15 iyun 2016 00:15

Fernando Alonso: Bakı treki bütün şəhər treklərindən ən sürətlisidir

McLaren komandasının üzvləri Bakı Şəhər Halqası haqqında fikilərini bölüşüblər. Azerisport.az xəbər verir ki, Fernando Alonso digər Formula 1 pilotlarından fərqli olaraq, Bakıya səfər edib və yeni trek haqqında artıq məlumatı var. İspan pilot Bakıdan çox təsirləndiyini dəfərlərə öz müsahibələrində ifadə edib.

Fernando Alonso: "Tezliklə Bakı trekini sınamaq istəyirəm və bu cümə günü buna nail olacağam. Mən çox şanslıyam. Avropa Qran Prisinin səfiri kimi bir neçə ay öncə Bakı treki ilə ətraflı tanış olub, onun necə tikilməsinin şahidi olmuşam. Trekin konfiqurasiyası çox maraqlıdır. Ensiz küçələr, ötmə imkanı verən küçələr və sürət.

Bakı treki bütün şəhər treklərindən ən sürətlisidir və trek yeni olduğundan çətinliklikləri dəf etmək mənə çox maraqlı gəlir. Simulyatorda Bakı trekini artıq test etmişəm və qeyd edim ki, trek bir çox xüsusiyyətlərinə görə seçilir: orta əsrlərə məxsus qala divarları, döngələr, saat əqrəbinin əks istiqamətində hərəkət yarışın möhtəşəm olacağına təminat verir".

Censon Batton: "Mərkəzi küçələrdə bolidlərin sürətinin saatda 300 km çatacağını Bakı Şəhər Halqası çox maraqlı görünür. Alonsodan Bakı treki haqqında müsbət rəylər almışam. Trekdə həm ensiz küçələrin, həmçinin ötmələr üçün geniş küçələrin olduğunu qeyd edib.

Uzun düzlükdə hərəkət edən maşınları yüksək təzyiq altında olacaq və buna görə ERS sistemi işə düşəcək. Həmçinin Bakıda yüksək yanacaq sərfiyyatı gözlənilir. Buna görə bolidləri optimal ayarlara görə tənzimləmək lazım olacaq.

Taktika, təkər və hərarətə gəldikdə isə, komandamızım əməkdaşları öncədən Bakıda olduğu üçün, Bakıda nə ilə qarşılaşacağıza artıq hazırıq.

Kanada Qran Prisindəki uğursuzluğumuzdan sonra, Bakı trekinə böyük ümidlərimiz var".

Erik Bülye: "Bakı Şəhər Halqasında bizi parlaq şou, yeni pərəstişkarlar gözləyir. Əməkdaşlarımızın və Fernandonun Bakıya ilk səfərindən sonra biz çox sayda müsbət rəylər almışıq, ona görə möhətşəm həftəsonu yaşayağımıza əminəm".

Похожие новости

Avtoidman 02 dekabr

Formula 1 Azərbaycan Qran Prisinin biletləri artıq satışdadır

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ictimaiyyətə elan edir ki, 2017 Formula 1 Azərbaycan Qran Prisinin biletləri dekabrın 2-də şirkətin rəsmi saytında onlayn qaydada satışa çıxarılacaq
Avtoidman 01 dekabr

Bakıda keçiriləcək Formula 1 yarışının adı dəyişdirildi

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) böyük məmnuniyyətlə ictimaiyyətin diqqətinə çatdırır ki, Beynəlxalq Avtomobil Federasiyasının (FİA) 2017-ci il üçün açıqladığı Formula 1 Dünya Çempionatının təqvimində Bakıda keçiriləcək yarış Azərbaycan Qran Prisi adlandırılıb və bu yarış 23-25 iyun 2017-ci il tarixlərində baş tutacaq.
Avtoidman 15 noyabr

Bakı-2017 Formula 1 Avropa Qran Prisinin biletləri dekabrın 1-dən satışda olacaq

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ictimaiyyətə elan edir ki, 2017 Formula 1 Avropa Qran Prisinin biletləri dekabrın 1-dən etibarən BŞH-nin rəsmi saytında onlayn qaydada satışda olacaq.
Avtoidman 19 iyun

Niko Rosberq Formula 1-in Bakı mərhələsinin qalibi oldu

"Mercedes" komandasının pilotu Niko Rosberq Bakıda keçirilən "Formula 1" Avropa Qran Prisinin qalibi olub.
Avtoidman 19 iyun

İtaliyalı pilot Bakıda GP2 seriyasının qalibi oldu

İtaliyalı pilot Bakıda GP2 seriyasının qalibi oldu
Avtoidman 19 iyun

Bakıda GP2 seriyası üzrə yürüşdə kütləvi qəza

Bu gün Bakıda GP2 seriyasında ikinci yürüşün (sprint) 12-ci döngəsində kütləvi qəza olub.
Avtoidman 17 iyun

Bakıda Formula 1 həyəcanına start verildi

Azərbaycan üçün tarixi bir gün - komandalar, bolidlər, pərəstişkarlar Formula 1-in yeni şəhər treki 2016 Avropa Qran Prisinə ev sahibliyi edəcək Bakıya təşrif buyurublar.
Avtoidman 17 iyun

Bakı qran-prisinin iştirakçıları mətbuat konfransı keçirdilər

Formula 1 üzrə Bakıda keçiriləcək Avropa qran-prisinin iştirakçıları mətbuat konfransı keçiriblər
Avtoidman 16 iyun

İlham Əliyev Berni Ekklstounu qəbul edib

İlham Əliyev Berni Ekklstounu qəbul edib