9 may 2016 19:00

Serxio Perez: Azərbaycanda məni nəyin gözlədiyindən xəbərsizəm

Azerisport.az "Sahara Force India" komandasının pilotu Serxio Perezlə müsahibəni təqdim edir:

- Bakı Şəhər Halqasının quruluşu haqqında nə düşünürsünüz?
- Bu trek çox ensiz və çətin görünsə də, əslində çox gözəl şəhər trekidir. Həmçinin, trek dənizin kənarında yerləşir, odur ki, TV-də izləyən tamaşaçılar bu görüntüdən zövq alacaqlar. Yeni məkanları kəşf etmək hər zaman maraqlıdır, əminəm ki, bu trek azarkeşlər arasında populyarlıq qazanacaq. Şəhər trekləri pilotlar üçün daha çətin olsa da, mən tezliklə bu trekdə yarışmaq istərdim.

- Mövsümün ilkin nəticələri haqqında nə demək istərdiniz? Sizi qane edirmi?
- Hələ ki, yarışların gedişatı mənim istədiyim kimi deyil. Avstraliyadakı yarışda qırmızı bayraq nəticəsində yarış strategiyam alınmadı və uğursuzluqla üzləşdim. Daha sonra Bəhreyndəki yarış zamanı Seynzlə toqquşduqda avtomobilimin ön yan tərəfi qopdu. Bəhreyndə komandamızın xal qazanacağına ümid bəsləyirdim, lakin son bir neçə dövrələrdə xalları itirdik. Mən əminəm ki, biz yaxın zamanlarda gücümüzü göstərə biləcəyik. Sonuncu yarışda komandamız yeddinci yerə çıxmaqla avtomobilimizin kifayət qədər sürətli olduğunu sübut etdi və fikrimcə, bu yaxşı işarədir.

- Yeni ölkəyə və ya yeni trekə gələrkən etdiyiniz ilk iş nə olur?
- Bu, mənə yeni macəranı xatırladır. İlk səfər həmişə maraqlıdır – yeni şəhər, yeni otel, kəşf etməli olduğum yeni məkanlar. Mən şadam ki, bizim yarışlarımız yeni məkanlarda keçirilir və bu, bizə həmin ölkələrdəki azarkeşlərlə görüşmək imkanı yaradır. Əlbəttə ki, yarışlar yeni yerdə keçirilirsə, həmin treklə tanış olmaq çox vacibdir. Komandanın mühəndisləriylə birlikdə trekə baxış keçirmək əhəmiyyətlidir, lakin cümə günü sərbəst yürüşlərdə iştirak etmək daha böyük əhəmiyyət daşıyır.  Dövrələrdəki yarış sürətinə uyğunlaşmalısan.

- Yarış karyeranızda yadınızda qalan ən gülməli an hansı olmuşdur?
- Bu hadisə "Sauber" komandasının heyətində  Suzuka trekində yarışarkən olub. Yarışın sonuncu dövrəsində komandamızın üzvləri ilə radio-əlaqə yaradıb yanacağımın bitdiyini xəbər verdim. Mən finiş xəttini keçdikdən sonra Piter Sauber bir az həyəcanlanmışdı.

- 2016-cı il mövsümündə əsas hədəfiniz nədir?
- Formula 1 yarışlarında şəxsi nəticələrimi yüksəltmək, ötən ildəki nailiyyətlərimizi daha da yaxşılaşdırmaq

- Zəhmət olmasa, aşağıdakı şəxsləri/anlayışları üç sözlə təsvir edin: 
1. Luis Hamilton – Sürətli, gülməli, çempion
2. Berni Eklstoun – Rəhbər, ağıllı, zəngin
3. Daniil Kvyat – Ucaboy, rus, əyləncəli
4. Fernando Alonso – Cəld, müvəffəqiyyətli, qərarlı
5. Niko Hulkenberq – Alman, komanda yoldaşım, rəqib
6. Formula 1 – Xəyalım, işim, həyatım
7. 2016-cı il FORMULA 1 AVROPA  QRAN PRİSİ – Rəqabət, həyəcan, yeni macəra

- Azərbaycandakı azarkeşlərinizə nə demək istərdiniz?
- Orada məni nəyin gözlədiyindən xəbərsizəm, lakin onlarla görüşməyi və bu möhtəşəm tədbirdə iştirak etməyi səbrsizliklə gözləyirəm. (BCC)

Похожие новости

Avtoidman 02 dekabr

Formula 1 Azərbaycan Qran Prisinin biletləri artıq satışdadır

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ictimaiyyətə elan edir ki, 2017 Formula 1 Azərbaycan Qran Prisinin biletləri dekabrın 2-də şirkətin rəsmi saytında onlayn qaydada satışa çıxarılacaq
Avtoidman 01 dekabr

Bakıda keçiriləcək Formula 1 yarışının adı dəyişdirildi

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) böyük məmnuniyyətlə ictimaiyyətin diqqətinə çatdırır ki, Beynəlxalq Avtomobil Federasiyasının (FİA) 2017-ci il üçün açıqladığı Formula 1 Dünya Çempionatının təqvimində Bakıda keçiriləcək yarış Azərbaycan Qran Prisi adlandırılıb və bu yarış 23-25 iyun 2017-ci il tarixlərində baş tutacaq.
Avtoidman 15 noyabr

Bakı-2017 Formula 1 Avropa Qran Prisinin biletləri dekabrın 1-dən satışda olacaq

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ictimaiyyətə elan edir ki, 2017 Formula 1 Avropa Qran Prisinin biletləri dekabrın 1-dən etibarən BŞH-nin rəsmi saytında onlayn qaydada satışda olacaq.
Avtoidman 19 iyun

Niko Rosberq Formula 1-in Bakı mərhələsinin qalibi oldu

"Mercedes" komandasının pilotu Niko Rosberq Bakıda keçirilən "Formula 1" Avropa Qran Prisinin qalibi olub.
Avtoidman 19 iyun

İtaliyalı pilot Bakıda GP2 seriyasının qalibi oldu

İtaliyalı pilot Bakıda GP2 seriyasının qalibi oldu
Avtoidman 19 iyun

Bakıda GP2 seriyası üzrə yürüşdə kütləvi qəza

Bu gün Bakıda GP2 seriyasında ikinci yürüşün (sprint) 12-ci döngəsində kütləvi qəza olub.
Avtoidman 17 iyun

Bakıda Formula 1 həyəcanına start verildi

Azərbaycan üçün tarixi bir gün - komandalar, bolidlər, pərəstişkarlar Formula 1-in yeni şəhər treki 2016 Avropa Qran Prisinə ev sahibliyi edəcək Bakıya təşrif buyurublar.
Avtoidman 17 iyun

Bakı qran-prisinin iştirakçıları mətbuat konfransı keçirdilər

Formula 1 üzrə Bakıda keçiriləcək Avropa qran-prisinin iştirakçıları mətbuat konfransı keçiriblər
Avtoidman 16 iyun

İlham Əliyev Berni Ekklstounu qəbul edib

İlham Əliyev Berni Ekklstounu qəbul edib