15 iyun 2016 00:25

Serxio Peres: İnanıram ki, Bakı çox xoşuma gələcək

Sahara Force İndia komandasının üzvləri Avropa Qran Prisi haqqında fikirlərini bölüşüblər. Azerisport.az sizi həmin fikirlərlə tanış edir:

Serxio Peres
 
“Ötən həftə Kanadadan keçirilən yarış mənim üçün çox da asan keçmədi, lakin xal əldə etdiyimə görə bu yarışı uğurlu sayıram. Müxtəlif xüsusiyyətlərə sahib treklərdə keçirilmiş son dörd yarışda xallar əldə edə bildim. Bu komanda olaraq özümüzə inamı artırdı və hesab edirik ki, artıq biz növbəti yarışların hər birində ilk onluğa daxil ola bilərik.
 
“Bakıya hazırlığa gəldikdə isə, mən trekin boliddən çəkilmiş videosunu izlədim və ilk təəssüratım o oldu ki, həqiqətən də bu trekdə sürməyin müəyyən çətinlikləri olacaq. Trekdə çox sayda dar hissələr var və bu şəhər treki üçün normal bir haldır. Lakin bu trekdə sürət Monakodakından çox olacaq. Belə treklərdə sürməyi çox xoşlayıram və belə treklərdə yaxşı yarış nümayiş etdirmək mümkün olur. 
 
“Heç vaxt Azərbaycanda olmamışam. Buna görə də bu səfərimin mənimçün macəradolu olacağına inanıram. Yeni yerlərlə bağlı ilk təəssüratlar əldə etmək və yeni şəhər məkanları ilə tanış olmaq mənimçün həmişə maraqlı olub. Bu idmanın gözəl cəhətlərindən biri odur ki, bizə yeni ölkələrə getmək və oralarda yeni azarkeşlər qazanmaq fürsəti verir. Biz trekə çatar-çatmaz adəti üzrə treklə dərhal tanışlığa başlayırıq və bu olduqca vacibdir. Ona görə də mühəndislərlə birgə trekdə yürüş edirik və trekdə sərbəst yürüşlər həyata keçiririk. Hər bir pilot kimi mən də çalışıram ki, ilk dövrələrdəcə yüksək sürətə nail olum".

Niko Hulkenberq
 
“Kanadadakı yarış yaxşı keçdi və bu yarış həftəsonundan uğurla keçə bildik. Gücün zəifləməsinə baxmayaraq yarışı səkkizinci yerdə başa vurmaq olduqca yaxşı nəticəydi və bu göstərdi ki, biz istənilən trekdə xal əldə edə bilərik.  Yay tətilinə yaxınlaşdığımız bir ərəfədə bu tempi qorumamaq üçün heç bir səbəb yoxdur və bu bizə stimul verir.
 
“Mən həqiqətən də Bakıdakı yarışla əlaqədar olaraq çox həyəcanlıyam. Yeni treklər yaxşı olur, hər şey təzə və hər kəs səni böyük sevincə qarşılayır. Bunu qəbul etməliyəm ki, Azərbaycan haqqında çox məlumatlı deyiləm. Ona görə də bu yeni məkanla ilk dəfə tanışlıq mənə böyük həyəcan verir. Bakıya tezliklə gəlib oranı özüm üçün kəşf etmək istəyirəm. Bizim işimizin yaxşı cəhətlərindən biri odur ki, bizə dünyanın böyük hissəsini görmək imkanını bəxş edir.
 
Treklə tanışlıq olduqca vacibdir. Simulyatorda hələlik onu sınaqdan keçirmək fürsəti olmayıb, ancaq ötən həftənin əvvəllərində treklə bağlı YouTube-da yerləşdirilən videonu izləmişəm. İstənilən halda hər şey ora gəlib çatdıqdan sonra başlayır, bolidə əyləşirsən və bir neçə dövrə ərzində trekə yaxından bələd olursan. Trekin dizaynı onun sürətli olacağından xəbər verir, xüsusən də şəhər trekləri arasında. Bu trekdə bir neçə yerdə az dərəcədə meyilliliyi olan çox uzun sürətlənmə xətti var və bununla yanaşı bəzi hissələr çox dolambaclıdır. Bu səbəbdən hər iki məqama uyğun bir quruluşda çıxmaq vacibdir. Mən şəhər treklərinin həvəskarıyam. Bu treklərdə unikal həyəcan olur, divara yaxın sürürsən və trekdə olan bir sıra çətinliklər səbəbindən həm avtomobilin, həm də pilotun üzərinə böyük yük düşür".

