədə keçirilərək uğurla başa çatması ölkəmızın qüdrətini bütün dünyaya bir daha nümayiş etdirdi.

Azərbaycan idmançıları yüksək nəticələr əldə edərək, 50 ölkə arasında ikinci yerə çıxmaqla Azərbaycanda digər sahələrdə olduğu kimi idmanın da sürətlə inkişaf etdiyini sübut etdilər. Sevindirici haldır ki, yarış kecirilən bütün idman arenalarında fiziki məhdudiyyətli şəxslər üçün beynəlxalq standartlara cavab verən şərait yaradılmış və həmin şəxslər böyük həvəslə bütün yarışları izləmişlər. O, oyunlar zamanı ölkə başçısı cənab İlham Əliyevin və “Bakı-2015” I Avropa Oyunlarının təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyevanın paralimpiyaçı idmançılara xüsusi diqqət yetirdiklərini bidirərək, onlara Paralimpiya ailəsi adından təşəkkür etdi. Bu Oyunların Milli Paralimpiya Komitəsi üçün xüsusi önəm daşıdığını vurqulayaraq, Komitə tərəfindən qarşıya  qoyulmuş məqsədin laiqincə yetirildiyini və oyunlarda iştirak edən üç idmançının bir qızıl, bir gümüş və bir bürünc medal qazandıqlarını qeyd etdi.

Daha sonra I “Bakı-2015” Avropa Oyunlarının çempionu İlham Zəkiyev, ikinci yerin qalibi Səbinə Abdullayeva, bürünc medal qazanmış Zakir Mislimov və onların məşqçiləri çıxış edərək öz təəssüratlarını bölüşməklə yanaşı, belə bir möhtəşəm tədbirin Bakıda keçirildiyinə görə ölkə başçısı cənab İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya öz dərin təşəkkürlərini bildirdilər.

İclasın sonunda Azərbaycan Respublikası Paralimpiya Hərəkatının inkişafında göstətdiyi xidmətlərinə görə idmançı Zəkiyev İlham Əzizağa oğlu Milli Paralimpiya Komitəsinin “Paralimpiya Medalı ilə, “Bakı-2015” I Avropa Oyunlarında yüksək nailiyyətlərinə görə idmançı Abdullayeva Səbinə Xanlar qızı, idmançı Mislimov Zakir Qafur oğlu, baş məşqçi İbrahimov İbrahim Eldar oğlu, şəxsi məşqçilər Rəcəbli Elxan Əhməddin oğlu, Əliyev Yangibar Eldar oğlu və Baratov Pərviz Qədəş oğlu Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin Fəxri Fərmanı ilə təltif edildilər.

Bununla yanaşı “Bakı-2015” I Avropa Oyunlarının hazırlanıb keçirilməsində fəal iştiraklarına görə hakim Hüseynov Fariz Adil oğlu, ARMPK-nin şöbə müdiri Məmmədov Kamal Cabir oğlu və ARMPK-nin mütəxəssisi Məhərrəmov İlham Adil oğlu Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin Diplomu ilə təltif olundular.

Qeyd edək ki, Avropada ilk dəfə kecirilən “Bakı 2015” I Avropa Oyunlarında keçirilən yarışlarda cüdo idman növü üzrə 2 çəkidə 10 ölkədən 16 nəfər paralimpiyaçı iştirak etmişdir. Azərbaycan Milli Paralimpiya Komitəsinin 3 idmançı, İlham Zəkiyev, Zakir Mislimov və Səbinə Abdullayeva da həmin yarışlara qatılmışlar. Nəticə olaraq, Milli Paralimpiya Komitəsinin idmançıları oyunlarda 3 medal qazanmışlar. Belə ki, Paralimpiyaçı cüdoçular arasında 57 kiloqram çəki dərəcəsində mübarizə aparan Səbinə Abdullayeva İspaniyalı Mariya Monik Merensiano Herrero və Ukrayna təmsilçisi Nataliya Nikolayçuku məğlub edərək finala yüksəlib. Cüdoçumuz qızıl medal uğrunda görüşdə ciddi zədə aldığı üçün digər Ukrayna təmsilçisi İnna Çernyaka məğlub olaraq birinci Avropa Oyunlarının gümüş medalı ilə kifayətlənməli olub.

