8 fevral 2013 15:33

Paralimpiya Komitəsində yeni rəhbərlik formalaşdırıldı

Bu gün Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin IV hesabat seçki Konqresi keçirilib. Azerisport.az xəbər verir ki, konqresdə Komitənin rəhbər orqanlarına seçkilər keçirilib.
 
Komitədən verilən məlumata görə, İlqar Rəhimov yenidən Milli Paralimpiya Komitəsinin prezidenti seçilib. Natiq Qasımov Komitənin birinci vitse-prezidenti, Şaiq Həmidov vitse-prezident, Afiq Süleymanov isə Komitənin baş katibi vəzifəsinə seçilib.
 
Milli Paralimpiya Komitəsinin IV Konqres nümayəndələri "2013-cü il Prezident seçkilərində cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsi barədə" Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının IV qurultay nümayəndələrinin təşəbbüsünə qoşulması barədə qərar qəbul edib və ölkədə fəaliyyət göstərən bütün qeyri-hökümət təşkilatlarını Həmkarlar İttifaqları Konfederasiyasının IV qurultay nümayəndələrinin təşəbbüsünə qoşulmağa çağırıb.
 
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin 2009-2012-ci illər üzrə fəaliyyəti barədə hesabatında bunlar dilə gətirilib:

“2012-ci il XIV London Yay Paralimpiya Oyunlarında qazanılan 12 medal (4 qızıl, 5 gümüş və 3 bürünc) doğrudanda çox gözəl qələbədir. Qəhrəman Paralimpiyaçı oğul və qızlarımız öz qələbələri ilə ölkəmizi 166 dünya ölkəsi arasında 27-ci, Avropa ölkələri arasında 12-ci, İslam ölkələri və MDB Respublikaları arasında 4-cü yerə çıxardı. Xüsusən  qeyd etmək istərdim ki, XIV London Yay Paralimpiya  Oyunlarında Cüdo üzrə milli komandamız dünyada 3-cü oldu.
 
Hesabat dövrü ərzində Paralimpiya idman növlərinin sayı 4-dən 6-ya, iştirakçıların sayı 18-dən 21 nəfərə, qızıl medalların sayı 2-dən 4-ə, ümumi medalların sayı isə 10-dan 12-yə yüksəlmişdir. Bu gün Paralimpiya Komitəsi nəzdində artıq 11 idman növü fəaliyyət göstərir.(Atletika, Cüdo, Pauerliting, Güllə atıcılığı, Kamandan oxatma, Üzgüçülük, Qolbol, Oturaq voleybol, Qılıncoynatma, Stolüstü tennis, Əlil arabasında idman rəqsi).
 
Yarışlarda uğurlu nəticələrin əldə edilməsi məşqçilərin və idmançıların öz işlərinə ciddi və məsuliyyətli yanaşmalarının təzahürüdür. 2009-cu il idmançılarımız üçün çox uğurlu il olmuşdur.
Bu il XIV london Yay Paralimpiya Oyunlarına hazırlığın ilk pilləsi kimi idman tarixinə daxil oldu. Bu ildə Paralimpiyaçılarımız 6 idman növü üzrə 9 rəsmi yarışda  iştirak etmış, 18 medal (10qızıl, 4gümüş, 4bürünc) qazanmışlar.
 
Atletika – 2 (Yunanıstan, Hindistan)
Cüdo – 1 (Macarıstan)
Gülləatıcılığı – 2 (Türkiyə, Almaniya)
Qolbol – 2 (Portuqaliya, Rusiya)
Üzgüçülük – 1 (İslandiya)
Kamandanoxatma – 1 (ÇexRespublikası)
 
