28 sentyabr 2013 00:06

Azərbaycan dünyada daha bir ilkə imza atdı

Sentyabrın 27-də Sumqayıt Paralimpiya İdman Kompleksində Azərbaycan Milli Paralimpiya Komitəsinin (AMPK) İcraiyyə Komitəsinin iclası keçirilib. Azerisport.az xəbər verir ki, iclasda dövlət qurumlarının, beynəlxalq təşkilatların respublikamızda fəaliyyət göstərən nümayəndəliklərinin, xarici ölkə səfirliklərinin, ali məktəb, qeyri-hökumət təşkilatlarının rəhbərləri və nümayəndələri iştirak ediblər.
 
İclasa rəhbərlik edən AMPK-nın prezidenti İlqar Rəhimov qeyd edib ki, 1996–cı ildə ulu öndər Heydər Əliyevin xeyir-duası ilə 2 idman növü ilə fəaliyyətə başlayan paralimpiya hərəkatı inkişafının hazırkı mərhələsində 11 idman növündə yüzlərlə idmançını öz ətrafına toplamağa müvəffəq olub. Azərbaycan paralimpiyaçılarının 2012– ci il XIV London Yay Paralimpiya Oyunlarında qazandıqları uğurlu nəticə, 12 medalla 166 ölkə arasında 27–ci yerə sahib olmaq ölkəmiz üçün böyük nəticədi.
 
Məlumat verilib ki, əldə olunmuş nailiyyətlərin qorunub saxlanılması, inkişaf etdirilməsi və 2016-cı il XV Rio de-Janeyro Yay Paralimpiya Oyunlarına hazırlıqla əlaqədar komitə tərəfindən “Azərbaycan Milli Paralimpiya Komitəsinin növbəti 4 il üçün (2013-2016-cı illər) Strateji Fəaliyyət Planı” təsdiq edilib. Planda respublikanın bütün regionlarında paralimpiya hərəkatının genişləndirilməsi məqsədilə peşəkar əlil idmanının inkişafı, təşkilati idarəetmənin təkmilləşdirilməsi, təbliğat-təşviqat işlərinin və beynəlxalq idman qurumları ilə əlaqələrin genişləndirilməsi ilə yanaşı, sağlamlıq imkanları məhdud uşaqların seçilərək peşəkar idmana cəlb olunmaları məsələsi də öz əksini tapıb.
 
Respublikada sağlamlıq imkanları məhdud uşaqların kütləvi idman və bədən tərbiyəsində daha fəal iştirakına nail olmaqla, paralimpiya idman növləri üzrə ehtiyat idmançıların hazırlanması işini sürətləndirmək məqsədilə AMPK-nın nəzdində paralimpiya hərəkatının yaradılması üçün komitənin işçi qrupu yaradılmış və tədbirlər planı təsdiq edilib.
 
İclasda “AMPK-nın nəzdində uşaq paralimpiya hərəkatının inkişafına dair (2013-2016-cı illər üçün) Konsepsiya”sı müzakirə edilərək təsdiq edilmişdir. AMPK-nın nəzdində Uşaq Paralimpiya Komitəsinin yaradılması haqqında qərar qəbul edilmiş, qurumun 13 nəfərdən ibarət İdarə heyəti təsdiq edilib. AMPK-nın birinci vitse- prezidenti Natiq Qasımov komitənin idarə heyətinin sədri, qurumun inkişaf, informasiya və təhsil şöbəsinin müdiri Kamal Məmmədov idarə heyətinin sədrinin müavini-icraçı direktor vəzifələrinə təyin ediliblər.
 
İclasda Milli Məclisin deputatı Rauf Əliyev, milli paralimpiya komandasının kapitanı İlham Zəkiyev, AMPK-nın vitse-prezidenti Şaiq Həmidov, Gözdən Əlillər Cəmiyyətinin prezidenti Səmyar Abdullayev, 1-ci qrup əlil İlham Məhərrəmov, “Müşfiq” İctimai Birliyinin rəhbəri Validə Abbasova, “Vətən Fədailərinin Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin sədri Dadaş Quliyev, “DAN” İctimai Birliyinin sədri Gülarə Teymurova, “Odlar Yurdu” Universitetinin informasiya-kommunikasiya texnologiyaları üzrə prorektoru, “Elektron təlimləndirən sistemlər” layihəsinin rəhbəri Salam Əliyev, UNİCEF-in Azərbaycan nümayəndəliyinin yeniyetmə və gənclərin inkişafı üzrə mütəxəssisi Natiq Umarov və “Əlil idmançılara dəstək” İctimai Birliyinin sədri Vüsalə Kərimova çıxış edərək müzakirə olunan məsələlərə münasibətlərini bildiriblər. Qeyd ediblər ki, dünyada ilk dəfə olaraq AMPK-nın nəzdində Uşaq Paralimpiya Komitəsinin yaradılması ölkəmizdə idmana, bədən tərbiyəsinə, paralimpiya hərəkatına göstərilən dövlət qayğısının əyani təzahürüdü. Bu, sağlamlıq imkanları məhdud uşaqların idmanla məşğul olmaları ilə yanaşı, onların cəmiyyətə inteqrasiyasının təmin olunması deməkdi.
 
