16 iyun 2016 00:30

Daniil Kvyat: Bakıdakı yarışı səbirsizliklə gözləyirəm

"Toro Rosso" komandasının üzvləri Bakı treki haqqında fikirlərini bölüşüblər. Azerisport.az xəbər verir ki, Daniil Kvyat və Karlos Sayns Formula 1 çempionatında gənc pilot olduqlarından, hələ ki, heç bir Avropa Qran Prisində iştirak etməyiblər.

Onlar Bakı səfərindən öncə simulyatorda test edib, fikirlərini dilə gətiriblər:

Daniil Kvyat: "Hər zaman yeni şəhərlərə səfər etmək mənim üçün maraqlı olub. Bakıda şəhər trekidir, ona görə rul və pedal ilə ciddi çalışmaq gərəkəcək. Şəhər treklərində bəzi hiyləliklər düşünmək lazım gəlir, pilot müxtəlif trayektoriyalardı müxtəlif təcrübələrdən keçirmək mümkün olur.

Treki simulyatorda testdən keçirmişəm - bu trek barədə bəzi məlumatları əldə etməyə kömək edir. Həmçinin mühəndislərimiz simulyator vasitəsi ilə bolidi necə sazlamaq gərəkdiyi haqqında məlumat ala bilirlər. Bakı Şəhər Halqasına ilk baxışda 16-cı döngədən 1-ci döngəyə kimi olan uzun düzlük gözə çarpır.

Dövrənin başlanğıcı - düz bucaq altında dörd döngə, sonra isə çox maraqlı hissə başlayır: biz şəhərin tarixi mərkəzindən keçirik - çox güman ki, bu maksimal dəqiqlik tələb edən ən dar sektor olacaq.

13,14 və 15-ci döngələrdə sürət baxımıdan seçilir və mənə elə gəlir ki, 15-cü döngədən əyləc çox da asan olmayacaq. Görək, real yarışda necə alınacaq. Sonda 90 dərəcə hərəkər istiqaməti dəyişən orta sürətli 16-cı döngədən keçilir və bir də 1-ci döngədə əyləcə basılır.

Bakı treki mənə Valensiyanı xatıradır. Şübhə etmirəm ki, maraqlı olacaq və mən buna tam hazıram. Bakıya məni dəstəkləyən çox sayda rus pərəştişkarlarının gəlməsini gözləyirəm. Hər şey çox yaxşı olacaq!"

Karlos Saynz: "Yarışa hazırlaşıram, lakin bizi nə gözləyəcəyini bilmirəm. Bir neçə dəfə simulyatoda test etmişəm. Lakin yeni trekə gəlmək hər zaman maraqlıdır.

İlk 4 döngə - 90 dərəcə altındadır. 5-ci döngədən sonra trek daha da maraqlı olur. Bu mənə Makao trekini xatırladır: orada trekin bir hissəsi 7 və 12-ci döngələr arasındakı hissəni xatırladır. 16-cı və 1-ci döngələr arasındakı hissə isə Makaoda olna uzun düzlüyü xatırladır.

Bakıda ən yüksək sürətin olması gözlənilir. 16-cı döngədən 1-ci döngəyə kimi ayağı qaz pedalından qaldırmamaq olar. 15-ci döngədə əyləcə basmaq asan olmayacaq – simulyator testimizdə bu məhz belə görünür. Bakıya ilk səfərim olduğum üçün, başqa məlumatım yoxdur. İnanıram ki, çox maraqlı olacaq. Makao treki mənim üçün əfsanəvi trekdir və çox sevinirəm ki ona bənzər daha bir trek Formula 1 təqvimində yarandı".

Похожие новости

Avtoidman 02 dekabr

Formula 1 Azərbaycan Qran Prisinin biletləri artıq satışdadır

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ictimaiyyətə elan edir ki, 2017 Formula 1 Azərbaycan Qran Prisinin biletləri dekabrın 2-də şirkətin rəsmi saytında onlayn qaydada satışa çıxarılacaq
Avtoidman 01 dekabr

Bakıda keçiriləcək Formula 1 yarışının adı dəyişdirildi

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) böyük məmnuniyyətlə ictimaiyyətin diqqətinə çatdırır ki, Beynəlxalq Avtomobil Federasiyasının (FİA) 2017-ci il üçün açıqladığı Formula 1 Dünya Çempionatının təqvimində Bakıda keçiriləcək yarış Azərbaycan Qran Prisi adlandırılıb və bu yarış 23-25 iyun 2017-ci il tarixlərində baş tutacaq.
Avtoidman 15 noyabr

Bakı-2017 Formula 1 Avropa Qran Prisinin biletləri dekabrın 1-dən satışda olacaq

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ictimaiyyətə elan edir ki, 2017 Formula 1 Avropa Qran Prisinin biletləri dekabrın 1-dən etibarən BŞH-nin rəsmi saytında onlayn qaydada satışda olacaq.
Avtoidman 19 iyun

Niko Rosberq Formula 1-in Bakı mərhələsinin qalibi oldu

"Mercedes" komandasının pilotu Niko Rosberq Bakıda keçirilən "Formula 1" Avropa Qran Prisinin qalibi olub.
Avtoidman 19 iyun

İtaliyalı pilot Bakıda GP2 seriyasının qalibi oldu

İtaliyalı pilot Bakıda GP2 seriyasının qalibi oldu
Avtoidman 19 iyun

Bakıda GP2 seriyası üzrə yürüşdə kütləvi qəza

Bu gün Bakıda GP2 seriyasında ikinci yürüşün (sprint) 12-ci döngəsində kütləvi qəza olub.
Avtoidman 17 iyun

Bakıda Formula 1 həyəcanına start verildi

Azərbaycan üçün tarixi bir gün - komandalar, bolidlər, pərəstişkarlar Formula 1-in yeni şəhər treki 2016 Avropa Qran Prisinə ev sahibliyi edəcək Bakıya təşrif buyurublar.
Avtoidman 17 iyun

Bakı qran-prisinin iştirakçıları mətbuat konfransı keçirdilər

Formula 1 üzrə Bakıda keçiriləcək Avropa qran-prisinin iştirakçıları mətbuat konfransı keçiriblər
Avtoidman 16 iyun

İlham Əliyev Berni Ekklstounu qəbul edib

İlham Əliyev Berni Ekklstounu qəbul edib