2009-cu il, Paralimpiya Komitəsinin fəaliyyəti dövründə bir də onunla yaddaqalan olmuşdur ki, bu ildə Cüdo üzrə milli komandamız Macarıstanda keçirilən Avropa çempionatının qalibi olmuş, atletlərimiz Yunanıstanda və Hindistanda keçirilən rəsmi yarışlarda bir neçə dünya rekordunu təzələmişlər.
2010-cu il Paralimpiya Komitəsinin nəzdində fəaliyyət göstərən idman növlərinin 6-dan 8-ə yüksəlməsi, cüdoçularımızın və Atletlərimizin Türkiyənin Antalya şəhərindəki əvəzolunmaz qələbələri və 5 lisenziyanın qazanılması ilə yadda qaldı.
2010-cu ildə Paralimpiyaçılarımız 8 idman növü üzrə 15 rəsmi yarışda iştirak etmiş 37 medal (16 qızıl, 9 gümüş, 12 bürünc) qazanmışlar.
 
Atletika – 2 (İtaliya, Rusiya)
Cüdo – 2 (Almaniya, Türkiyə)
Pauerliftinq – 2 (Malayziya, BƏƏ)
Güllə atıcılığı – 4 (Türkiyə, Almaniya, Fransa, Xorvat)
Qolbol – 1 (Litva)
Üzgüçülük – 1 (Almaniya)
Oturaq Voleybol – 1 (İran)
Kamandanoxatma – 2 (ÇexRespublikası, Fransa)
 
Hər il idman həyatımıza yeniliklərlə daxil olduğu kimi, 2010 cu ildə özünə məxsusluğu ilə seçildi. Bu ildə gənc atletimiz Elçin Muradov və qənc üzgüçümüz Natali Pronina dünya rekordunu yeniləşdirdılər. Üzgüçümüz Proninanın Almaniyada qazandığı 5 qızıl, 2 gümüş medal Komitənin idman tarixinə yeni və silinməz iz saldı.
 
2011-ci il XIV London Yay Paralimpiya Oyunlarına sonuncu hazırlıq ili olduğunu dərk  edən idmançılar bütün qüvvələrini  səfərbər edərək  iştirak etdikləri yarışlarda yalnız qələbə qazanmaq əzmi ilə yarışırdılar. Bunun nəticəsində 8 idman növü üzrə 26 rəsmi yarışda iştirak edən idmançılar 52 medal  (19 qızıl 15 gümüş 18 bürünc) qazanmış və əsasən XIV London Yay Paralimpiya Oyunlarında iştirak etmək hüququ verən lisenziyalar əldə etmişlər.
 
Cüdo – 2 (türkiyə, İngiltərə)
            Atletika – 6 (Y. Zenlandiya, BƏƏ, Türkiyə, Çex Respublikası,Almaniya,BƏƏ)
Güllə atıcılığı – 4 (Türkiyə, İspaniya, İngiltərə, ABŞ)
Qolbol – 3 (Polşa, Türkiyə, Polşa)
Voleybol – 3 (İran, İngiltərə, Hollandiya)
Üzgüçülük – 3 (Danimarka, Almaniya, Almaniya)
Pouerliftinq – 1 (BƏƏ)
Kamandanoxatma – 4 (İtaliya, ÇexRespublikası, İngiltərə, İran İslam Respublikası)
 
2011-ci Il komitənin milli komandalarının heyyətinə yeni qəbul edilmiş gənc və perspektivli idmançılardan: cüdo üzrə Afaq Sultanovanın, Bayram
Mustafayevin, Rövşən Səfərovun; atletlərdən: Hüseyn Həsənovun, Samir Nəbiyevin uğur qazanmaları ilə yadda qalmışdır.
 
