6 may 2016 13:30

Formula 1 pilotları Bakı qran prisini səbirsizliklə gözləyirlər

Dünyanın ən məşhur Formula 1 pilotları ən yeni şəhər treki olan Bakı Şəhər Halqasında keçiriləcək 2016-cı il Formula 1 Avropa Qran Prisində iştirak etmək üçün bu yay ilk dəfə olaraq Bakıya səfər etməyi səbirsizliklə gözlədiklərini ifadə ediblər. Azerisport.az xəbər verir ki, Azərbaycanda ilk dəfə baş tutacaq Formula 1 yarışında iştirak edəcək üçqat dünya çempionu Luis Hamilton, onun komanda yoldaşı və hazırda davam edən Formula 1 Dünya Çempionatının lideri Niko Rosberq (Mercedes AMG Petronas), Daniel Rikkardo (Red Bull Racing), Valteri Bottas (Williams Martini Racing), Niko Hulkenberq (Sahara Force India), o cümlədən,  ikiqat dünya çempionu və Avropa Qran Prisinin rəsmi elçisi Fernando Alonso (McLaren Honda) Formula 1 təqvimindəki ən yeni şəhər treki barədə fikirlərini Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ilə bölüşərək, qarşıdan gələn və şəhər trekləri arasında ən sürətlisi olacağı gözlənilən yarışda güclərini sınamaqdan məmnun olduqlarını bildiriblər:

Luis Hamilton: “Mən Bakıya gəlməyi səbirsizliklə gözləyirəm. İştirak edəcəyim bu yarışa ev sahibliyi edəcəyiniz üçün təşəkkürümü bildirirəm. Bacardığım qədər çox insanla görüşməyə çalışacağam. Bu yarışı həvəslə gözləyirəm”.

Niko Rosberq: “Avropa Qran Prisinin keçirilməsi çox təqdirəlayiq haldır və ümid edirəm ki, çoxlu sayda avropalı azarkeş bu yarışı izləməyə gələcək. Əminəm ki, əhval-ruhiyyə çox yüksək olacaq”. 

Daniel Rikkardo: “Bu yarış (Avropa Qran Prisi) yeni bir macəradır. Bu yarış mövsümə yeni əhval-ruhiyyə gətirəcək. Ən əsası, bu, şəhər treki olacaq. Mən şəhər treklərini xoşlayıram”.

Valtteri Bottas: “Mən Bakıda yarışmağı həvəslə gözləyirəm. Əslində, mən heç vaxt orada olmamışam. Odur ki, Bakı mənim üçün həm səyahət edəcəyim yeni bir məkan, həm də yarışacağım yeni trek olacaq. Mən həqiqətən də bu yarışı böyük səbirsizliklə gözləyirəm”.

Niko Hulkenberq: “Mən yarışların şəhər treklərində keçirilməsini alqışlayıram. İndi hamı Bakı Şəhər Halqasının qədim şəhərdən keçən hissəsi barədə danışır. İçəri Şəhərdən keçən o yol getdikcə daralır. Məncə bu, kifayət qədər maraqlıdır”.

Fernando Alonso: “Bu trek həddindən artıq sürət yığmağa imkan verən bir trekdir. Fikrimcə, Bakıdakı yarışda biz ən yüksək sürətə, 340 km/saata çata bilərik. Şəhər trekində belə sürət əldə etmək əvəzolunmaz bir hissdir”.

 

Похожие новости

Avtoidman 02 dekabr

Formula 1 Azərbaycan Qran Prisinin biletləri artıq satışdadır

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ictimaiyyətə elan edir ki, 2017 Formula 1 Azərbaycan Qran Prisinin biletləri dekabrın 2-də şirkətin rəsmi saytında onlayn qaydada satışa çıxarılacaq
Avtoidman 01 dekabr

Bakıda keçiriləcək Formula 1 yarışının adı dəyişdirildi

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) böyük məmnuniyyətlə ictimaiyyətin diqqətinə çatdırır ki, Beynəlxalq Avtomobil Federasiyasının (FİA) 2017-ci il üçün açıqladığı Formula 1 Dünya Çempionatının təqvimində Bakıda keçiriləcək yarış Azərbaycan Qran Prisi adlandırılıb və bu yarış 23-25 iyun 2017-ci il tarixlərində baş tutacaq.
Avtoidman 15 noyabr

Bakı-2017 Formula 1 Avropa Qran Prisinin biletləri dekabrın 1-dən satışda olacaq

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ictimaiyyətə elan edir ki, 2017 Formula 1 Avropa Qran Prisinin biletləri dekabrın 1-dən etibarən BŞH-nin rəsmi saytında onlayn qaydada satışda olacaq.
Avtoidman 19 iyun

Niko Rosberq Formula 1-in Bakı mərhələsinin qalibi oldu

"Mercedes" komandasının pilotu Niko Rosberq Bakıda keçirilən "Formula 1" Avropa Qran Prisinin qalibi olub.
Avtoidman 19 iyun

İtaliyalı pilot Bakıda GP2 seriyasının qalibi oldu

İtaliyalı pilot Bakıda GP2 seriyasının qalibi oldu
Avtoidman 19 iyun

Bakıda GP2 seriyası üzrə yürüşdə kütləvi qəza

Bu gün Bakıda GP2 seriyasında ikinci yürüşün (sprint) 12-ci döngəsində kütləvi qəza olub.
Avtoidman 17 iyun

Bakıda Formula 1 həyəcanına start verildi

Azərbaycan üçün tarixi bir gün - komandalar, bolidlər, pərəstişkarlar Formula 1-in yeni şəhər treki 2016 Avropa Qran Prisinə ev sahibliyi edəcək Bakıya təşrif buyurublar.
Avtoidman 17 iyun

Bakı qran-prisinin iştirakçıları mətbuat konfransı keçirdilər

Formula 1 üzrə Bakıda keçiriləcək Avropa qran-prisinin iştirakçıları mətbuat konfransı keçiriblər
Avtoidman 16 iyun

İlham Əliyev Berni Ekklstounu qəbul edib

İlham Əliyev Berni Ekklstounu qəbul edib