İclasın sonunda AMPK-nın paralimpiya komandasının kapitanı, ikiqat paralimpiya və dünya, dördqat Avropa çempionu İlham Zəkiyev uşaq paralimpiya hərəkatına qoşulmaq istəyən ilk təşəbbüskar, qılıncoynatma idmanı ilə məşğul olmaq istəyən Bakı Uşaq Bərpa Mərkəzində reabilitasiya keçən 14 yaşlı Əlivahid Zeynallıya və ona dəstək olmaq istəyən cüdo idmanı ilə məşğul olan 9 yaşlı Murad Məmmədova Uşaq Paralimpiya Komitəsinin yaranması münasibətilə xatirə medalı və AMPK-nın bayrağını hədiyyə edib.

Похожие новости

Paralimpizm 09 sentyabr

Eyni hüquq deyiriksə, ədalətli davranmalıyıq

Bu yayın son böyük idman bayramları Olimpiya və Paralimpiya oyunları başa çatdı.
Paralimpizm 28 noyabr

Paralimpiya çempionları baş məşqçi təyin olundular

Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovun sədrliyi ilə komitənin növbəti iclası keçirilib.
Paralimpizm 03 avqust

Bəhmən Rezayi: Azərbaycanı öz vətənim kimi qəbul edirəm

Son vaxtlar ölkəmizdə toplanış keçən müxtəlif idman növləri üzrə əcnəbi komandaların sayı artıb. İdman infrastrukturunun güclənməsi xaricilərin diqqətini cəlb edir.
Paralimpizm 26 may

Rio-2016-ya vəsiqə əldə edən paralimpiyaçılarımızın siyahısı açıqlandı

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dəstək Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Rio-De-Janeyro Paralimpiya Oyunlarında ölkəmizi təmsil edən idmançılarımızı tanıtım kampaniyasının təşkili” layihəsinə start verilib.
Paralimpizm 16 may

Naxçıvanda Paralimpiya İdman Festivalı keçirilib

Naxçıvan şəhərində Ümummilli lider Heydər Əliyevin xatirəsinə və Milli Paralimpiya Komitəsinin 20 illik yubileyinə həsr olunmuş Paralimpiya İdman Festivalı keçirilib.
Paralimpizm 06 may

Paralimpiya Komitəsinin 20 illik yubileyi münasibəti ilə stend atıcılığı turniri keçirilib

Bu gün Novxanı atıcılıq mərkəzində Milli Paralimpiya Komitəsinin 20 illik yubileyi münasibəti ilə stend atıcılığının kompak sportinq idman növü üzrə turnir keçirilib.
Paralimpizm 05 may

Həsənzadə Surolimpiyadaya lisenziya qazandı

Eşitmə məhdudiyətli yeniyetmələr arasında İran İslam Respublikasının Tehran şəhərində keçirilən yunan-roma güləş növü üzrə dünya çempionatında Elçin Həsənzadə 60 kq çəki dərəcəsində çempionatın 2-ci yerinə sahib çıxıb.
Paralimpizm 04 may

AÇ-də daha bir gümüş medal

Milli Paralimpiya Komitəsinin üzgüçülük idman növü üzrə milli komandasının üzvü Dmitri Saley Portuqaliyanın Funşal şəhərində keçirilən Avropa çempionatının üçüncü günündə brass üsulu ilə 100 metr məsafədə 1.08.31 s. nəticəylə gümüş medala sahib olub.
Paralimpizm 03 may

Paralimpiya Komitəsinin 20 illiyi münasibəti ilə stend atıcılığı üzrə turnir keçiriləcək

Mayın 6-da, saat 11:00-da Novxanı atıcılıq mərkəzində Milli Paralimpiya Komitəsinin 20 illik yubileyi münasibəti ilə stend atıcılığının kompak sportinq idman növü üzrə turnir keçiriləcək.