2 dekabr 2016 17:00

Formula 1 Azərbaycan Qran Prisinin biletləri artıq satışdadır

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ictimaiyyətə elan edir ki, 2017 Formula 1 Azərbaycan Qran Prisinin biletləri dekabrın 2-də şirkətin rəsmi saytında onlayn qaydada satışa çıxarılacaq. Azerisport.az xəbər verir ki, eyni zamanda biletləri 17 müxtəlif məntəqədən, o cümlədən Park Bulvar və Gənclik alış-veriş mərkəzlərində, ASAN xidmətin Bakı və Sumqayıt şöbələrində və paytaxtın bir sıra teatr və mədəniyyət mərkəzlərində yerləşən bilet satışı məntəqələrindən əldə etmək mümkün olacaq.

Beynəlxalq Avtomobil Federasiyasının (FİA) elan etdiyi 2017 Formula 1 Dünya Çempionatının təqviminə görə, Azərbaycanın paytaxtı Bakı şəhərinin mərkəzi küçələrində baş tutacaq sayca 2-ci Formula 1 yarışının keçirilmə tarixi 23-25 iyun 2017-ci il tarixlərinə təsadüf edir. Nəzərdə tutulan tarixin bir həftə sonraya keçirilməsində əsas məqsəd ötən Qran Prinin 24 saat davam edən Le Man yarışı ilə üst-üstə düşməsinin qarşısını almaqdır. 

Bundan başqa, Bakıda keçiriləcək Formula 1 yarışının rəsmi adı dəyişdirilərək təqvimdə Formula 1 Azərbaycan Qran Prisi kimi öz yerini alıb.

Əməliyyat şirkəti biletləri erkən alanlar üçün məhdud sayda 30%-dək endirimli 4 günlük biletlər təklif edir. Bu kampaniya 31 yanvar 2017-ci il tarixinədək davam edəcək. Kampaniya bitdikdən sonra biletlərin satışı əvvəlki endirimsiz qiymətlərlə aparılacaq.

Dörd günlük biletlər azarkeşlərə trekdə 3 gün ərzində davam edəcək yarışlarla yanaşı həmin günlər ərzində trekdən kənarda baş tutacaq əyləncə tədbirlərinə qatılmaq və həmçinin 22 iyun tarixində, cümə axşamı günü keçiriləcək Pit Yolu yürüşündə iştirak etmək imkanı verir. 

BŞH-nın icraçı direktoru Arif Rəhimov Formula 1 azarkeşlərini kampaniya çərçivəsində təqdim olunan böyük endirim fürsətindən yararlanmağa çağırır: “Fürsətdən istifadə edərək hamını 2017-ci ildə Bakıda keçiriləcək Formula 1 Azərbaycan Qran Prisi üçün indidən bilet alaraq bu möhtəşəm endirim kampaniyasından yararlanmağa dəvət edirəm. Ötən yay baş tutmuş yarış zamanı əldə etdiyimiz böyük uğur bizi əvvəlkindən daha böyük və daha yüksək səviyyədə Qran Pri yarışını keçirmək və Bakını Formula 1 təqvimində yer alan ən çox sevilən yarışlardan birinə çevirmək üçün  daha da böyük səylə çalışmağa ruhlandırdı. Növbəti iyun ayında Bakıda yarışı sizinlə birlikdə qeyd etməyi səbrsizliklə gözləyirik!”

Yarışın rəsmi adının Formula 1 Azərbaycan Qran Prisinə dəyişdirilməsi ilə əlaqədar A.Rəhimov belə qeyd edib: “İlk yarışımıza Avropa Qran Prisi titulunu seçən zaman məqsədimiz  ölkəmizi Avropanın bir parçası kimi, bizim qran prini isə Avropa yarışı kimi təqdim etmək idi. Eyni zamanda sahib olduğumuz Avropa dəyərlərini və qonaqpərvərliyimizi bütün dünyaya nümayiş etdirmək istədik ki, arzu edən hər kəs ölkəmizə gəlib  burada istədiyi rahatlığı tapa bilsin. Ancaq indi,yarışın Formula 1 Azərbaycan Qran Prisi  adlandırılmasının tam vaxtıdır. Ötən yay keçirdiyimiz yarışdan sonra çox sayda Formula 1 azarkeşi cəmiyyətimizin sahib olduğu Avropa dəyərlərinin şahidi oldu. Biz hesab edirik ki, bundan sonra bütün dünya ictimaiyyətinin diqqətini yarışın məhz Azərbaycanda keçirildiyinə cəlb etməliyik və buna görə də yarışın bundan sonra ölkənin adı ilə adlandırılması ən müvafiq addımdır".

