7 iyun 2016 00:20

Çarli Vaytinq: Bakı Formula 1 Avropa Qran Prisinə tam hazırdır

"Bakı Formula 1 Avropa Qran Prisinə tam hazırdır. Son müşahidələrim bunu deməyə əsas verir".

Azerisport.az xəbər verir ki, bunu Beynəlxalq Avtomobil Federasiyasının (FİA) yarış direktoru və təhlükəsizlik məsələləri üzrə səlahiyyətli nümayəndəsi Çarli Vaytinq Bakı Şəhər Halqasının Avropa Qran Prisinə hazırlığı ilə bağlı fikirlərini bildirərkən deyib.

O qeyd edib ki, sonuncu baxışdan indiyə qədər xeyli işlər görülüb: "Həmin vaxtdan bir ay keçib. Halqa artıq tam hazırdır. Bu işi yerinə yetirmək çətin idi, çünki şəhərdə paralel olaraq nəqliyyatın hərəkətini də təmin etmək lazım idi. Hazırlıq işləri tamamlanıb. Kiçik işlər var idi ki, onları görmək lazımdır, amma ümumilikdə əməl edilmiş standartlar yüksək səviyyədədir. İşlər planlaşdırdığımız kimi görülüb".

Bakıda yağışlı hava davam edəcəyi halda yarışmaya hansı təsir göstərəcəyi ilə bağlı suala cavab verən Ç.Vaytinq bildirib ki, yağışlı hava yarışmaya elə də təsir etmir: "Çünki yarış avtomobillərinin təkərləri olduqca qalındır, onlar hər cür sürtünməyə tab gətirə bilir. Ancaq həddən artıq güclü leysan yağarsa, o halda yağışlara nəzarət edən heyət müəyyən qərarlar qəbul edə bilər".

Похожие новости

Avtoidman 02 dekabr

Formula 1 Azərbaycan Qran Prisinin biletləri artıq satışdadır

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ictimaiyyətə elan edir ki, 2017 Formula 1 Azərbaycan Qran Prisinin biletləri dekabrın 2-də şirkətin rəsmi saytında onlayn qaydada satışa çıxarılacaq
Avtoidman 01 dekabr

Bakıda keçiriləcək Formula 1 yarışının adı dəyişdirildi

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) böyük məmnuniyyətlə ictimaiyyətin diqqətinə çatdırır ki, Beynəlxalq Avtomobil Federasiyasının (FİA) 2017-ci il üçün açıqladığı Formula 1 Dünya Çempionatının təqvimində Bakıda keçiriləcək yarış Azərbaycan Qran Prisi adlandırılıb və bu yarış 23-25 iyun 2017-ci il tarixlərində baş tutacaq.
Avtoidman 15 noyabr

Bakı-2017 Formula 1 Avropa Qran Prisinin biletləri dekabrın 1-dən satışda olacaq

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ictimaiyyətə elan edir ki, 2017 Formula 1 Avropa Qran Prisinin biletləri dekabrın 1-dən etibarən BŞH-nin rəsmi saytında onlayn qaydada satışda olacaq.
Avtoidman 19 iyun

Niko Rosberq Formula 1-in Bakı mərhələsinin qalibi oldu

"Mercedes" komandasının pilotu Niko Rosberq Bakıda keçirilən "Formula 1" Avropa Qran Prisinin qalibi olub.
Avtoidman 19 iyun

İtaliyalı pilot Bakıda GP2 seriyasının qalibi oldu

İtaliyalı pilot Bakıda GP2 seriyasının qalibi oldu
Avtoidman 19 iyun

Bakıda GP2 seriyası üzrə yürüşdə kütləvi qəza

Bu gün Bakıda GP2 seriyasında ikinci yürüşün (sprint) 12-ci döngəsində kütləvi qəza olub.
Avtoidman 17 iyun

Bakıda Formula 1 həyəcanına start verildi

Azərbaycan üçün tarixi bir gün - komandalar, bolidlər, pərəstişkarlar Formula 1-in yeni şəhər treki 2016 Avropa Qran Prisinə ev sahibliyi edəcək Bakıya təşrif buyurublar.
Avtoidman 17 iyun

Bakı qran-prisinin iştirakçıları mətbuat konfransı keçirdilər

Formula 1 üzrə Bakıda keçiriləcək Avropa qran-prisinin iştirakçıları mətbuat konfransı keçiriblər
Avtoidman 16 iyun

İlham Əliyev Berni Ekklstounu qəbul edib

İlham Əliyev Berni Ekklstounu qəbul edib