3 may 2013 17:52

Paralimpiya İdman festivalı başa çatdı (FOTOREPORTAJ)

Mayın 1-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 90 illik yübileyinə həsr olunmuş Paralimpiya İdman festivalı başlayıb. Azerisport.az xəbər verir ki, festivala Bakı şəhərindən 80 nəfərə yaxın böyük nümayəndə qatılıb.
 
Onların arasında 10 nəfər Milli Paralimpiya Komitəsinin üzvü, 51 idmançı, 12 nəfər məşqçi və 3 hakim var idi.  Əvvəlcə tədbir iştrakçıları Naxçıvan şəhərinin mərkəzi meydanında uçaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etdillər, əziz xatirəsinə hörmət və ehtiramlarını bildirdilər.  Daha sonra paralimpiyaçılarımız Heydər Əliyev muzeyində oldular. Qonaqlar Muzeyin zəngin sərgi və ekspozisiyası ilə tanış oldular. Dahi şəxsiyyət Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və onun uşaqlıq, gənclik, tələbəlik illərini, fəaliyyətinin ayrı-ayrı dövrlərini əhatə edən nadir sənədlər, həyatının ən müxtəlif məqamlarını əks etdirən və Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxsaylı fotoşəkillər,  ulu öndərimiz haqqında yazılmış kitablar, onun müxtəlif ölkələrin liderləri, elm, mədəniyyət və incəsənət xadimləri ilə çəkilmiş şəkilləri böyük maraq oyatdı. 
 
Daha sonra Şərur Olimpiya Kompleksində Paralimpiya İdman Festivalının rəsmi açılış mərasimi keçirildi. Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikası Əhalinin Əmək və Sosial Müdafiəsi naziri, Paralimpiya Federasiyasının sədri Cavid Səfərov qeyd etdi ki, ən çətin anlarda qəti, optimal qərar qəbul etməyi və bütün çətinliklərdən qələbə ilə çıxmağı bacaran Türk dünyasının böyük oğlu Heydər Əliyevin həyat və fəaliyyəti, daxili aləminin zənginliyi, onun sadəliyi, səmimiyyəti, demokratik prinsiplərə sadiqliyi, insanı dinləmək bacarığı, vətən sevgisi və ailəsinə olan məhəbbəti bizim hər birimizə örnək və nümunədir. Azərbaycan Respublikası Əhalinin Əmək və Sosial Müdafiəsi nazirinin müavini, Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov öz çıxışında Ümummili lider Heydər Əliyevin Azərbaycan xalqı üçün gördüyü misilsiz xidmətlərindən danışdı. Onun sozlərinə ğörə,  Ulu Öndər Heydər Əliyevin qətiyyəti, möhkəm iradəsi və düzgün siyasəti nəticəsində, Azərbaycanın müstəqilliyi qorunmaqla yanaşı, eyni zamanda möhkəmləndi, inkişaf etdi, əbədilik qazandı. Biz bütün bunlara görə yalnız Ulu Öndərimizə borcluyuq” – deyə qeyd edən natiq bildirib ki, Türk dünyasının dahi oğlu, tarixi şəxsiyyət, dünya şöhrətli siyasətçi Heydər Əliyevin həyatı, ictimai və siyasi fəaliyyəti, bu gün bütün dünyanı maraqlandırır. Ulu Öndər Heydər Əliyevin dərin zəkası, analitik təfəkkürü, heyrətamiz yaddaşı, işgüzarlıq keyfiyyəti bu dahi insanı dünyada ən güclü, müdrik və qətiyyətli bir siyasətçiyə çevirdi. Milli Paralimpiya komitəsinin prezidenti İlqar Rəhimov Ulu Öndər Heydər Əliyevin  Paralimpiya Komitəsinin yaranmasında və inkişafındakı misilsiz xidmətlərindəndə söz açdı. Bildirdi ki, ilk dəfə keçirilən Paralimpiya İdman Festivalının məhz Naxçıvanda, Ümummili liderin Vətənində baş tutması dahi şəxsiyyətə olan hörmət və ehtiramın təzahürüdürKomitə rəhbəri onu da qeyd etdi ki, 17 il ərzində ilk dəfə olaraq belə bir möhtəşəm Paralimpiya İdman festivalı keçirilir. Məhz bele tədbirlər gənc nəsildə  paralimpiya haqqında dolğun fikir formalaşdıracaq və onlar böyük həvəslə paralimpiya hərəkatına qoşulacaqlar.
 