2012-ci ilin may ayında, 2009-cu ildən başlayaraq yarışlara yekun vurulmuş və 21 idmançının 6 idman növü üzrə 35 lisenziya  qazanması məlum olmuşdur.Bu lisenziyalardan:
 
Cüdo İdman növü -7
Atletika idman növü-13
Güllə atıcılığı -6
Pauerliftinq-2
Kamandan Oxatma-1
Üzgüçülük-6
 
Qarşıdan 2016 ci il XV rio de Janeyro Yay Paralimpiya Oyunları gəlir. Azərbaycan Paralimpiya hərəkatının ənənəsinə sadiq qalaraq, nəticələrimizin dinamik inkişafını təmin etmək üçün, idmançıların fiziki və metodiki hazırlıqlarının mükəmməlləşməsinə diqqətimizi yönəltməliyik. Bu məqsədlə Azərbaycan Milli Paralimpiya Komitəsi növbəti 4 il üçün Strateji plan hazırlamışdır. Bu planın mərhələli şəkildə uğurla həyata keçməsi bizə, 2016 ci il XV Rio de Janeyro Yay Paralimpiya Oyunlarında daha böyük qələbələr qazanmağa zəmin yaradacaqdır”.

Похожие новости

Paralimpizm 09 sentyabr

Eyni hüquq deyiriksə, ədalətli davranmalıyıq

Bu yayın son böyük idman bayramları Olimpiya və Paralimpiya oyunları başa çatdı.
Paralimpizm 28 noyabr

Paralimpiya çempionları baş məşqçi təyin olundular

Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovun sədrliyi ilə komitənin növbəti iclası keçirilib.
Paralimpizm 03 avqust

Bəhmən Rezayi: Azərbaycanı öz vətənim kimi qəbul edirəm

Son vaxtlar ölkəmizdə toplanış keçən müxtəlif idman növləri üzrə əcnəbi komandaların sayı artıb. İdman infrastrukturunun güclənməsi xaricilərin diqqətini cəlb edir.
Paralimpizm 26 may

Rio-2016-ya vəsiqə əldə edən paralimpiyaçılarımızın siyahısı açıqlandı

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dəstək Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Rio-De-Janeyro Paralimpiya Oyunlarında ölkəmizi təmsil edən idmançılarımızı tanıtım kampaniyasının təşkili” layihəsinə start verilib.
Paralimpizm 16 may

Naxçıvanda Paralimpiya İdman Festivalı keçirilib

Naxçıvan şəhərində Ümummilli lider Heydər Əliyevin xatirəsinə və Milli Paralimpiya Komitəsinin 20 illik yubileyinə həsr olunmuş Paralimpiya İdman Festivalı keçirilib.
Paralimpizm 06 may

Paralimpiya Komitəsinin 20 illik yubileyi münasibəti ilə stend atıcılığı turniri keçirilib

Bu gün Novxanı atıcılıq mərkəzində Milli Paralimpiya Komitəsinin 20 illik yubileyi münasibəti ilə stend atıcılığının kompak sportinq idman növü üzrə turnir keçirilib.
Paralimpizm 05 may

Həsənzadə Surolimpiyadaya lisenziya qazandı

Eşitmə məhdudiyətli yeniyetmələr arasında İran İslam Respublikasının Tehran şəhərində keçirilən yunan-roma güləş növü üzrə dünya çempionatında Elçin Həsənzadə 60 kq çəki dərəcəsində çempionatın 2-ci yerinə sahib çıxıb.
Paralimpizm 04 may

AÇ-də daha bir gümüş medal

Milli Paralimpiya Komitəsinin üzgüçülük idman növü üzrə milli komandasının üzvü Dmitri Saley Portuqaliyanın Funşal şəhərində keçirilən Avropa çempionatının üçüncü günündə brass üsulu ilə 100 metr məsafədə 1.08.31 s. nəticəylə gümüş medala sahib olub.
Paralimpizm 03 may

Paralimpiya Komitəsinin 20 illiyi münasibəti ilə stend atıcılığı üzrə turnir keçiriləcək

Mayın 6-da, saat 11:00-da Novxanı atıcılıq mərkəzində Milli Paralimpiya Komitəsinin 20 illik yubileyi münasibəti ilə stend atıcılığının kompak sportinq idman növü üzrə turnir keçiriləcək.