8 iyun 2016 13:40

"Bakıda keçiriləcək tədbirdə iştirak etməyi həyəcanla gözləyirəm"

Beynəlxalq Avtomobil Federasiyasının (FİA) yarışlar üzrə direktoru və təhlükəsizlik məsələləri üzrə səlahiyyətli nümayəndəsi Çarli Vaytinq Bakıya səfər edərək, 17-19 iyun tarixlərində Azərbaycanın paytaxtında təşkil olunacaq 2016-cı il Formula 1 Avropa Qran Prisinin keçiriləcəyi Bakı Şəhər Halqasında hazırlıq işlərinin gedişatı ilə yaxından tanış olub. Azerisport.az xəbər verir ki, Vaytinq və onun komandasının ötən ay keçirdiyi təftişdən cəmi bir neçə həftə sonra baş tutan sonuncu səfər zamanı trek və onun ətrafındakı yardımçı binaların Formula 1 Qran Pri yarışının keçirilməsinə hazırlıq səviyyəsi bir daha qiymətləndirildi. Aparılan hərtətəfli təftiş işlərindən sonra jurnalistlərin suallarını cavablandıran Vaytinq  son işləri tamamlanmaqda olan şəhər trekindən böyük məmnunluğunu ifadə edib: 

“Sonuncu səfərimdən sonra həyata keçirilən hazırlıq işləri məni çox sevindirir. Trekdə yekunlaşmış işlərin həcminə baxdıqda, sözün yaxşı mənasında, təəccüblənirəm. Biz təxminən 4-5 saat vaxt sərf edərək, trekin hər bir qarışını yoxladıq. Ümumiyyətlə, trekdə bu günə qədər başa çatan işlərin keyfiyyəti çox yüksəkdir və şəxsən öz adımdan qeyd etmək istərdim ki, bir həftədən sonra burada keçiriləcək tədbirdə iştirak etməyi həyəcanla gözləyirəm”. 

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) 2016-cı il Formula 1 Avropa Qran Prisinin təşkili ilə bağlı lazımi hazırlıq tədbirlərinin böyük əksəriyyətini müvəffəqiyyətlə başa vurub və son tamamlama işlərini iyun 16-dan əvvəl başa çatdırmaq əzmindədir.

Hökumət Evinin qarşısındakı Paddokda yerləşən Pit binasının, o cümlədən, Beynəlxalq Avtomobil Federasiyası (FİA), Formula Bir Rəhbərliyi (FOM), Bakı Şəhər Halqası və tədbirin digər təşkilatçıları üçün nəzərdə tutulan inzibati binaların inşası artıq yekunlaşıb. Qeyd olunan binalarda texniki avadanlığın quraşdırılması işlərinin artıq son mərhələsi həyata keçirilir. 

Bakı Şəhər Halqasının asfalt örtüyü artıq hazırdır. Belə ki, son asfalt örtüyünün çəkilməsi də yekunlaşıb. Trekin ətrafındakı təhlükəsizlik baryerlərinin quraşdırılması işlərinin 95%-i sona çatıb.  

Şəhər sakinlərinin fasiləsiz hərəkətini təmin etmək üçün trekin bəzi yerlərində təhlükəsizlik baryerlərinin quraşdırılması qarşıdakı günlərdə həyata keçiriləcək. Eyni zamanda, 14-16 iyun tarixləri ərzində Bakı Şəhər Halqasının keçdiyi küçələr nəqliyyatın hərəkəti üçün tamamilə bağlanaraq son hazırlıq işləri, o cümlədən qalan təhlükəsiz baryerlərinin quraşdırılması, trekin yarış standartlarına müvafiq şəkildə boyanması və digər zəruri işlər həyata keçiriləcək. Bakı Şəhər Halqası ətrafında quraşdırılacaq bütün tribunaların tikintisinin bu həftə yekunlaşması nəzərdə tutulub. Bundan yanaşı, Formula 1 Şəhərciyinin yerləşəcəyi dənizkənarı bulvarda da hazırda tikinti-quraşdırma işləri sürətlə davam etdirilir.

Похожие новости

Avtoidman 02 dekabr

Formula 1 Azərbaycan Qran Prisinin biletləri artıq satışdadır

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ictimaiyyətə elan edir ki, 2017 Formula 1 Azərbaycan Qran Prisinin biletləri dekabrın 2-də şirkətin rəsmi saytında onlayn qaydada satışa çıxarılacaq
Avtoidman 01 dekabr

Bakıda keçiriləcək Formula 1 yarışının adı dəyişdirildi

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) böyük məmnuniyyətlə ictimaiyyətin diqqətinə çatdırır ki, Beynəlxalq Avtomobil Federasiyasının (FİA) 2017-ci il üçün açıqladığı Formula 1 Dünya Çempionatının təqvimində Bakıda keçiriləcək yarış Azərbaycan Qran Prisi adlandırılıb və bu yarış 23-25 iyun 2017-ci il tarixlərində baş tutacaq.
Avtoidman 15 noyabr

Bakı-2017 Formula 1 Avropa Qran Prisinin biletləri dekabrın 1-dən satışda olacaq

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ictimaiyyətə elan edir ki, 2017 Formula 1 Avropa Qran Prisinin biletləri dekabrın 1-dən etibarən BŞH-nin rəsmi saytında onlayn qaydada satışda olacaq.
Avtoidman 19 iyun

Niko Rosberq Formula 1-in Bakı mərhələsinin qalibi oldu

"Mercedes" komandasının pilotu Niko Rosberq Bakıda keçirilən "Formula 1" Avropa Qran Prisinin qalibi olub.
Avtoidman 19 iyun

İtaliyalı pilot Bakıda GP2 seriyasının qalibi oldu

İtaliyalı pilot Bakıda GP2 seriyasının qalibi oldu
Avtoidman 19 iyun

Bakıda GP2 seriyası üzrə yürüşdə kütləvi qəza

Bu gün Bakıda GP2 seriyasında ikinci yürüşün (sprint) 12-ci döngəsində kütləvi qəza olub.
Avtoidman 17 iyun

Bakıda Formula 1 həyəcanına start verildi

Azərbaycan üçün tarixi bir gün - komandalar, bolidlər, pərəstişkarlar Formula 1-in yeni şəhər treki 2016 Avropa Qran Prisinə ev sahibliyi edəcək Bakıya təşrif buyurublar.
Avtoidman 17 iyun

Bakı qran-prisinin iştirakçıları mətbuat konfransı keçirdilər

Formula 1 üzrə Bakıda keçiriləcək Avropa qran-prisinin iştirakçıları mətbuat konfransı keçiriblər
Avtoidman 16 iyun

İlham Əliyev Berni Ekklstounu qəbul edib

İlham Əliyev Berni Ekklstounu qəbul edib