10 may 2016 20:40

Bakı Şəhər Halqası xeyriyyə yarmarkası keçirdi

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) əməkdaşları, Avropa Qran Prisinin könüllüləri və marşallarının iştirakı ilə mayın 8-də Fəvvarələr meydanında “Ümid halqasında birləşək!” şüarı altında xeyriyyə yarmarkası baş tutub. Azerisport.az xəbər verir ki, Şuşanın işğalını anmaq məqsədilə baş tutan aksiyada uşaq evində qalan azyaşlıların əl işləri yanaşı əməliyyat şirkəti kollektivinin hazırladığı şirniyyatlar, suvenirlər və bir-birindən gözəl müxtəlif əşyalar satışa çıxarılıb.

Yarmarkaya böyük maraq göstərən şəhər sakinləri buradan alış-veriş edərək xeyriyyə aksiyasına öz töhfələrini veriblər. Tədbirdə, həmçinin Formula 1 Avropa Qran Prisinin marşallarının ulduz elçisi Murad Dadaşov da iştirak edib.

Qeyd edək ki, xeyriyyə yarmarkasında toplanan vəsait aksiyanı keçirən Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin kollektivi tərəfindən “Ümid Yeri” uşaq sığınacağına təqdim olunub.

Похожие новости

Avtoidman 02 dekabr

Formula 1 Azərbaycan Qran Prisinin biletləri artıq satışdadır

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ictimaiyyətə elan edir ki, 2017 Formula 1 Azərbaycan Qran Prisinin biletləri dekabrın 2-də şirkətin rəsmi saytında onlayn qaydada satışa çıxarılacaq
Avtoidman 01 dekabr

Bakıda keçiriləcək Formula 1 yarışının adı dəyişdirildi

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) böyük məmnuniyyətlə ictimaiyyətin diqqətinə çatdırır ki, Beynəlxalq Avtomobil Federasiyasının (FİA) 2017-ci il üçün açıqladığı Formula 1 Dünya Çempionatının təqvimində Bakıda keçiriləcək yarış Azərbaycan Qran Prisi adlandırılıb və bu yarış 23-25 iyun 2017-ci il tarixlərində baş tutacaq.
Avtoidman 15 noyabr

Bakı-2017 Formula 1 Avropa Qran Prisinin biletləri dekabrın 1-dən satışda olacaq

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ictimaiyyətə elan edir ki, 2017 Formula 1 Avropa Qran Prisinin biletləri dekabrın 1-dən etibarən BŞH-nin rəsmi saytında onlayn qaydada satışda olacaq.
Avtoidman 19 iyun

Niko Rosberq Formula 1-in Bakı mərhələsinin qalibi oldu

"Mercedes" komandasının pilotu Niko Rosberq Bakıda keçirilən "Formula 1" Avropa Qran Prisinin qalibi olub.
Avtoidman 19 iyun

İtaliyalı pilot Bakıda GP2 seriyasının qalibi oldu

İtaliyalı pilot Bakıda GP2 seriyasının qalibi oldu
Avtoidman 19 iyun

Bakıda GP2 seriyası üzrə yürüşdə kütləvi qəza

Bu gün Bakıda GP2 seriyasında ikinci yürüşün (sprint) 12-ci döngəsində kütləvi qəza olub.
Avtoidman 17 iyun

Bakıda Formula 1 həyəcanına start verildi

Azərbaycan üçün tarixi bir gün - komandalar, bolidlər, pərəstişkarlar Formula 1-in yeni şəhər treki 2016 Avropa Qran Prisinə ev sahibliyi edəcək Bakıya təşrif buyurublar.
Avtoidman 17 iyun

Bakı qran-prisinin iştirakçıları mətbuat konfransı keçirdilər

Formula 1 üzrə Bakıda keçiriləcək Avropa qran-prisinin iştirakçıları mətbuat konfransı keçiriblər
Avtoidman 16 iyun

İlham Əliyev Berni Ekklstounu qəbul edib

İlham Əliyev Berni Ekklstounu qəbul edib