Vicey Malya, komanda rəhbəri
 
“Kanadada keçirilən yarışda əldə etdiyimiz nəticə bu ilki mövsüm başlayandan bəri qazandığımız ən yaxşı göstəricilərdən biridir. Biz yarış həftəsonu boyunca yaxşı irəliləyiş əldə etdik və yarışda yüksək səviyyədə çıxış etdik. Bu bizim mühəndislər çempionatında rəqiblərimiz qarşısında üstünlüyümüzü artırdı və bizi beşinci mövqedə qərarlaşdırdı. Böyük mübarizənin olacağı və xüsusən də yarış təqviminə ən son əlavə olunan Bakı üçün hazırlaşmağa az vaxt qalıb.
 
“Formula 1-in yeni ölkəyə qədəm qoymasının hər zaman müsbət yönləri var. Yeni məkanlarda bu idmana böyük marağın olduğunu göstərir ki, bu da olduqca əhəmiyyətli məqamdır. Yarış təqviminə son əlavə olunan Ostin, Meksika və Rusiya kimi məkanlar böyük uğur göstərərək bunu sübut etdi və Azərbaycanın da oxşar trendi davam etdirməməsi üçün heç bir səbəb yoxdur. Ümidvarıq ki, burada keçiriləcək yarış bu yeni trekin tarixi üçün yaxşı bir başlanğıc olacaq.
 
“Trek uzun sürətlənmə xəttlərindən və kəskin döngələrdən ibarətdir. Dizayn baxımdan Bakı treki Sinqapurdakına oxşayır və burada şəhər trekinə məxsus xüsusiyyətlər öz əksini tapıb. Bununla yanaşı trekdə olan bəzi geniş döngələr də pilotlara ötmək imkanı verəcək. Avtomobilin və təkərlərin trekdə necə davranacağı isə hələlik bəlli deyil və yarış ilk dəfə keçirildiyi üçün heç kimdə treklə bağlı ilkin məlumat yoxdur. Bu, bizim gözlədiyimiz çətinliklərdən biridir. Biz böyük ruh yüksəkliyi ilə Azərbaycana gəlirik və yüksək mübarizə ortaya qoyacağımız növbəti yarışı səbirsizliklə gözləyirik".

Похожие новости

Avtoidman 02 dekabr

Formula 1 Azərbaycan Qran Prisinin biletləri artıq satışdadır

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ictimaiyyətə elan edir ki, 2017 Formula 1 Azərbaycan Qran Prisinin biletləri dekabrın 2-də şirkətin rəsmi saytında onlayn qaydada satışa çıxarılacaq
Avtoidman 01 dekabr

Bakıda keçiriləcək Formula 1 yarışının adı dəyişdirildi

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) böyük məmnuniyyətlə ictimaiyyətin diqqətinə çatdırır ki, Beynəlxalq Avtomobil Federasiyasının (FİA) 2017-ci il üçün açıqladığı Formula 1 Dünya Çempionatının təqvimində Bakıda keçiriləcək yarış Azərbaycan Qran Prisi adlandırılıb və bu yarış 23-25 iyun 2017-ci il tarixlərində baş tutacaq.
Avtoidman 15 noyabr

Bakı-2017 Formula 1 Avropa Qran Prisinin biletləri dekabrın 1-dən satışda olacaq

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ictimaiyyətə elan edir ki, 2017 Formula 1 Avropa Qran Prisinin biletləri dekabrın 1-dən etibarən BŞH-nin rəsmi saytında onlayn qaydada satışda olacaq.
Avtoidman 19 iyun

Niko Rosberq Formula 1-in Bakı mərhələsinin qalibi oldu

"Mercedes" komandasının pilotu Niko Rosberq Bakıda keçirilən "Formula 1" Avropa Qran Prisinin qalibi olub.
Avtoidman 19 iyun

İtaliyalı pilot Bakıda GP2 seriyasının qalibi oldu

İtaliyalı pilot Bakıda GP2 seriyasının qalibi oldu
Avtoidman 19 iyun

Bakıda GP2 seriyası üzrə yürüşdə kütləvi qəza

Bu gün Bakıda GP2 seriyasında ikinci yürüşün (sprint) 12-ci döngəsində kütləvi qəza olub.
Avtoidman 17 iyun

Bakıda Formula 1 həyəcanına start verildi

Azərbaycan üçün tarixi bir gün - komandalar, bolidlər, pərəstişkarlar Formula 1-in yeni şəhər treki 2016 Avropa Qran Prisinə ev sahibliyi edəcək Bakıya təşrif buyurublar.
Avtoidman 17 iyun

Bakı qran-prisinin iştirakçıları mətbuat konfransı keçirdilər

Formula 1 üzrə Bakıda keçiriləcək Avropa qran-prisinin iştirakçıları mətbuat konfransı keçiriblər
Avtoidman 16 iyun

İlham Əliyev Berni Ekklstounu qəbul edib

İlham Əliyev Berni Ekklstounu qəbul edib