23 may 2016 15:40

Romain Qrosjan: Ən yaxın dostlarımdan biri Bakıda yaşayır

Azerisport.az sizi Haas F1 komandasının pilotu Romain Qrosjanın müsahibəsi ilə tanış edir.

- Bakı Şəhər Halqasının quruluşu haqqında nə düşünürsünüz? Komandanın simulyatorunda onu artıq sınaqdan keçirmisinizmi?
- Simulyatorda bu treki artıq sınaqdan keçirmişəm. Bu trek çox uzun düzlüklərdən, doxsan dərəcəlik bucağa malik döngələrdən, daha sonra isə qalaya doğru yaxınlaşan hissədə dar keçiddən ibarətdir. Yarışı səbirsizliklə gözləyirəm. Trek, həqiqətən də, çox mənzərəli görünür.

- Bakı və Azərbaycan haqqında hansı məlumatlara maliksiniz?
- Təkcə onu bilirəm ki, mənim ən yaxın dostlarımdan birinin - baş aşpaz Akranın Bakıda “Atelier Vivanda” adlı restoranı var.  Biz yarış keçirilən həftəsonu ərzində mütləq steykin dadına baxacayıq!

- Builki mövsümdə öz iştirakınız barədə nə deyə bilərsiniz?
- Mövsümün başlanğıcı kifayət qədər maraqlı oldu. Avstraliya və Bəhreyn yarışlarından sonra müəyyən çətinliklərlə üzləşdik, lakin buna baxmayaraq, biz öyrənməyə və inkişaf etməyə davam edirik.  Komandamızda hər kəs böyük əzmlə çalışır, ona görə də qarşıdakı yarışlarda daha yaxşı göstəricilərə nail olacağımızdan əminəm.

- Yeni ölkəyə və ya yeni trekə gəldikdən sonra ilk olaraq nə edirsiniz?
- Əslində,yeni ölkəyə yarışmağa gəlmək hər zaman çətindir, çünki hava limanına çatdıqdan sonra dərhal otelə, daha sonra isə, bir qayda olaraq, birbaşa trekə yollanırıq. Həftənin cümə axşamı günü media üçün tədbir, cümədən bazar gününədək trekdə sessiyalar nəzərdə tutulduğu üçün ətrafla tanış olmaq imkanımız olmur. Ümid edirəm ki, qrafikimiz sıx olsa da, Bakını görməyə vaxt tapacam.

- Əgər bir Formula 1 maşını, bir komanda yoldaşı və erası seçməli olsanız, hansıları seçərdiniz?
- Mən Formula 1 erasının 1990-cı illərin ortasında olan mövsümlərini daha çox xoşlayıram. Həmin dövrün Williams bolidləri ən çox sevdiyim maşınlar idi. Komanda yoldaşına gəldiksə isə, yəqin ki, Jül Byankini seçərdim.

- Yarışsız həyatınızı necə təsəvvür edirsiniz?
- Yarışlar olmasa, yəqin ki, aerodinamika mühəndisi olardım.

- Bu il ərzində oxuduğunuz son kitab hansı olub?
- Mütaliə etdiyim sonuncu kitab Aki Hintsanın “Qələbənin Anatomiyası” kitabı olub.

- İlk üçlükdə olan ən son musiqi albomlarının adını çəkə bilərsinizmi?
- Mənim aldığım son musiqi albomları Lukas Qraham və Castin Biberin diskləri olub.

- Baxmaq istədiyiniz film hansıdır?
- Səfərdə olarkən, adətən, təyyarədə bir çox filmləri izləyirəm, odur ki, adlarını çəksəm, siyahı uzun olar.

- Zəhmət olmasa, aşağıdakı şəxsləri/anlayışları üç sözlə təsvir edin:
- 1. Esteban Qutierez – “meksikalı, gənc, sürətli”
2. Berni Ekklstoun – “ağıllı, məzəli, Formula 1”
3. Fernando Alonso – “Təcrübəli! Həmçinin, onun ad günü mənim oğlumla eyni günə təsadüf edir və eyni zamanda, o, çox sürətli yarışçıdır”.
4. Formula 1 – “cazibədar, sürətli, çətin”
5. 2016-cı il Avropa Qran Prisi – “yeni, maraqlı, gözlənilməz”

- Azərbaycandakı azarkeşlərinizə nə demək istərdiniz?
- Mən ilk dəfə Bakıya səfər edəcəyimə və bu ölkə ilə tanış olacağıma görə çox şadam. Belə fərqli quruluşa malik bir trekdə yaxşı yarış nümayiş etdirəcəyimə ümid bəsləyirəm.

Похожие новости

Avtoidman 02 dekabr

Formula 1 Azərbaycan Qran Prisinin biletləri artıq satışdadır

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ictimaiyyətə elan edir ki, 2017 Formula 1 Azərbaycan Qran Prisinin biletləri dekabrın 2-də şirkətin rəsmi saytında onlayn qaydada satışa çıxarılacaq
Avtoidman 01 dekabr

Bakıda keçiriləcək Formula 1 yarışının adı dəyişdirildi

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) böyük məmnuniyyətlə ictimaiyyətin diqqətinə çatdırır ki, Beynəlxalq Avtomobil Federasiyasının (FİA) 2017-ci il üçün açıqladığı Formula 1 Dünya Çempionatının təqvimində Bakıda keçiriləcək yarış Azərbaycan Qran Prisi adlandırılıb və bu yarış 23-25 iyun 2017-ci il tarixlərində baş tutacaq.
Avtoidman 15 noyabr

Bakı-2017 Formula 1 Avropa Qran Prisinin biletləri dekabrın 1-dən satışda olacaq

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ictimaiyyətə elan edir ki, 2017 Formula 1 Avropa Qran Prisinin biletləri dekabrın 1-dən etibarən BŞH-nin rəsmi saytında onlayn qaydada satışda olacaq.
Avtoidman 19 iyun

Niko Rosberq Formula 1-in Bakı mərhələsinin qalibi oldu

"Mercedes" komandasının pilotu Niko Rosberq Bakıda keçirilən "Formula 1" Avropa Qran Prisinin qalibi olub.
Avtoidman 19 iyun

İtaliyalı pilot Bakıda GP2 seriyasının qalibi oldu

İtaliyalı pilot Bakıda GP2 seriyasının qalibi oldu
Avtoidman 19 iyun

Bakıda GP2 seriyası üzrə yürüşdə kütləvi qəza

Bu gün Bakıda GP2 seriyasında ikinci yürüşün (sprint) 12-ci döngəsində kütləvi qəza olub.
Avtoidman 17 iyun

Bakıda Formula 1 həyəcanına start verildi

Azərbaycan üçün tarixi bir gün - komandalar, bolidlər, pərəstişkarlar Formula 1-in yeni şəhər treki 2016 Avropa Qran Prisinə ev sahibliyi edəcək Bakıya təşrif buyurublar.
Avtoidman 17 iyun

Bakı qran-prisinin iştirakçıları mətbuat konfransı keçirdilər

Formula 1 üzrə Bakıda keçiriləcək Avropa qran-prisinin iştirakçıları mətbuat konfransı keçiriblər
Avtoidman 16 iyun

İlham Əliyev Berni Ekklstounu qəbul edib

İlham Əliyev Berni Ekklstounu qəbul edib