7 may 2016 20:20

Bakı Marşallar Klubunun ulduz elçisi ictimaiyyətə təqdim olundu

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) nəzdində fəaliyyət göstərən Bakı Marşallar Klubu (BMK) Azərbaycanın əməkdar artisti Murad Dadaşovu Formula 1 Avropa Qran Prisində iştirak edəcək marşalların ulduz elçisi elan edib. Azerisport.az xəbər verir ki, Mariott Abşeron otelində təşkil olunmuş tədbirdə çıxış edən BŞH-nın Əməliyyatlar şöbəsinin rəhbəri Çingiz Mehdiyev marşalların ulduz elçisini ictimaiyyətə təqdim etdi. Eyni zamanda klubun rəhbəri vəzifəsini də icra edən Çingiz Mehdiyev çıxışı zamanı bildirdi ki, ulduz elçi seçilən Murad Dadaşov ölkədə marşallıq fəaliyyətinə yüksək rəğbətin yaranması istiqamətində çalışacaq: “Marşallıq fəaliyyətinə Azərbaycanda daha geniş kütlədə maraq oyatmaq və Formula 1 Avropa Qran Prisində iştirak edəcək marşallara dəstək göstərmək məqsədilə Murad Dadaşov Bakı Marşallar Klubunun rəsmi ulduz elçisi seçilib.
 
Bildiyiniz kimi, əməkdar artist Murad Dadaşov ölkəmizdə həm də tanınmış prodüser və sevilən aparıcıdır. Hesab edirəm ki, Bakı Marşallar Klubunun fəaliyyətinin ictimaiyyətə çatdırılmasında onun bizə köməyi böyük olacaq.”

Daha sonra çıxış edən Murad Dadaşov yeniyetmə illərindən etibarən Formula 1 yarışlarını həvəslə izlədiyini bildirdi və qeyd etdi ki, marşallarla bir arada olmaqdan böyük zövq alır: “Marşalların ulduz elçisi olmaq olduqca şərəfli bir missiyadır. İndiyədək ölkəmizdə keçirilən iri miqyaslı tədbirlərdə fəxri nümayəndə kimi yaxından iştirak etmişəm. Ancaq burada olmaqdan xüsusi zövq alıram.

Gənclərimiz Formula 1-in ruhuna xas böyük çoşğu və həyəcana sahibdirlər. Mən də öz növbəmdə çalışacağam ki, onlar Avropa Qran Prisində böyük həvəslə iştirak etsinlər və sahib olduqları potensialı ən yüksək səviyyədə ortaya qoysunlar.”

Təqdimatdan sonra Murad Dadaşov, Trek Marşalları üçün təşkil olunan təlim prosesi ilə yaxından tanış oldu. Bəhreyn Motor-idman Federasiyasının peşəkar nümayəndələri tərəfindən keçirilən bu təlimlərdə 350-dən çox marşalın iştirakı nəzərdə tutulub.

Yarış səndən başlayır!

Formula 1 yarışlarının təşkilatçılığında və keçirilməsində marşallar böyük rol oynayırlar. Onlara Formula 1 aləmində “yarış rəsmiləri” də deyirlər. Marşalların əsas fəaliyyəti yarış zamanı Formula 1 pilotlarının təhlükəsizliyini təmin etmək və marşal komandasının inzibati təşkilatçılığında yaxından iştirak etməkdir.

Dünyada marşallıq fəaliyyəti hobbinin bir növü olaraq qəbul olunur. Müxtəlif yaşlarda insanlar Formula 1 yarışlarında marşal kimi çalışaraq həm maraqlı vaxt keçirirlər, həm yarışı ən yaxından izləmək imkanı əldə edirlər, həm də hadisələrin mərkəzində olaraq idman tədbirinin bir hissəsinə çevrilirlər.

Bakı Marşallar Klubu

Azərbaycanda artıq marşallıq ənənəsi formalaşmaqdadır. Belə ki, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti tərəfindən təsis edilən Bakı Marşallar Klubu (BMK) marşallıq fəaliyyətinin bütün istiqamətlərinə dair tədbirlər təşkil edir, təlimlər keçirir və eyni zamanda beynəlxalq marşal klubları ilə də sıx əməkdaşlıqlar qurur.

