14 may 2013 16:24

“Nəticələrimiz bizi yeni uğurlar əldə etməyə ruhlandırır”

Beynəlxalq Paralimpiya Komitəsinin rəsmi saytında İkiqat Paralimpiya çempionu İlham Zəkiyev haqqında məqalə dərc olunub. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.
 
Azərbaycan cüdoçularının məqsədi, 2016-cı ildə Braziliyanın Rio de Janeyro şəhərində keçiriləcək XV Yay Paralimpiya Oyularında müvəfəqiyyət qazanmaqdı.
 
2016-cı il Braziliya Federativ Respublikasının Rio de Janeyro şəhərində  keçiriləcək Yay Paralimpiya Oyunlarına üç il qalmasına baxmayaraq, Azərbaycan Respublikası Prezidentinın dəstəyi ilə Azərbaycan cüdoçuları bu paralimpiya oyunlarına ciddi hazırlaşaraq qarşılarına ciddi məqsədlər qoymuşlar. Bu hazırlıqlara təkan olaraq noyabr ayında keçiriləcək  Avropa Çempionatının tez bir sürətdə yaxınlaşması da öz rolunu oynayır. 2012-ci ildə XIV London Yay Paralimpiya Oyunlarında Azərbaycan cüdo idman növü  üzrə üç medal, 2 qızıl, 1 bürünc medal əldə etmişdir. Bununla da Azərbaycan siyahıda 3-cü yerə yüksəlmişdir. Axırıncı  son medalı +100 kg kateqoriyasında çıxış edən  İlham Zəkiyev qazanmışdır. 2004-cü ildə Afina Paralimpiya Oyunlarında və 2008-ci ildə Pekin Paralimpiya Oyunlarında qızıl medal əldə edən 33 yaşlı görmə qüsurlu, lakin həddindən artıq enerjili insan olan İlham Zəkiyev  nəinki cüdo statusunu Azərbaycanda yüksəldir, hətta digər görmə qüsurlu insanların cüdo ilə məşğul olmasına ilhamlandırır. 
 
“Mənim Afinadakı qalibiyyətimdən sonra Azərbaycanda paralimpiya  cüdo idman növünə diqqət daha da artdı. Nəticə olaraq Pekin şəhərində keçirilmiş Yay Paralimpiya Oyularında  Azərbaycan idmançıları yeddi çəki kateqoriyasında çıxış etmiş və dörd medal qazanmışdır. Azərbaycanın vətəndaşları üçün biz Paralimpiya Oyunları qəhramanıyıq”  - Zəkiyev söyləyib. Pekin Paralimpiya  oyunlarında qazanılmış 4 medaldan sonra ölkə prezidenti İlham Əliyev xüsusiləşmiş idman bazası inşa etdirdi. Zəkiyevin sözlərinə görə ölkə rəhbərliyinin idmana bu cür dəstəyi, idmançıların beynəlxalq yarışlara o cümlədən noyabr ayında keçiriləcək Avropa çempionatına hazırlığı üçün güclü təkandır. 
 
İlham Zəkiyev qeyd etdi ki, “Azərbaycan Respublikasının Prezidenti həmçinin Milli Olimpiya Komitəsinin prezidentidir və bu səbəbə görə idmana olan qayğısı əsaslıdır. Bütün Sosial və Maliyyə problemləri dövlət tərəfindən həll olunur. Bu haqda fikirləşməyimizə ehtiyac olmadığından bizim bütün vaxtımız və diqqətimiz  məşq prosesindədir.
 
Azərbaycan Respublikası Prezidentinin və dövlət tərəfindən yüksək dəstəyin olması, İlham Zəkiyevin idmana həvəsini daha da artır və Azərbaycanı dünyada layiqli səviyyədə təmsil eləməyə sövq edir. İlham Zəkiyevin rəqibləri bilməlidir ki, 2016 – cı ildə Braziliyanın Rio – de – Janeyro şəhərində keçiriləcək XV Yay Paralimpiya Oyunlarında o daha çox medallar qazanmaq niyyətindədir.
 
