21 may 2013 00:07

Bakıda Beynəlxalq festival keçirildi (FOTOREPORTAJ)

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi ilə Gənclər və idman Nazirliyinin birgə təşkilatçılığı ilə regionda ilk dəfə olaraq Bakıda Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş Əlil arabasında idman rəqsi üzrə Beynəlxalq festival keçirilib. Azerisport.az xəbər verir ki, festival çərçivəsində dünyada ilk dəfə olaraq əlil arabasında idman rəqsi üzrə flaş mob keçirilib.
 
Festival Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin himni ilə başlayıb. Sonra tamaşaçılara paralimpiya hərəkatından bəhs edən video nümayiş olunub. Davam olaraq Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna, Polşa, İsrail, Belarus və Qazaxıstandan olan 26 idmançı rəqqaslar öz rəngarəng nömrələri ilə  dəniz kənarı Milli Parka gəzintiyə gəlmiş qonaqlara və şəhərimizin sakinlərinə xoş anlar bəxş ediblər. Festivalda gənc müğənnilər idmançılara dəstək olaraq öz musiqi nömrələri ilə çıxış ediblər.
 
Festivalda əlil arabasında idman rəqsinin Paralimpiya Oyunlarına daxil edilməsi məqsədilə iştirakçılar adından Azərbaycan Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov tərəfindən imzalanıb və Beynəlxalq Paralimpiya Komitəsinə ünvanlanmış müraciət oxunub. Dünya Paralimpiya idmanında öz dəstixətti olan ikiqat Paralimpiya çempionu, ikiqat dünya çempionu, dördqat Avropa çempionu, Şöhrət ordenli, Heydər Əliyev Fondunun "Qızıl Çinar" mükafatının laureatı cənab İlham Zəkiyev çıxış edərək festival iştirakçılarına dəstək olduğunu bildirib. Festivalın sonunda Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov festival iştirakçılarına Milli Paralimpiya Komitəsinin xüsusi diplomlarını təqdim etdi. (Milli Paralimpiya Komitəsi Mətbuat Xidməti)

Похожие новости

Paralimpizm 09 sentyabr

Eyni hüquq deyiriksə, ədalətli davranmalıyıq

Bu yayın son böyük idman bayramları Olimpiya və Paralimpiya oyunları başa çatdı.
Paralimpizm 28 noyabr

Paralimpiya çempionları baş məşqçi təyin olundular

Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovun sədrliyi ilə komitənin növbəti iclası keçirilib.
Paralimpizm 03 avqust

Bəhmən Rezayi: Azərbaycanı öz vətənim kimi qəbul edirəm

Son vaxtlar ölkəmizdə toplanış keçən müxtəlif idman növləri üzrə əcnəbi komandaların sayı artıb. İdman infrastrukturunun güclənməsi xaricilərin diqqətini cəlb edir.
Paralimpizm 26 may

Rio-2016-ya vəsiqə əldə edən paralimpiyaçılarımızın siyahısı açıqlandı

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dəstək Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Rio-De-Janeyro Paralimpiya Oyunlarında ölkəmizi təmsil edən idmançılarımızı tanıtım kampaniyasının təşkili” layihəsinə start verilib.
Paralimpizm 16 may

Naxçıvanda Paralimpiya İdman Festivalı keçirilib

Naxçıvan şəhərində Ümummilli lider Heydər Əliyevin xatirəsinə və Milli Paralimpiya Komitəsinin 20 illik yubileyinə həsr olunmuş Paralimpiya İdman Festivalı keçirilib.
Paralimpizm 06 may

Paralimpiya Komitəsinin 20 illik yubileyi münasibəti ilə stend atıcılığı turniri keçirilib

Bu gün Novxanı atıcılıq mərkəzində Milli Paralimpiya Komitəsinin 20 illik yubileyi münasibəti ilə stend atıcılığının kompak sportinq idman növü üzrə turnir keçirilib.
Paralimpizm 05 may

Həsənzadə Surolimpiyadaya lisenziya qazandı

Eşitmə məhdudiyətli yeniyetmələr arasında İran İslam Respublikasının Tehran şəhərində keçirilən yunan-roma güləş növü üzrə dünya çempionatında Elçin Həsənzadə 60 kq çəki dərəcəsində çempionatın 2-ci yerinə sahib çıxıb.
Paralimpizm 04 may

AÇ-də daha bir gümüş medal

Milli Paralimpiya Komitəsinin üzgüçülük idman növü üzrə milli komandasının üzvü Dmitri Saley Portuqaliyanın Funşal şəhərində keçirilən Avropa çempionatının üçüncü günündə brass üsulu ilə 100 metr məsafədə 1.08.31 s. nəticəylə gümüş medala sahib olub.
Paralimpizm 03 may

Paralimpiya Komitəsinin 20 illiyi münasibəti ilə stend atıcılığı üzrə turnir keçiriləcək

Mayın 6-da, saat 11:00-da Novxanı atıcılıq mərkəzində Milli Paralimpiya Komitəsinin 20 illik yubileyi münasibəti ilə stend atıcılığının kompak sportinq idman növü üzrə turnir keçiriləcək.