2 dekabr 2013 14:55

BP şirkəti paraolimpiya hərəkatına dəstək verir

Noyabrın 29-da  Azərbaycan Respublikası Milli Paraolimpiya Komitəsi (MPK) rəsmi tərəfdaşı BP şirkəti ilə birgə Kürdəmir Paraolimpiya İdman Kompleksində Paraolimpiya İdman Festivalı keçirib. Azerisport.az xəbər verir ki, tədbirin əsas məqsədi əlil idmanı və Paraolimpiya dəyərlərini geniş əhali kütləsi arasında təşviq etməklə insanları, xüsusilə uşaqları, gəncləri Paraolimpiya hərəkatının fəal üzvlərinə çevirməkdir.
 
Nümunəvi idman və musiqili-bədii proqramdan ibarət festivalda Kürdəmir şəhərindən əsasən uşaq və gənclər iştirak etmişdir. Festivalda uşaq və gənclərə dəstək üçün Paraolimpiya çempionu Oluxan Musayev və digər gənc paraolimpiyaçılar da iştirak etmişlər.
 
MPK-ın vitse-prezidenti Şaiq Həmidov çıxış edərək iştirakçılara Paraolimpiya hərəkatının tarixçəsi və London 2012 Oyunlarından başlayan MPK-BP rəsmi tərəfdaşlığından danışdı. O, festivalın 3 dekabr - Beynəlxalq Əlillər Gününə həsr edildiyini vurğulayaraq insanları, xüsusilə uşaqları və gəncləri sağlamlıq imkanlarından asılı olmayaraq idmanla məşğul olmağa çağırdı. Şaiq Həmidov tədbirin təşkilində göstərdikləri dəstəyə və köməyə görə BP şirkətinə, rayon icra hakimiyyətinə, gənclər və idman idarəsinə, həmçinin Kürdəmir Olimpiya İdman Kompleksinin rəhbərliyinə komitə adından təşəkkürünü bildirdi. Sonra Rayon İcra hakimiyyətinin və rayonun Gənclər və idman idarəsinin nümayəndələri çıxış edərək  rayonda əhalinin idmana və bədən tərbiyəsinə cəlb olunması üçün yaradılmış  şəraitdən danışdılar.
 
Rəsmi çıxışlardan sonra gənc idmançılar müxtəlif idman növləri üzrə nümunəvi çıxışlar etmişlər. Təbdirdə yerli incəsənət ustaları da müxtəlif musiqi nömrələri ilə çıxış ediblər.
 
Tədbirin sonunda Şaiq Həmidov MPK adından yerli hökumət qurumlarını və Olimpiya İdman Kompleksini fəxri diplom və hədiyyələrlə təltif etdi.

Похожие новости

Paralimpizm 09 sentyabr

Eyni hüquq deyiriksə, ədalətli davranmalıyıq

Bu yayın son böyük idman bayramları Olimpiya və Paralimpiya oyunları başa çatdı.
Paralimpizm 28 noyabr

Paralimpiya çempionları baş məşqçi təyin olundular

Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovun sədrliyi ilə komitənin növbəti iclası keçirilib.
Paralimpizm 03 avqust

Bəhmən Rezayi: Azərbaycanı öz vətənim kimi qəbul edirəm

Son vaxtlar ölkəmizdə toplanış keçən müxtəlif idman növləri üzrə əcnəbi komandaların sayı artıb. İdman infrastrukturunun güclənməsi xaricilərin diqqətini cəlb edir.
Paralimpizm 26 may

Rio-2016-ya vəsiqə əldə edən paralimpiyaçılarımızın siyahısı açıqlandı

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dəstək Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Rio-De-Janeyro Paralimpiya Oyunlarında ölkəmizi təmsil edən idmançılarımızı tanıtım kampaniyasının təşkili” layihəsinə start verilib.
Paralimpizm 16 may

Naxçıvanda Paralimpiya İdman Festivalı keçirilib

Naxçıvan şəhərində Ümummilli lider Heydər Əliyevin xatirəsinə və Milli Paralimpiya Komitəsinin 20 illik yubileyinə həsr olunmuş Paralimpiya İdman Festivalı keçirilib.
Paralimpizm 06 may

Paralimpiya Komitəsinin 20 illik yubileyi münasibəti ilə stend atıcılığı turniri keçirilib

Bu gün Novxanı atıcılıq mərkəzində Milli Paralimpiya Komitəsinin 20 illik yubileyi münasibəti ilə stend atıcılığının kompak sportinq idman növü üzrə turnir keçirilib.
Paralimpizm 05 may

Həsənzadə Surolimpiyadaya lisenziya qazandı

Eşitmə məhdudiyətli yeniyetmələr arasında İran İslam Respublikasının Tehran şəhərində keçirilən yunan-roma güləş növü üzrə dünya çempionatında Elçin Həsənzadə 60 kq çəki dərəcəsində çempionatın 2-ci yerinə sahib çıxıb.
Paralimpizm 04 may

AÇ-də daha bir gümüş medal

Milli Paralimpiya Komitəsinin üzgüçülük idman növü üzrə milli komandasının üzvü Dmitri Saley Portuqaliyanın Funşal şəhərində keçirilən Avropa çempionatının üçüncü günündə brass üsulu ilə 100 metr məsafədə 1.08.31 s. nəticəylə gümüş medala sahib olub.
Paralimpizm 03 may

Paralimpiya Komitəsinin 20 illiyi münasibəti ilə stend atıcılığı üzrə turnir keçiriləcək

Mayın 6-da, saat 11:00-da Novxanı atıcılıq mərkəzində Milli Paralimpiya Komitəsinin 20 illik yubileyi münasibəti ilə stend atıcılığının kompak sportinq idman növü üzrə turnir keçiriləcək.