2017 Formula 1 Azərbaycan Qran Prisinə müxtəlif qiymətlərdə biletlər təqdim olunur. Bu biletlərə start və finişi yaxından izləmək imkanı verən Abşeron tribunası ilə yanaşı trek boyunca yerləşən, döngələrdə və sürətlənmə hissələrində yarışa tamaşa etmək imkanı verən müxtəlif tribunalar daxildir.

Dörd günlük biletlərə əlavə olaraq, 2-15 yaş arasında olanlar üçün Xəzər və Bulvar tribunalarına xüsusi endirimli biletləri təklif olunur ki, bu da yarışı ailəvi şəkildə izləmək istəyənlər üçün kampaniya çərçivəsində təklif olunan böyük fürsətlərdən biridir. 

Bununla yanaşı yarışı trekin müxtəlif yerlərində yerləşən ayaqüstü zona və platformalarda izləmək istəyənlərə Ayaqüstü Yerlər üçün bir günlük biletlər də təklif olunur. 

Dörd günlük endirimli biletlərin qiyməti 150 – 550 AZN, Ayaqüstü Yerlər üçün bir günlük biletlərin qiyməti isə 60 – 150 AZN arasında dəyişir. Xarici valyuta ilə bilet alanlar üçün biletlərin qiyməti həmin günün məzənnəsinə görə hesablanacaq. 

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Dünyanın ən böyük avtomobil yarışı zamanı bolidlərin paytaxt Bakının gözoxşayan mərkəzi küçələrində yüksək sürətlə hərəkətini canlı müşahidə etmək istəyənlərə müraciəti çox sadədir: Endirim fürsətini qaçırmayın!

Похожие новости

Avtoidman 01 dekabr

Bakıda keçiriləcək Formula 1 yarışının adı dəyişdirildi

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) böyük məmnuniyyətlə ictimaiyyətin diqqətinə çatdırır ki, Beynəlxalq Avtomobil Federasiyasının (FİA) 2017-ci il üçün açıqladığı Formula 1 Dünya Çempionatının təqvimində Bakıda keçiriləcək yarış Azərbaycan Qran Prisi adlandırılıb və bu yarış 23-25 iyun 2017-ci il tarixlərində baş tutacaq.
Avtoidman 15 noyabr

Bakı-2017 Formula 1 Avropa Qran Prisinin biletləri dekabrın 1-dən satışda olacaq

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ictimaiyyətə elan edir ki, 2017 Formula 1 Avropa Qran Prisinin biletləri dekabrın 1-dən etibarən BŞH-nin rəsmi saytında onlayn qaydada satışda olacaq.
Avtoidman 19 iyun

Niko Rosberq Formula 1-in Bakı mərhələsinin qalibi oldu

"Mercedes" komandasının pilotu Niko Rosberq Bakıda keçirilən "Formula 1" Avropa Qran Prisinin qalibi olub.
Avtoidman 19 iyun

İtaliyalı pilot Bakıda GP2 seriyasının qalibi oldu

İtaliyalı pilot Bakıda GP2 seriyasının qalibi oldu
Avtoidman 19 iyun

Bakıda GP2 seriyası üzrə yürüşdə kütləvi qəza

Bu gün Bakıda GP2 seriyasında ikinci yürüşün (sprint) 12-ci döngəsində kütləvi qəza olub.
Avtoidman 17 iyun

Bakıda Formula 1 həyəcanına start verildi

Azərbaycan üçün tarixi bir gün - komandalar, bolidlər, pərəstişkarlar Formula 1-in yeni şəhər treki 2016 Avropa Qran Prisinə ev sahibliyi edəcək Bakıya təşrif buyurublar.
Avtoidman 17 iyun

Bakı qran-prisinin iştirakçıları mətbuat konfransı keçirdilər

Formula 1 üzrə Bakıda keçiriləcək Avropa qran-prisinin iştirakçıları mətbuat konfransı keçiriblər
Avtoidman 16 iyun

İlham Əliyev Berni Ekklstounu qəbul edib

İlham Əliyev Berni Ekklstounu qəbul edib
Avtoidman 16 iyun

Fernando Alonso Avropa Qran Prisi öncəsi Bakıda gəzintiyə çıxdı

2016-cı il Formula 1 Avropa Qran Prisinə cəmi bir neçə günün qaldığı bir vaxtda yarışın rəsmi elçisi Fernando Alonso Azərbaycandakı azarkeşləri ilə görüşmək və bolidlərin mühərrikindən çıxan gürultulu səsin Formula 1-in ən yeni treki boyunca yayılmasından əvvəl ölkə mədəniyyəti ilə tanış olmaq üçün şəhərdə gəzintiyə çıxıb.