Açılış mərasimində çıxış edən digər natiqlər, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman naziri Azad Cabbarov, və ikiqat paralimpiya çempionu, ikiqat dünya, dörtqat Avropa cempionu, “Şöhrət” ordenli, Heydər Əliyev Fondunun “Qizil Çinar” mükafatı laureati, Milli Paralimpiya komandasının kapitanı İlham Zəkiyev ölkədə aparılan uğurlu idman siyasətindən, tikilən müasir idman komplekslerinin əhəmiyyətindən, Prezident İlham Əliyevin idmançılara göstərdiyi diqqət və qayğıdan danışdılar. Rəsmi hissə başa çatdıqdan sonra paralimpiyaçılarımızın müxtəlif idman növü üzrə nümünəvi çıxışları oldu. Musiqi nomrələri paralimpiyaçılarda xoş ovqat yaratdı.  Festivala ilk dəfə əlil arabasında rəqs xüsusi rəng qatdı. Beləliklə ulu öndər Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü münasibətilə Naxçıvanda keçirilən möhtəşəm Paralimpiya İdman Festivalının ilk günü özünün əzəməti, rəngarəngliyi, zənginliyi ilə yaddaşlarda qaldı. Festivalın ikinçi günü doqquz paralimpiya idman növləri üzrə yarışlar keçirildi. Sonda Milli Paralimpiya rəhbərliyi tərəfindən Paralimpiyaçılar Fəxri diplomlar, kubok və medallarla təltif olundular. Bununla da Azərbaycanda ilk dəfə keçirilən Paralimpiya İdman Festivalı uğurla başa çatdı. (Milli Paralimpiya Komitəsinin Mətbuat xidməti)

Похожие новости

Paralimpizm 09 sentyabr

Eyni hüquq deyiriksə, ədalətli davranmalıyıq

Bu yayın son böyük idman bayramları Olimpiya və Paralimpiya oyunları başa çatdı.
Paralimpizm 28 noyabr

Paralimpiya çempionları baş məşqçi təyin olundular

Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovun sədrliyi ilə komitənin növbəti iclası keçirilib.
Paralimpizm 03 avqust

Bəhmən Rezayi: Azərbaycanı öz vətənim kimi qəbul edirəm

Son vaxtlar ölkəmizdə toplanış keçən müxtəlif idman növləri üzrə əcnəbi komandaların sayı artıb. İdman infrastrukturunun güclənməsi xaricilərin diqqətini cəlb edir.
Paralimpizm 26 may

Rio-2016-ya vəsiqə əldə edən paralimpiyaçılarımızın siyahısı açıqlandı

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dəstək Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Rio-De-Janeyro Paralimpiya Oyunlarında ölkəmizi təmsil edən idmançılarımızı tanıtım kampaniyasının təşkili” layihəsinə start verilib.
Paralimpizm 16 may

Naxçıvanda Paralimpiya İdman Festivalı keçirilib

Naxçıvan şəhərində Ümummilli lider Heydər Əliyevin xatirəsinə və Milli Paralimpiya Komitəsinin 20 illik yubileyinə həsr olunmuş Paralimpiya İdman Festivalı keçirilib.
Paralimpizm 06 may

Paralimpiya Komitəsinin 20 illik yubileyi münasibəti ilə stend atıcılığı turniri keçirilib

Bu gün Novxanı atıcılıq mərkəzində Milli Paralimpiya Komitəsinin 20 illik yubileyi münasibəti ilə stend atıcılığının kompak sportinq idman növü üzrə turnir keçirilib.
Paralimpizm 05 may

Həsənzadə Surolimpiyadaya lisenziya qazandı

Eşitmə məhdudiyətli yeniyetmələr arasında İran İslam Respublikasının Tehran şəhərində keçirilən yunan-roma güləş növü üzrə dünya çempionatında Elçin Həsənzadə 60 kq çəki dərəcəsində çempionatın 2-ci yerinə sahib çıxıb.
Paralimpizm 04 may

AÇ-də daha bir gümüş medal

Milli Paralimpiya Komitəsinin üzgüçülük idman növü üzrə milli komandasının üzvü Dmitri Saley Portuqaliyanın Funşal şəhərində keçirilən Avropa çempionatının üçüncü günündə brass üsulu ilə 100 metr məsafədə 1.08.31 s. nəticəylə gümüş medala sahib olub.
Paralimpizm 03 may

Paralimpiya Komitəsinin 20 illiyi münasibəti ilə stend atıcılığı üzrə turnir keçiriləcək

Mayın 6-da, saat 11:00-da Novxanı atıcılıq mərkəzində Milli Paralimpiya Komitəsinin 20 illik yubileyi münasibəti ilə stend atıcılığının kompak sportinq idman növü üzrə turnir keçiriləcək.