Kişi paralimpiyaçı cüdoçuların 90 kiloqramdan yuxarı çəki dərəcəsində Azərbaycan iki idmançı ilə təmsil olunub. Mübarizəyə yarımfinaldan qoşulan ikiqat Paralimpiya və dünya, beşqat Avropa çempionu İlham Zəkiyev yunanıstanlı atlet, dünya kuboku yarışlarının bürünc mükafatçısı Klimis Papaçristosu ipponla məğlub edərək finala yüksəlib. Həlledici görüşdə Ukrayna təmsilçisi Aleksandr Pominova qalib gələn İlham Zəkiyev Azərbaycana 18-ci qızıl medalı qazandırıb. Yarışın bürünc medalına Azərbaycan cüdoçusu Zakir Mislimov sahib olub.

Umimiyyətlə oyunlarda 20 idman növü üzrə yarışlar keçirilmiş, azərbaycanlı idmançılar 6 idman növü üzrə qızıl medal qazanmışlar ki, bunlardan biri də paralimpiya cüdosudur.

Похожие новости

Paralimpizm 09 sentyabr

Eyni hüquq deyiriksə, ədalətli davranmalıyıq

Bu yayın son böyük idman bayramları Olimpiya və Paralimpiya oyunları başa çatdı.
Paralimpizm 28 noyabr

Paralimpiya çempionları baş məşqçi təyin olundular

Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovun sədrliyi ilə komitənin növbəti iclası keçirilib.
Paralimpizm 03 avqust

Bəhmən Rezayi: Azərbaycanı öz vətənim kimi qəbul edirəm

Son vaxtlar ölkəmizdə toplanış keçən müxtəlif idman növləri üzrə əcnəbi komandaların sayı artıb. İdman infrastrukturunun güclənməsi xaricilərin diqqətini cəlb edir.
Paralimpizm 26 may

Rio-2016-ya vəsiqə əldə edən paralimpiyaçılarımızın siyahısı açıqlandı

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dəstək Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Rio-De-Janeyro Paralimpiya Oyunlarında ölkəmizi təmsil edən idmançılarımızı tanıtım kampaniyasının təşkili” layihəsinə start verilib.
Paralimpizm 16 may

Naxçıvanda Paralimpiya İdman Festivalı keçirilib

Naxçıvan şəhərində Ümummilli lider Heydər Əliyevin xatirəsinə və Milli Paralimpiya Komitəsinin 20 illik yubileyinə həsr olunmuş Paralimpiya İdman Festivalı keçirilib.
Paralimpizm 06 may

Paralimpiya Komitəsinin 20 illik yubileyi münasibəti ilə stend atıcılığı turniri keçirilib

Bu gün Novxanı atıcılıq mərkəzində Milli Paralimpiya Komitəsinin 20 illik yubileyi münasibəti ilə stend atıcılığının kompak sportinq idman növü üzrə turnir keçirilib.
Paralimpizm 05 may

Həsənzadə Surolimpiyadaya lisenziya qazandı

Eşitmə məhdudiyətli yeniyetmələr arasında İran İslam Respublikasının Tehran şəhərində keçirilən yunan-roma güləş növü üzrə dünya çempionatında Elçin Həsənzadə 60 kq çəki dərəcəsində çempionatın 2-ci yerinə sahib çıxıb.
Paralimpizm 04 may

AÇ-də daha bir gümüş medal

Milli Paralimpiya Komitəsinin üzgüçülük idman növü üzrə milli komandasının üzvü Dmitri Saley Portuqaliyanın Funşal şəhərində keçirilən Avropa çempionatının üçüncü günündə brass üsulu ilə 100 metr məsafədə 1.08.31 s. nəticəylə gümüş medala sahib olub.
Paralimpizm 03 may

Paralimpiya Komitəsinin 20 illiyi münasibəti ilə stend atıcılığı üzrə turnir keçiriləcək

Mayın 6-da, saat 11:00-da Novxanı atıcılıq mərkəzində Milli Paralimpiya Komitəsinin 20 illik yubileyi münasibəti ilə stend atıcılığının kompak sportinq idman növü üzrə turnir keçiriləcək.