29 dekabr 2011 12:28

Paralimpiyaçılardan 2011-ci ilə 52 medallıq yekun

2011 ci il Azərbaycan Respublikası Milli Paralimpiya komitəsi idmançıları üçün uğurlu olub. Azerisport.az xəbər verir ki, paralimpiyaçılar 2011 il ərzində 8 idman növü üzrə dünya, avropa çempionatlarında, dünya oyunları, dünya kuboku və “A” kateqoriyalı rəsmi yarışlarda mübarizəyə qoşulublar və yüksək idman nailiyyətləri göstəriblər. İdmançılar 52 medal qazanıblar ki, bu da ötən ilə nisbətdə 16 medal artıq deməkdi.
 
(2010 cu il 36 medal, 2011 ci il 52 medal)
 
İdman növü
Qızıl
Gümüş
Bürünc
Cəmi
Qeyd
Atletika
12
12
11
35
 
Cüdo
4
2
2
8
 
Güllə atıcılığı
2
1
2
5
 
Üzgüçülük
1
-
2
3
 
Pauerliftinq
-
-
1
1
 
Cəmi
19
15
18
52
 
 
 
52 medaldan 6-sı  dünya çempionatlarında, 4-ü  avropa çempionatlarında, 42-si isə XIV London Yay Paralimpiya Oyunlarına lisenziya xalı verən Dünya Oyunları, Dünya Kuboku və  “A” kateqoriyalı rəsmi yarışlarda qazanılıb.
 
2011 ci ilin nəticələri əsasında 2012 ci il XIV London Yay Paralimpiya Oyunlarına qazanılan lisenziyaların sayı 20- di. Lakin bu say son deyil. Belə ki, idmançılarımız 2012-ci ilin 4 ayı ərzində bir neçə lisenziya xalı verən rəsmi yarışda iştirak edərək lisenziyalar qazana bilərlər.
 
2011 ci il həm də onunla əlamətdardı ki, Pekin Paralimpiya Oyunlarından fərqli olaraq London Paralimpiya Oyunlarında 5 idman növündə təmsil olunacağıq. Belə ki, kamandan oxatma idman növündə milli komandanın idmançısı Vəliyeva Zinyət 2012 ci ilin Oyunlarına lisenziya qazanıb.
 
Komitənin fəaliyyətdə olan idman növlərinə artıq komanda idman növləri əlavə edilməsi Milli Paralimpiya Komitəsinin 2011 ci il uğurlarındandı. Voleybol və Qolbol komandaları 2011 ci il ərzində avropa çempionatlarında və “A” kateqoriyalı beynəlxalq turnirlərdə iştirak ediblər. Bu ilin titul idmançıları ilə bərabər qənc idmançılar, cüdoçu Bayram Mustafayev 66 kg çəki dərəcəsində, Hüseyn Həsənov atletikanın uzununa tullanma növündə və Samir Nəbiyev atletikanın disk atma növündə lisenziya normativini doldurublar.
 
Hazırda milli  komanda üzvləri yarışlara hazırlıqla əlaqədar məşqlərini davam etdirirlər. Komitənin məsul işçiləri yeni 2012 ci il üçün idman tədbirlərinin təqvim plannarının tərtibatı üzərində işləyir, idmançıların XIV London Yay Paralimpiya oyunlarına hazırlığı ilə əlaqədar münasib yarışlar və təlim məşq toplantılarının keçirilmə yerlərini müəyyən edirlər.
 
Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin Nominasiyalar üzrə 2011-ci ilin idman nəticələri
1. 2011 ci ilin ən yaxşı idmançısı nominasiyasında – Panyutin Oleq
2. 2011 ci ilin ən yaxşı qadın idmançısı nominasiyasında – Taranova Yelena
3. 2011 ci ilin ümidverici idmançısı nominasiyasında – Nəbiyev Samir
4. 2011 ci ilin ən yaxşı məşqçisi nominasiyasında – Təhməzov Sergey
5. 2011 ci ilin ən yüksək idman nəticəsi göstərən idmançı nominasiyasında – Musayev Oloxan
6. Oyun növləri üzrə ilin ümidverici komandası nominasiyasında – Qolbol komandası (baş məşqçi Əliyev Fəxrəddin) 
 
Milli Paralimpiya komitəsinin mətbuat xidməti

Похожие новости

Paralimpizm 09 sentyabr

Eyni hüquq deyiriksə, ədalətli davranmalıyıq

Bu yayın son böyük idman bayramları Olimpiya və Paralimpiya oyunları başa çatdı.
Paralimpizm 28 noyabr

Paralimpiya çempionları baş məşqçi təyin olundular

Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovun sədrliyi ilə komitənin növbəti iclası keçirilib.
Paralimpizm 03 avqust

Bəhmən Rezayi: Azərbaycanı öz vətənim kimi qəbul edirəm

Son vaxtlar ölkəmizdə toplanış keçən müxtəlif idman növləri üzrə əcnəbi komandaların sayı artıb. İdman infrastrukturunun güclənməsi xaricilərin diqqətini cəlb edir.
Paralimpizm 26 may

Rio-2016-ya vəsiqə əldə edən paralimpiyaçılarımızın siyahısı açıqlandı

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dəstək Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Rio-De-Janeyro Paralimpiya Oyunlarında ölkəmizi təmsil edən idmançılarımızı tanıtım kampaniyasının təşkili” layihəsinə start verilib.
Paralimpizm 16 may

Naxçıvanda Paralimpiya İdman Festivalı keçirilib

Naxçıvan şəhərində Ümummilli lider Heydər Əliyevin xatirəsinə və Milli Paralimpiya Komitəsinin 20 illik yubileyinə həsr olunmuş Paralimpiya İdman Festivalı keçirilib.
Paralimpizm 06 may

Paralimpiya Komitəsinin 20 illik yubileyi münasibəti ilə stend atıcılığı turniri keçirilib

Bu gün Novxanı atıcılıq mərkəzində Milli Paralimpiya Komitəsinin 20 illik yubileyi münasibəti ilə stend atıcılığının kompak sportinq idman növü üzrə turnir keçirilib.
Paralimpizm 05 may

Həsənzadə Surolimpiyadaya lisenziya qazandı

Eşitmə məhdudiyətli yeniyetmələr arasında İran İslam Respublikasının Tehran şəhərində keçirilən yunan-roma güləş növü üzrə dünya çempionatında Elçin Həsənzadə 60 kq çəki dərəcəsində çempionatın 2-ci yerinə sahib çıxıb.
Paralimpizm 04 may

AÇ-də daha bir gümüş medal

Milli Paralimpiya Komitəsinin üzgüçülük idman növü üzrə milli komandasının üzvü Dmitri Saley Portuqaliyanın Funşal şəhərində keçirilən Avropa çempionatının üçüncü günündə brass üsulu ilə 100 metr məsafədə 1.08.31 s. nəticəylə gümüş medala sahib olub.
Paralimpizm 03 may

Paralimpiya Komitəsinin 20 illiyi münasibəti ilə stend atıcılığı üzrə turnir keçiriləcək

Mayın 6-da, saat 11:00-da Novxanı atıcılıq mərkəzində Milli Paralimpiya Komitəsinin 20 illik yubileyi münasibəti ilə stend atıcılığının kompak sportinq idman növü üzrə turnir keçiriləcək.