29 may 2016 14:30

Azərbaycan pilotu Bakıda Formula-1 trekini sınaqdan keçirdi

İyunun 17-19-da Bakıda keçiriləcək "Formula-1" Avropa Qran-prisinə az müddətin qaldığı bir ərəfədə yarışın rəsmi elçisi Gülhüseyn Abdullayev Bakı Şəhər Halqasını sınaqdan keçirib. Azerisport.az xəbər verir ki, mayın 29-da 19 yaşlı istedadlı "Formula-3" pilotumuz Gülhüseyn Abdullayev GP3 seriyasına aid yarış avtomobilində Bakı Şəhər Halqasında yüksək sürətlə 4 dövrə vurub. Sınaq yürüşünə Azadlıq meydanında yerləşən Pit binasının qarşısında start verilib və yürüş eyni yerdə başa çatıb.

Gənc pilot ən yeni "Formula-1" trekindəki sürət nümayişindən sonra jurnalistlərə müsahibəsində Gülhüseyn Abdullayev Bakı Şəhər Halqasının yavaş və sürətli döngələrin kombinasiyasından ibarət olduğunu və digər şəhər traslarından genişliyi ilə fərqləndiyini vurğulayıb.

"Bolidlərin bütün döngələrdən rahat və qəzasız çıxması üçün yetərincə genişlik var. Qoşa qala qapısı ətrafındakı 8,9 və 10-cu döngələr mənə daha maraqlı gəldi. İnanıram ki, yarış zamanı orada maraqlı məqamlar olacaq. Çünki trekin bu hissəsi o qədərdə asan deyil. Hazırda tras boş olduğu üçün yürüşüm asan oldu. Ancaq yarış zamanı qarşıda bolidlər olacaq və həmin hissəni keçmək çətin olacaq. Təkcə döngələrə görə deyil, ümumiyyətlə tras digər şəhər treklərindən geri qalmır. Hətta onlardan daha da yaxşıdır. Əminəm ki, bütün "Formula-1" pilotları bu yarışı səbirsizliklə gözləyir və ölkəmizdən də xoş təəssüratlarla ayrılacaqlar", - deyə Gülhüseyn Abdullayev deyib.

Proqrama görə, pilotun üç dövrə vurması nəzərdə tutulmuşdu: "Ancaq trası çox sevdiyim üçün dayana bilmədim, bir dəfə də artıq trek boyu dövrə etdim. Avropa Qran-prisində hansı pilotun qalib gələcəyini öncədən söyləmək çətindir. Bütün pilotlar Bakı Şəhər Halqasında ilk dəfə güclərini sınayacaqlar".

"Euro Formula"nın Avropada ən nüfuzlu "Formula-3" yarışı olduğunu diqqətə çatdıran pilot bu turnirdə İspaniyanın "Kampos" komandasının heyətində çıxış etdiyini vurğulayıb. O bildirib ki, 7 mərhələlik yarışın artıq ikisi başa çatıb. Növbəti yarışımız gələn həftə Fransada təşkil olunacaq. Ümid edirəm ki, həmin yarışdan uğurlu nəticə ilə geri dönəcəyəm. (BCC)

Похожие новости

Avtoidman 02 dekabr

Formula 1 Azərbaycan Qran Prisinin biletləri artıq satışdadır

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ictimaiyyətə elan edir ki, 2017 Formula 1 Azərbaycan Qran Prisinin biletləri dekabrın 2-də şirkətin rəsmi saytında onlayn qaydada satışa çıxarılacaq
Avtoidman 01 dekabr

Bakıda keçiriləcək Formula 1 yarışının adı dəyişdirildi

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) böyük məmnuniyyətlə ictimaiyyətin diqqətinə çatdırır ki, Beynəlxalq Avtomobil Federasiyasının (FİA) 2017-ci il üçün açıqladığı Formula 1 Dünya Çempionatının təqvimində Bakıda keçiriləcək yarış Azərbaycan Qran Prisi adlandırılıb və bu yarış 23-25 iyun 2017-ci il tarixlərində baş tutacaq.
Avtoidman 15 noyabr

Bakı-2017 Formula 1 Avropa Qran Prisinin biletləri dekabrın 1-dən satışda olacaq

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ictimaiyyətə elan edir ki, 2017 Formula 1 Avropa Qran Prisinin biletləri dekabrın 1-dən etibarən BŞH-nin rəsmi saytında onlayn qaydada satışda olacaq.
Avtoidman 19 iyun

Niko Rosberq Formula 1-in Bakı mərhələsinin qalibi oldu

"Mercedes" komandasının pilotu Niko Rosberq Bakıda keçirilən "Formula 1" Avropa Qran Prisinin qalibi olub.
Avtoidman 19 iyun

İtaliyalı pilot Bakıda GP2 seriyasının qalibi oldu

İtaliyalı pilot Bakıda GP2 seriyasının qalibi oldu
Avtoidman 19 iyun

Bakıda GP2 seriyası üzrə yürüşdə kütləvi qəza

Bu gün Bakıda GP2 seriyasında ikinci yürüşün (sprint) 12-ci döngəsində kütləvi qəza olub.
Avtoidman 17 iyun

Bakıda Formula 1 həyəcanına start verildi

Azərbaycan üçün tarixi bir gün - komandalar, bolidlər, pərəstişkarlar Formula 1-in yeni şəhər treki 2016 Avropa Qran Prisinə ev sahibliyi edəcək Bakıya təşrif buyurublar.
Avtoidman 17 iyun

Bakı qran-prisinin iştirakçıları mətbuat konfransı keçirdilər

Formula 1 üzrə Bakıda keçiriləcək Avropa qran-prisinin iştirakçıları mətbuat konfransı keçiriblər
Avtoidman 16 iyun

İlham Əliyev Berni Ekklstounu qəbul edib

İlham Əliyev Berni Ekklstounu qəbul edib