9 iyun 2016 14:20

"Bakıda çox sayda pərəstişkar görməyə ümid edirik"

Azerisport.az "Sauber" F1 komandasının üzvləri Markus Eriksson və Felipe Nasr ilə müsahibəni təqdim edir.

- Bakı Şəhər Halqasının sxemi haqqında nə deyə bilərsiniz? Simulyatorda test etmisinizmi?
Markus Eriksson: Deyə bilərəm ki, 6 km uzunluğunda olan Bakı treki çox uzundur, bundan əlavə Monako və Sinqapurdan sonra üçüncü şəhər treki olacaq. Simulyator olmadığından, Bakı Şəhər Halqasını test edə bilməmişik. Ona görə yarışdan öncə - dördüncü gün trek boyu gəzinti bizim üçün böyük əhəmiyyət kəsb edir.
Felipe Nasr: Bakı treki uzunluğuna görə Spadan sonra ikincidir və bildiyimə görə orada çempionatın ən uzun düzlüyü olacaq. Dördüncü gün trek ilə yaxından tanış olmalıyıq.

- Bakı və Azərbaycan haqqında nə bilirsiniz?
M.E: Düzünü desəm, çox məlumatım yoxdur, lakin yeni şəhərlərə səyahət etməyi çox sevirəm.
F.N: Eynən Markusun dediyi kimi, səbirsizliklə Bakıdakı yarışı gözləyirəm.

- Mövsümün başlanğıcını necə xarakterizə edərdiniz?
M.E
: Bolidimiz Sauber C35-i nəzərə alsaq, şəxsən öz çıxışımdan razıyam. Komandaya gəldikdə isə, rəqabətə daha davamlı olmağı və xal uğrunda mübarizə aparmağı istərdim.
F.N: Mövsüm bir az çətin keçir. Lakin mövqeyimizi daha da yaxşılaşdırmaq üçün çalışırıq. Hər yarışa maksimum dərəcədə hazırlaşıram.

- Yeni trekə gəldikdən sonra illk işiniz nə olur?
M.E
. Trek üzrə gəzintiyə çıxıram.
F.N. Markusun sözlərinə qatılıram.

- Əgər özünüzə bir rəqib seçsəniz – kim olardı?
M.E
: Ronni Peterson.
F.N: Ayrton Senna.

- Bir neçə şəxsi sual: Dünyada Formula 1 yarışları olmasaydı nə ilə məşğul olardınız?
M.E
: Hokkeyçi olardım.
F.N: Başqa idman növündə iştirak edərdim və ya mühəndis olardım.

- Bu il oxuduğunuz sonuncu kitab hansıdır?
M.E
. Bu il kitab oxumamışam.
F.N: Andre Aqassinin bioqrafiyası.

- Sonuncu musiqi albomlarından sevdiyiniz üç albomu deyə bilərsinizmi?
М.E
: Millencolin, Avicii, Calvin Harris.
F.N: Pink Floyd, Matisyahu, Pearl Jam.

- Hansı filmi gözləyirsiniz?
M.E
: Hansısa filmi xüsusi olaraq qeyd etmək istəməzdim.
F.N: Hər hansı bir döyüş filmini.

- Azərbaycanda olan pərəstişkarlarınıza nə demək istərdiniz?
М.E
: Çox sevinirəm ki, Formula 1-də yeni ölkə və yeni trekdə çıxış edəcəyik. Səbirsizliklə Bakıdakı yarışı gözləyirəm və ümid edirəm ki, bizi dəstəkləyən çox sayda pərəstişkar görəcəyik.
F.N: Hər zaman yeni ölkələrdə çıxış etməyi dəstəkləyirəm. Ümid edirəm ki, çox sayda pərəstişkar bizi dəstəkləməyə gələcək.

Похожие новости

Avtoidman 02 dekabr

Formula 1 Azərbaycan Qran Prisinin biletləri artıq satışdadır

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ictimaiyyətə elan edir ki, 2017 Formula 1 Azərbaycan Qran Prisinin biletləri dekabrın 2-də şirkətin rəsmi saytında onlayn qaydada satışa çıxarılacaq
Avtoidman 01 dekabr

Bakıda keçiriləcək Formula 1 yarışının adı dəyişdirildi

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) böyük məmnuniyyətlə ictimaiyyətin diqqətinə çatdırır ki, Beynəlxalq Avtomobil Federasiyasının (FİA) 2017-ci il üçün açıqladığı Formula 1 Dünya Çempionatının təqvimində Bakıda keçiriləcək yarış Azərbaycan Qran Prisi adlandırılıb və bu yarış 23-25 iyun 2017-ci il tarixlərində baş tutacaq.
Avtoidman 15 noyabr

Bakı-2017 Formula 1 Avropa Qran Prisinin biletləri dekabrın 1-dən satışda olacaq

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ictimaiyyətə elan edir ki, 2017 Formula 1 Avropa Qran Prisinin biletləri dekabrın 1-dən etibarən BŞH-nin rəsmi saytında onlayn qaydada satışda olacaq.
Avtoidman 19 iyun

Niko Rosberq Formula 1-in Bakı mərhələsinin qalibi oldu

"Mercedes" komandasının pilotu Niko Rosberq Bakıda keçirilən "Formula 1" Avropa Qran Prisinin qalibi olub.
Avtoidman 19 iyun

İtaliyalı pilot Bakıda GP2 seriyasının qalibi oldu

İtaliyalı pilot Bakıda GP2 seriyasının qalibi oldu
Avtoidman 19 iyun

Bakıda GP2 seriyası üzrə yürüşdə kütləvi qəza

Bu gün Bakıda GP2 seriyasında ikinci yürüşün (sprint) 12-ci döngəsində kütləvi qəza olub.
Avtoidman 17 iyun

Bakıda Formula 1 həyəcanına start verildi

Azərbaycan üçün tarixi bir gün - komandalar, bolidlər, pərəstişkarlar Formula 1-in yeni şəhər treki 2016 Avropa Qran Prisinə ev sahibliyi edəcək Bakıya təşrif buyurublar.
Avtoidman 17 iyun

Bakı qran-prisinin iştirakçıları mətbuat konfransı keçirdilər

Formula 1 üzrə Bakıda keçiriləcək Avropa qran-prisinin iştirakçıları mətbuat konfransı keçiriblər
Avtoidman 16 iyun

İlham Əliyev Berni Ekklstounu qəbul edib

İlham Əliyev Berni Ekklstounu qəbul edib