15 noyabr 2016 16:20

Bakı-2017 Formula 1 Avropa Qran Prisinin biletləri dekabrın 1-dən satışda olacaq

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ictimaiyyətə elan edir ki, 2017 Formula 1 Avropa Qran Prisinin biletləri dekabrın 1-dən etibarən BŞH-nin rəsmi saytında onlayn qaydada satışda olacaq. Azerisport.az xəbər verir ki, Azərbaycanın paytaxtı Bakı şəhərinin mərkəzi küçələrində baş tutacaq sayca 2-ci Formula 1 yarışının 16-18 iyun 2017-ci il tarixlərində keçirilməsi nəzərdə tutulub. 

Bundan başqa, əməliyyat şirkəti biletləri erkən alanlar üçün məhdud sayda 30 %-dək endirimli 4 günlük biletlər təklif edir. Bu kampaniya 31 yanvar 2017-ci il tarixinədək davam edəcək. Kampaniya bitdikdən sonra biletlər yenidən tam qiymətlərlə satılacaq. Buna görə də, əməliyyat şirkəti azarkeşləri kampaniya qurtarmadan əvvəl 2017 Formula 1 Avropa Qran Prisi üçün bilet almağa çağırır.  

Dörd günlük biletlər azarkeşlərə trekdə 3 gün ərzində davam edəcək yarışlarla yanaşı həmin günlər ərzində trekdən kənarda baş tutacaq əyləncə tədbirlərinə qatılmaq və həmçinin 15 iyun tarixində, cümə axşamı günü keçiriləcək Pit Yolu yürüşündə iştirak etmək imkanı verir. Azarkeşlər Pit Yolu yürüşü zamanı komandaların bokslarında mühəndis və digər texniki işçilərin bolidi yarışa necə hazırladıqlarını yaxından görmək fürsətinə sahib olacaqlar. 

BŞH-nın icraçı direktoru Arif Rəhimov Formula 1 azarkeşlərini kampaniya çərçivəsində təqdim olunan böyük endirim fürsətindən yararlanmağa çağırır: “Biz gələn yay Bakıda keçiriləcək 2-ci Formula 1 yarışı üçün biletlərin satışa çıxarılmasını elan etməkdən böyük xoşbəxtlik duyuruq. Formula 1-in Azərbaycana yenidən gəlişindən əvvəl azarkeşlərə biletlərin qiymətində xüsusi endirimlərin təklif olunması bizim üçün olduqca əhəmiyyətlidir və  biz inanırıq ki, bu endirimlər həm yerli, həm də beynəlxalq Formula 1 azarkeşlərinə Bakı yarışına biletləri indidən almaq üçün böyük stimul olacaq. Biz gözəl şəhərimizi və möhtəşəm trekimizi bütün dünyaya nümayiş etdirməyə davam edəcəyimizə görə olduqca çox həyəcanlıyıq və böyük əzmlə çalışırıq ki, bu, Formula 1 mövsümündə qaçırılmayacaq bir yarış həftəsonuna çevrilsin. Ötən yay keçirilmiş yarış sübut etdi ki, Formula 1 və Bakı bir-birinə çox gözəl yaraşır və mən şəxsən bütün azarkeşləri gələn yay 2017 Formula 1 Avropa Qran Prisi üçün Bakıya gələrək möhtəşəm yarış həftəsonunu yaşamağa dəvət edirəm. Gəlin iyun ayında bizimlə birgə yarış həyəcanını keçirmək istəyən azarkeşlərə bir daha səslənirəm ki, bu böyük endirim fürsətini əldən verməsinlər".

Похожие новости

Avtoidman 02 dekabr

Formula 1 Azərbaycan Qran Prisinin biletləri artıq satışdadır

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ictimaiyyətə elan edir ki, 2017 Formula 1 Azərbaycan Qran Prisinin biletləri dekabrın 2-də şirkətin rəsmi saytında onlayn qaydada satışa çıxarılacaq
Avtoidman 01 dekabr

Bakıda keçiriləcək Formula 1 yarışının adı dəyişdirildi

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) böyük məmnuniyyətlə ictimaiyyətin diqqətinə çatdırır ki, Beynəlxalq Avtomobil Federasiyasının (FİA) 2017-ci il üçün açıqladığı Formula 1 Dünya Çempionatının təqvimində Bakıda keçiriləcək yarış Azərbaycan Qran Prisi adlandırılıb və bu yarış 23-25 iyun 2017-ci il tarixlərində baş tutacaq.
Avtoidman 19 iyun

Niko Rosberq Formula 1-in Bakı mərhələsinin qalibi oldu

"Mercedes" komandasının pilotu Niko Rosberq Bakıda keçirilən "Formula 1" Avropa Qran Prisinin qalibi olub.
Avtoidman 19 iyun

İtaliyalı pilot Bakıda GP2 seriyasının qalibi oldu

İtaliyalı pilot Bakıda GP2 seriyasının qalibi oldu
Avtoidman 19 iyun

Bakıda GP2 seriyası üzrə yürüşdə kütləvi qəza

Bu gün Bakıda GP2 seriyasında ikinci yürüşün (sprint) 12-ci döngəsində kütləvi qəza olub.
Avtoidman 17 iyun

Bakıda Formula 1 həyəcanına start verildi

Azərbaycan üçün tarixi bir gün - komandalar, bolidlər, pərəstişkarlar Formula 1-in yeni şəhər treki 2016 Avropa Qran Prisinə ev sahibliyi edəcək Bakıya təşrif buyurublar.
Avtoidman 17 iyun

Bakı qran-prisinin iştirakçıları mətbuat konfransı keçirdilər

Formula 1 üzrə Bakıda keçiriləcək Avropa qran-prisinin iştirakçıları mətbuat konfransı keçiriblər
Avtoidman 16 iyun

İlham Əliyev Berni Ekklstounu qəbul edib

İlham Əliyev Berni Ekklstounu qəbul edib
Avtoidman 16 iyun

Fernando Alonso Avropa Qran Prisi öncəsi Bakıda gəzintiyə çıxdı

2016-cı il Formula 1 Avropa Qran Prisinə cəmi bir neçə günün qaldığı bir vaxtda yarışın rəsmi elçisi Fernando Alonso Azərbaycandakı azarkeşləri ilə görüşmək və bolidlərin mühərrikindən çıxan gürultulu səsin Formula 1-in ən yeni treki boyunca yayılmasından əvvəl ölkə mədəniyyəti ilə tanış olmaq üçün şəhərdə gəzintiyə çıxıb.