3 iyun 2016 14:15

Esteban Qutyeres: Tezliklə Bakıdakı pərəstişkarlarımla görüşmək istəyirəm

"Haas F1" komandasının pilotu Esteban Qutyeres müsahibəsində Bakı treki, gözlədiyi film və digər maraqlı mövzular haqqında danışıb. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir:

- Bakı Şəhər Halqasının sxemi haqqında nə deyə bilərsiniz?
- Mən treki sınaqdan keçirdim, o, olduqca heyrətamizdir və onun çətinliklərlə dolu möhtəşəm bir trek olacağına inanıram.   

- Bakı, Azərbaycan haqqında nə bilirsiniz?
- Düzünü desəm, yarışlar elan edilməzdən öncə heç nə bilmirdim. Amma indi orada yarışacağımıza görə, ora səfər etməkdə maraqlıyam və həqiqətən, bunu səbirsizliklə gözləyirəm.

- Start götürmüş mövsüm barədə nə deyə bilərsiniz?
- Mənim üçün asan bir başlanğıc olmadı, amma tədricən, yarışdan yarışa hər şey yaxşılaşır. Məhz bu irəliləyiş də məni qalan yarışlar ərzində mövsümü yaxşı başa vurmağa həvəsləndirir.

- Yeni ölkəyə/trekə gəldikdə ilk nə edirsiniz?
- Bəzi yerli yeməkləri dadıram.

- Sizin yarış karyeranızda ən əyləncəli vaxt nə zaman olub?
- Bu il mən yeni komandamla çox gözəl vaxt keçirib əylənmişəm. Gələcəyin bizə nələr hazırladığını səbirsizliklə gözləyirəm.

- Siz bir Formula 1 maşını, bir komanda yoldaşı və bir Formula 1 dövrü seçsəydiniz,  hansılar olardı? 
- Dövr 90-cı illər, komanda yoldaşı Ayrton Senna və F1 maşını isə Ferrari 2008 olardı.

- Həyat tərzinizlə bağlı bir neçə sual: dünyada yarışlar olmasaydı, siz nə ilə məşğul olardınız? 
- Daşınmaz əmlak biznesi ilə. Mən tikinti və şəhərlərin müasirləşdirilməsi üçün inkişaf layihələrini xoşlayıram. Lakin mən yenə də yarışmaq istəyərdim. Yarış mənim həyatımdır

- Bu il hansı kitabı oxumusunuz?
- Mən az kitab oxuyuram, ən çox sevdiyim isə Endryu Karneginin "Müdriklik" əsəridir.

- Top-3-də olan son musiqi albomlarından hansının adını deyə bilərsiniz?
- Mənim ən çox sevdiyim "Coldplay"in son albomudur.

- Hansı filmi daha çox gözləyirsiniz?
- Enzo Ferrarinin həyatı filmini.

- Lütfən aşağıdakı şəxsləri/əşyaları üç sözlə ifadə edin:
1. Romain Grosjean - təcrübəli,  ideal kişi, Fransız.
2. Berni Ekklstoun - boss,  ağıllı,  ambisiyalı.
3. Daniil Kvyat  yaxşı oğlan,  sadiq, diqqətcil
4. Fernando Alonso - əsl pilot, ağıllı, aqqressiv
5. Formula 1 - əyləncəli,  cəlbedici, həyəcanlandırıcı.
6. 2016 Formula 1 Avropa Qran Prisi - maraqlı, çətin, yeni.

- Azərbaycandakı pərəstişkarlarınıza nə deyərdiniz?
- Tezliklə onlarla görüşmək istəyirəm!

Похожие новости

Avtoidman 02 dekabr

Formula 1 Azərbaycan Qran Prisinin biletləri artıq satışdadır

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ictimaiyyətə elan edir ki, 2017 Formula 1 Azərbaycan Qran Prisinin biletləri dekabrın 2-də şirkətin rəsmi saytında onlayn qaydada satışa çıxarılacaq
Avtoidman 01 dekabr

Bakıda keçiriləcək Formula 1 yarışının adı dəyişdirildi

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) böyük məmnuniyyətlə ictimaiyyətin diqqətinə çatdırır ki, Beynəlxalq Avtomobil Federasiyasının (FİA) 2017-ci il üçün açıqladığı Formula 1 Dünya Çempionatının təqvimində Bakıda keçiriləcək yarış Azərbaycan Qran Prisi adlandırılıb və bu yarış 23-25 iyun 2017-ci il tarixlərində baş tutacaq.
Avtoidman 15 noyabr

Bakı-2017 Formula 1 Avropa Qran Prisinin biletləri dekabrın 1-dən satışda olacaq

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ictimaiyyətə elan edir ki, 2017 Formula 1 Avropa Qran Prisinin biletləri dekabrın 1-dən etibarən BŞH-nin rəsmi saytında onlayn qaydada satışda olacaq.
Avtoidman 19 iyun

Niko Rosberq Formula 1-in Bakı mərhələsinin qalibi oldu

"Mercedes" komandasının pilotu Niko Rosberq Bakıda keçirilən "Formula 1" Avropa Qran Prisinin qalibi olub.
Avtoidman 19 iyun

İtaliyalı pilot Bakıda GP2 seriyasının qalibi oldu

İtaliyalı pilot Bakıda GP2 seriyasının qalibi oldu
Avtoidman 19 iyun

Bakıda GP2 seriyası üzrə yürüşdə kütləvi qəza

Bu gün Bakıda GP2 seriyasında ikinci yürüşün (sprint) 12-ci döngəsində kütləvi qəza olub.
Avtoidman 17 iyun

Bakıda Formula 1 həyəcanına start verildi

Azərbaycan üçün tarixi bir gün - komandalar, bolidlər, pərəstişkarlar Formula 1-in yeni şəhər treki 2016 Avropa Qran Prisinə ev sahibliyi edəcək Bakıya təşrif buyurublar.
Avtoidman 17 iyun

Bakı qran-prisinin iştirakçıları mətbuat konfransı keçirdilər

Formula 1 üzrə Bakıda keçiriləcək Avropa qran-prisinin iştirakçıları mətbuat konfransı keçiriblər
Avtoidman 16 iyun

İlham Əliyev Berni Ekklstounu qəbul edib

İlham Əliyev Berni Ekklstounu qəbul edib