Bakı Marşal Klubu bu ilin yayında Bakıda ilk dəfə keçiriləcək Formula 1 Avropa Qran Prisinə 1300 marşal cəlb edəcək. Bu marşallardan 300-ü xaricdən gətiriləcək. Qeydiyyat müddəti ərzində Azərbaycanda fəaliyyət göstərən şirkətlərdən qrup halında və eyni zamanda fərdi qaydada 5 mindən çox şəxs marşal olmaq üçün kluba müraciət edib. Daha sonra müraciətçilər müsahibə mərhələsinə cəlb olunublar. Bu mərhələni uğurla keçən namizədlər üçün hazırda marşallıq fəaliyyətinə dair müxtəlif rollar üzrə təlimlər keçirilir.

Yarışın sonunda marşallar Beynəlxalq Avtomobil Federasiyasının marşallıq lisenziyası ilə təmin olunacaqlar. Bu lisenziya marşallara istənilən ölkədə Formula 1 yarışında marşal kimi iştirak etmək imkanı verəcək.

Похожие новости

Avtoidman 02 dekabr

Formula 1 Azərbaycan Qran Prisinin biletləri artıq satışdadır

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ictimaiyyətə elan edir ki, 2017 Formula 1 Azərbaycan Qran Prisinin biletləri dekabrın 2-də şirkətin rəsmi saytında onlayn qaydada satışa çıxarılacaq
Avtoidman 01 dekabr

Bakıda keçiriləcək Formula 1 yarışının adı dəyişdirildi

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) böyük məmnuniyyətlə ictimaiyyətin diqqətinə çatdırır ki, Beynəlxalq Avtomobil Federasiyasının (FİA) 2017-ci il üçün açıqladığı Formula 1 Dünya Çempionatının təqvimində Bakıda keçiriləcək yarış Azərbaycan Qran Prisi adlandırılıb və bu yarış 23-25 iyun 2017-ci il tarixlərində baş tutacaq.
Avtoidman 15 noyabr

Bakı-2017 Formula 1 Avropa Qran Prisinin biletləri dekabrın 1-dən satışda olacaq

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ictimaiyyətə elan edir ki, 2017 Formula 1 Avropa Qran Prisinin biletləri dekabrın 1-dən etibarən BŞH-nin rəsmi saytında onlayn qaydada satışda olacaq.
Avtoidman 19 iyun

Niko Rosberq Formula 1-in Bakı mərhələsinin qalibi oldu

"Mercedes" komandasının pilotu Niko Rosberq Bakıda keçirilən "Formula 1" Avropa Qran Prisinin qalibi olub.
Avtoidman 19 iyun

İtaliyalı pilot Bakıda GP2 seriyasının qalibi oldu

İtaliyalı pilot Bakıda GP2 seriyasının qalibi oldu
Avtoidman 19 iyun

Bakıda GP2 seriyası üzrə yürüşdə kütləvi qəza

Bu gün Bakıda GP2 seriyasında ikinci yürüşün (sprint) 12-ci döngəsində kütləvi qəza olub.
Avtoidman 17 iyun

Bakıda Formula 1 həyəcanına start verildi

Azərbaycan üçün tarixi bir gün - komandalar, bolidlər, pərəstişkarlar Formula 1-in yeni şəhər treki 2016 Avropa Qran Prisinə ev sahibliyi edəcək Bakıya təşrif buyurublar.
Avtoidman 17 iyun

Bakı qran-prisinin iştirakçıları mətbuat konfransı keçirdilər

Formula 1 üzrə Bakıda keçiriləcək Avropa qran-prisinin iştirakçıları mətbuat konfransı keçiriblər
Avtoidman 16 iyun

İlham Əliyev Berni Ekklstounu qəbul edib

İlham Əliyev Berni Ekklstounu qəbul edib