31 avqust 2012 15:20
Zinyət Vəliyeva Paralimpiadada yenə uğursuzluqla üzləşdi (YENİLƏNİB)
Bu gün London Yay Paralimpiadasında ikinci yarış günüdü. Azerisport.az xəbər verir ki, oxatma üzrə yarışlarda qüvvəsini sınayan Zinyət Vəliyeva da növbəti sınağına çıxıb.
O, bu dəfə fərdi yarışlarda qüvvəsini sınayıb. 1/16 finaldan mübarizəyə qoşulan Zinyət Çexiyadan olan Marketa Siktova ilə üz-üzə gəlib. Amma idmançımız bu mübarizədən məğlub ayrılıb - 0:6.
