1 dekabr 2016 14:00

Bakıda keçiriləcək Formula 1 yarışının adı dəyişdirildi

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) böyük məmnuniyyətlə ictimaiyyətin diqqətinə çatdırır ki, Beynəlxalq Avtomobil Federasiyasının (FİA) 2017-ci il üçün açıqladığı Formula 1 Dünya Çempionatının təqvimində Bakıda keçiriləcək yarış Azərbaycan Qran Prisi adlandırılıb və bu yarış 23-25 iyun 2017-ci il tarixlərində baş tutacaq. Azerisport.az xəbər verir ki, Azərbaycan Qran Prisi Formula 1 Dünya Çempionatının yenə də 8-ci mərhələsində yer alıb.

Yarış tarixinin bir həftə sonraya keçirilməsində əsas məqsəd ötən yay eyni tarixdə baş tutan 24 saatlıq Le Man yarışı ilə üst-üstə düşməsinin qarşısını almaqdır. Çempionat çərçivəsində növbəti ildə Qran Pri yarışları 20 ölkədə keçiriləcək. FİA-nın açıqladığı yarış təqvimində Qran Pri yarışlarının ardıcıllığı belədir:

24-26 mart -Avstraliya (Melburn) 7-9 aprel - Çin (Şanxay) 14-16 aprel - Bəhreyn (Bəhreyn) 28-30 aprel - Rusiya (Soçi) 12-14 may - İspaniya (Barselona) 26-28 may - Monako (Monte Karlo) 9-11 iyun - Kanada (Monreal) 23-25 iyun - Azərbaycan (Bakı) 7-9 iyul - Avstriya (Spilberg) 14-16 iyul - Böyük Britaniya (Silverston) 28-30 iyul - Macarıstan (Budapeşt) 25-27 avqust - Belçika (Spa-Frankorçamp) 1-3 sentyabr - İtaliya (Monza) 15-17 sentyabr - Sinqapur (Sinqapur) 29 sentyabr - 1 oktyabr - Malayziya (Sepanq) 6-8 oktyabr - Yaponiya (Suzuka) 20-22 oktyabr - ABŞ (Ostin) 27-29 oktyabr - Meksika (Mexiko) 10-12 noyabr - Braziliya (San Paolo) 24-26 noyabr - BƏƏ (Abu Dabi)

BŞH-nın Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai yarışın adının dəyişdirilməsinə aydınlıq gətirib: “Ötən il yarışın Avropa Qran Prisi adlandırılmasında əsas məqsəd bütün dünyanın diqqətini Azərbaycanın Avropanın bir parçası olduğuna və ölkə ictimaiyyətinin sahib olduğu Avropa dəyərlərinə cəlb etmək idi. Biz yarışı yüksək səviyyədə keçirməklə və göstərdiyimiz qonaqpərvərliklə buna böyük uğurla nail olduq. 

Bu il yarışın adının dəyişdirilməsi üçün FİA-ya müraciət etdik. Müraciətimiz qəbul olundu və artıq növbəti ildən etibarən Bakıda keçiriləcək Formula 1 yarışı Azərbaycan Qran Prisi adlanacaq. Bu qərarın qəbulundan çox məmnunuq və hesab edirik ki, bununla biz artıq ölkəmizin adını daha geniş ictimaiyyətə duyura biləcəyik və xüsusən də bundan sonra ölkəmizin adı hər yerdə Formula 1 ilə birgə hallanacaq.”

Qeyd edək ki, 2 dekabr tarixindən etibarən gələn il Bakıda baş tutacaq növbəti Formula 1 yarışına biletlərin satışına başlanılacaq. İlk iki ay ərzində biletlər 30 %-dək endirimli qiymətlərlə təklif olunacaq və daha sonra satış tam qiymətlər üzrə davam edəcək. Əməliyyat şirkəti hamını bu böyük endirim kampaniyasından yararlanmağa çağırır.

Похожие новости

Avtoidman 02 dekabr

Formula 1 Azərbaycan Qran Prisinin biletləri artıq satışdadır

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ictimaiyyətə elan edir ki, 2017 Formula 1 Azərbaycan Qran Prisinin biletləri dekabrın 2-də şirkətin rəsmi saytında onlayn qaydada satışa çıxarılacaq
Avtoidman 15 noyabr

Bakı-2017 Formula 1 Avropa Qran Prisinin biletləri dekabrın 1-dən satışda olacaq

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ictimaiyyətə elan edir ki, 2017 Formula 1 Avropa Qran Prisinin biletləri dekabrın 1-dən etibarən BŞH-nin rəsmi saytında onlayn qaydada satışda olacaq.
Avtoidman 19 iyun

Niko Rosberq Formula 1-in Bakı mərhələsinin qalibi oldu

"Mercedes" komandasının pilotu Niko Rosberq Bakıda keçirilən "Formula 1" Avropa Qran Prisinin qalibi olub.
Avtoidman 19 iyun

İtaliyalı pilot Bakıda GP2 seriyasının qalibi oldu

İtaliyalı pilot Bakıda GP2 seriyasının qalibi oldu
Avtoidman 19 iyun

Bakıda GP2 seriyası üzrə yürüşdə kütləvi qəza

Bu gün Bakıda GP2 seriyasında ikinci yürüşün (sprint) 12-ci döngəsində kütləvi qəza olub.
Avtoidman 17 iyun

Bakıda Formula 1 həyəcanına start verildi

Azərbaycan üçün tarixi bir gün - komandalar, bolidlər, pərəstişkarlar Formula 1-in yeni şəhər treki 2016 Avropa Qran Prisinə ev sahibliyi edəcək Bakıya təşrif buyurublar.
Avtoidman 17 iyun

Bakı qran-prisinin iştirakçıları mətbuat konfransı keçirdilər

Formula 1 üzrə Bakıda keçiriləcək Avropa qran-prisinin iştirakçıları mətbuat konfransı keçiriblər
Avtoidman 16 iyun

İlham Əliyev Berni Ekklstounu qəbul edib

İlham Əliyev Berni Ekklstounu qəbul edib
Avtoidman 16 iyun

Fernando Alonso Avropa Qran Prisi öncəsi Bakıda gəzintiyə çıxdı

2016-cı il Formula 1 Avropa Qran Prisinə cəmi bir neçə günün qaldığı bir vaxtda yarışın rəsmi elçisi Fernando Alonso Azərbaycandakı azarkeşləri ilə görüşmək və bolidlərin mühərrikindən çıxan gürultulu səsin Formula 1-in ən yeni treki boyunca yayılmasından əvvəl ölkə mədəniyyəti ilə tanış olmaq üçün şəhərdə gəzintiyə çıxıb.