“Nəticələrimiz bizi yeni uğurlar əldə etməyə ruhlandırır. Bu gün bizim ən vacib məqsədimiz  2016 – cı ildə Braziliyada keçiriləcək XV Rio – de – Janeyro Yay Paralimpiya Oyunlarında  uğurla ölkəmizi təmsil etməkdir. Mən istərdim ki, bizim idmançılar bilsinlər! Fərqi yoxdur qalib və ya məğlub oldun. Əsas odur ki, Vətənini fəxarət hissi ilə təmsil edə biləsən. Bundan əlavə olaraq  idmançılarımız heç vaxt yaddan çıxarmamalıdırlar ki, Azərbaycanın bayrağı daim ucalarda olmalıdır. Bu mənim işimdir və mən onu sevirəm.
 
Qalibiyyətlərimin nəticəsi olaraq vətənimin bayrağının yüksəlməsi və milli himninin səslənməsi mənə xüsusən böyük zövq verir və mən bununla qürur duyuram” – İlham Zəkiyev vurğuladı.
 
Xatırladaq ki, Braziliyada keçiriləcək XV Rio de Janeyro Yay Paralimpiya Oyuları 9 – 20 sentyabr ayında 2016 – cı ildə baş tutacaq. 
 
Milli Paralimpiya Komitəsi Mətbuat Xidməti

Похожие новости

Paralimpizm 09 sentyabr

Eyni hüquq deyiriksə, ədalətli davranmalıyıq

Bu yayın son böyük idman bayramları Olimpiya və Paralimpiya oyunları başa çatdı.
Paralimpizm 28 noyabr

Paralimpiya çempionları baş məşqçi təyin olundular

Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovun sədrliyi ilə komitənin növbəti iclası keçirilib.
Paralimpizm 03 avqust

Bəhmən Rezayi: Azərbaycanı öz vətənim kimi qəbul edirəm

Son vaxtlar ölkəmizdə toplanış keçən müxtəlif idman növləri üzrə əcnəbi komandaların sayı artıb. İdman infrastrukturunun güclənməsi xaricilərin diqqətini cəlb edir.
Paralimpizm 26 may

Rio-2016-ya vəsiqə əldə edən paralimpiyaçılarımızın siyahısı açıqlandı

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dəstək Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Rio-De-Janeyro Paralimpiya Oyunlarında ölkəmizi təmsil edən idmançılarımızı tanıtım kampaniyasının təşkili” layihəsinə start verilib.
Paralimpizm 16 may

Naxçıvanda Paralimpiya İdman Festivalı keçirilib

Naxçıvan şəhərində Ümummilli lider Heydər Əliyevin xatirəsinə və Milli Paralimpiya Komitəsinin 20 illik yubileyinə həsr olunmuş Paralimpiya İdman Festivalı keçirilib.
Paralimpizm 06 may

Paralimpiya Komitəsinin 20 illik yubileyi münasibəti ilə stend atıcılığı turniri keçirilib

Bu gün Novxanı atıcılıq mərkəzində Milli Paralimpiya Komitəsinin 20 illik yubileyi münasibəti ilə stend atıcılığının kompak sportinq idman növü üzrə turnir keçirilib.
Paralimpizm 05 may

Həsənzadə Surolimpiyadaya lisenziya qazandı

Eşitmə məhdudiyətli yeniyetmələr arasında İran İslam Respublikasının Tehran şəhərində keçirilən yunan-roma güləş növü üzrə dünya çempionatında Elçin Həsənzadə 60 kq çəki dərəcəsində çempionatın 2-ci yerinə sahib çıxıb.
Paralimpizm 04 may

AÇ-də daha bir gümüş medal

Milli Paralimpiya Komitəsinin üzgüçülük idman növü üzrə milli komandasının üzvü Dmitri Saley Portuqaliyanın Funşal şəhərində keçirilən Avropa çempionatının üçüncü günündə brass üsulu ilə 100 metr məsafədə 1.08.31 s. nəticəylə gümüş medala sahib olub.
Paralimpizm 03 may

Paralimpiya Komitəsinin 20 illiyi münasibəti ilə stend atıcılığı üzrə turnir keçiriləcək

Mayın 6-da, saat 11:00-da Novxanı atıcılıq mərkəzində Milli Paralimpiya Komitəsinin 20 illik yubileyi münasibəti ilə stend atıcılığının kompak sportinq idman növü üzrə turnir keçiriləcək.