14 iyun 2016 12:00

Bakı Şəhər Halqası Formula 1 və GP2 avadanlıqlarından ibarət ilk yük konteynerlərini qəbul edib

Komandaların 2016 Formula 1 Avropa Qran Prisində istifadə edəcəyi avadanlıqlardan ibarət ilk 40 yük konteyneri Azərbaycanın paytaxtı Bakı şəhərinə gətirilib. Azerisport.az xəbər verir ki, Formula 1 yarış avtomobilləri ilə yanaşı qalan digər avadanlıqlar iyunun 14-də Bakıya gəlib çatacaq.

Komandalar hər bir yarış məkanına öz avtomobilləri, avadanlıqları və şəxsi heyətini adətən quru, su və hava yollarının üçündən də istifadə etməklə gətirir. Bütün Formula 1 komandalarının Azərbaycana Kanadadan gələcəyinə baxmayaraq, artıq Mercedes, Ferrari, Force India, Red Bull Racing və digər komandaların lazımi avadanlıqlarının bir hissəsindən ibarət ilk yük konteynerləri Rusiyanın Soçi şəhərindən birbaşa Bakıya su nəqliyyatı ilə göndərilib.

Bu konteynerlər elə dizayn olunub ki, minimal yer tutur və daxilində olan yükləri yüksək titrəmələrə və ya digər xarici təsirlərə qarşı qoruyur. Bu konteynerlərin bir başqa xüsusiyyəti də odur ki, onları 6-8 saat ərzində doldurmaq və boşaltmaq mümkündür.

Eyni zamanda Monako şəhərindən birbaşa Bakıya göndərilən 2016 Formula 1 Avropa Qran Prisinə dəstək mahiyyətində keçiriləcək GP2 seriya yarışlarında iştirak edən 12 komandanın avtomobili və bütün lazımi avadanlıqları artıq Paddok ərazisinə gəlib çatıb.

GP2 seriya yarışında mübarizə aparacaq 22 pilot Bakıya iyunun 13-də gələcək və elə həmin gün bu sürücülərin komandaları öz avadanlıqlarını onlar üçün ayrılmış müvafiq qarajlara yerləşdirəcəklər.

Ümumilikdə 44 qaraj tam olaraq hazır vəziyyətə gətirilib. Paddok ərazisində yerləşən tikililərə texniki avadanlıqların quraşdırılması işləri də artıq sonuncu mərhələyə qədəm qoyub.

Похожие новости

Avtoidman 02 dekabr

Formula 1 Azərbaycan Qran Prisinin biletləri artıq satışdadır

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ictimaiyyətə elan edir ki, 2017 Formula 1 Azərbaycan Qran Prisinin biletləri dekabrın 2-də şirkətin rəsmi saytında onlayn qaydada satışa çıxarılacaq
Avtoidman 01 dekabr

Bakıda keçiriləcək Formula 1 yarışının adı dəyişdirildi

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) böyük məmnuniyyətlə ictimaiyyətin diqqətinə çatdırır ki, Beynəlxalq Avtomobil Federasiyasının (FİA) 2017-ci il üçün açıqladığı Formula 1 Dünya Çempionatının təqvimində Bakıda keçiriləcək yarış Azərbaycan Qran Prisi adlandırılıb və bu yarış 23-25 iyun 2017-ci il tarixlərində baş tutacaq.
Avtoidman 15 noyabr

Bakı-2017 Formula 1 Avropa Qran Prisinin biletləri dekabrın 1-dən satışda olacaq

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ictimaiyyətə elan edir ki, 2017 Formula 1 Avropa Qran Prisinin biletləri dekabrın 1-dən etibarən BŞH-nin rəsmi saytında onlayn qaydada satışda olacaq.
Avtoidman 19 iyun

Niko Rosberq Formula 1-in Bakı mərhələsinin qalibi oldu

"Mercedes" komandasının pilotu Niko Rosberq Bakıda keçirilən "Formula 1" Avropa Qran Prisinin qalibi olub.
Avtoidman 19 iyun

İtaliyalı pilot Bakıda GP2 seriyasının qalibi oldu

İtaliyalı pilot Bakıda GP2 seriyasının qalibi oldu
Avtoidman 19 iyun

Bakıda GP2 seriyası üzrə yürüşdə kütləvi qəza

Bu gün Bakıda GP2 seriyasında ikinci yürüşün (sprint) 12-ci döngəsində kütləvi qəza olub.
Avtoidman 17 iyun

Bakıda Formula 1 həyəcanına start verildi

Azərbaycan üçün tarixi bir gün - komandalar, bolidlər, pərəstişkarlar Formula 1-in yeni şəhər treki 2016 Avropa Qran Prisinə ev sahibliyi edəcək Bakıya təşrif buyurublar.
Avtoidman 17 iyun

Bakı qran-prisinin iştirakçıları mətbuat konfransı keçirdilər

Formula 1 üzrə Bakıda keçiriləcək Avropa qran-prisinin iştirakçıları mətbuat konfransı keçiriblər
Avtoidman 16 iyun

İlham Əliyev Berni Ekklstounu qəbul edib

İlham Əliyev Berni Ekklstounu qəbul edib