30 aprel 2016 11:00

Daniel Rikkardo: Tezliklə Bakıya gəlmək istəyirəm

Rusiya Qran Prisi ərəfəsində "Red Bull Racing" komandasının pilotu Daniel Rikkardo ondan gözlənilən uğurlar haqqında və həmçinin Bakı treki haqqında müsahibə verib. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir:

- Daniel, bu mövsümdə siz 3 dəfə dördüncü yeri qazanmısınız – sizdən nə vaxt podium görə biləcəyik?
- Nə qədər tez olsa, bir o qədər yaxşı olar. Bu həftəsonu belə bir imkan yaransa mən bu imkandan hökmən istifadə edəcəm. Ola bilsin ki, bu trek bizim üçün heç də asan olmasın – burada uzun düzlük var, lakin bu il sürətimiz daha yaxşıdır. Belə ki, əgər alınsa Soçidə podiuma çıxacam. Əgər alınmasa, birmənalı olaraq, Monakada mən bunu edəcəm.

- RB12 avtomobili keçən ilki avtomobildən nə ilə fəqlənir? Siz artıq onun gücünün artmasını qeyd etdiniz, daha nəyi qeyd edə bilərsiniz?
- Avtomobilin balansı daha yaxşı olub. Əgər keçən il biz sürətli döngələri yaxşı keçə bilirdiksə, yavaş döngələrdə mütləq problemlər yaranırdı. İndi onlar yoxdu. Məncə RB12 və RB11 arasında ən böyük fərq məhz budur. Həmçinin, yarış zamanı təkərlərə qənaət etmək daha asandır.

- Kristian Horner bu yaxınlarda bildirmişdi ki, yenilənmiş mühərrik ilə siz ən azından Ferrari ilə mübarizə apara bilərsiniz...
- Əgər mühərrik yetirncə güclü olsa, düşünürəm ki, heç bir çətinlik olmadan Ferrari ilə eyni səviyyədə mübarizə aparacağıq. Buna şəxsən inanıram.

- Yeni təkər qaydaları sürətə təsir etdimi? Komanda və pilotlara indi daha rahat oldu?
- Bəli, indi biz seçim edə bilirik. Əgər yolun səthi hamardırsa , o zaman biz daha yumşaq tərkibli təkər seçə bilirik. İstifadə üçün saysız-hesabsız müxtəlif variantlar yaranıb, birmənalı olaraq deyə bilərəm ki yarış bununla daha maraqlı olub. 

- Burada hava daha sərindir, yol səthi ilə ilişmə azdır.
- Düşünürəm ki Medium tipli təkərləri qızdırmaq çətin olacaq, lakin Soft və Supersof problemsiz işləməlidir. Çox güman ki, sıralanma turunda Supersoftla cəmi bir sürətli dövrə vura biləcəyik.

- Soçidə küləkli havaya görə pilotlar hansı problemlərlə qarşılaşa bilərlər?
- Mənə elə gəldi ki, indi külək artıq sakitləşməyə başlayıb. Əgər külək kəsməsəsə, bizə heç də asan olmayacaq. Xüsusilə də külək avtomobilin arxa tərəfindən əsərsə bu, avtomobili idarə etməkdə bizə çətinlik yaradacaq. İstənilən güclü külək balansa öz təsirini göstərir.

- Daniel, ötən gün ad günü olan Daniil Kvyata nə hədiyyə etdiniz?
- Düzünü desəm, onun ad günü olduğunu bu gün xatırladım. Ya bu gün axşam, ya da bazar günü ona bir şüşə pivə alacam... (gülür)

- Bakı trekindən gözləntiləriniz nələrdir? Fernando Alonso deyir ki, bu ən sürətli şəhər treki olacaq.
- Bəzi döngələri görmüşəm, çox çətin və sürəli görünürlər. Çox heyran qaldım və tezliklə ora getmək istəyirəm.

- Siz trekin ən ensiz hissəsini görməmisiniz – həqiqətən inanılmazdır. Sol tərəfdən, demək olar ki, bir metr məsafədə, XIII əsrdə tikilmiş qədimi qala divarları yerləşir. Ehtiyatlı olun!
- Deməli, çalışmalıyıq ki, divarı zədələməyək, düz anlayıram? (gülür)

- Çin Qran Prisində keçmiş komanda yoldaşınız Sebastiyan Fettel və indiki komanda yoldaşınız Daniil Kvyat arasında baş vermiş insident haqqında nə deyə bilərsiniz?
- Təkrarlara bir-neçə dəfə baxdım və düşünürəm ki, Daniil hər şeyi düzgün edib. Yer var idi və o, bundan məharətlə istifadə edib. Yarış zamanı gözləmək lazım deyil ki, hər şey ideal olacaq. Ona görə Sebastian podiumda Daniili günahlandırmaqla bir az həddini aşmış oldu.

Похожие новости

Avtoidman 02 dekabr

Formula 1 Azərbaycan Qran Prisinin biletləri artıq satışdadır

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ictimaiyyətə elan edir ki, 2017 Formula 1 Azərbaycan Qran Prisinin biletləri dekabrın 2-də şirkətin rəsmi saytında onlayn qaydada satışa çıxarılacaq
Avtoidman 01 dekabr

Bakıda keçiriləcək Formula 1 yarışının adı dəyişdirildi

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) böyük məmnuniyyətlə ictimaiyyətin diqqətinə çatdırır ki, Beynəlxalq Avtomobil Federasiyasının (FİA) 2017-ci il üçün açıqladığı Formula 1 Dünya Çempionatının təqvimində Bakıda keçiriləcək yarış Azərbaycan Qran Prisi adlandırılıb və bu yarış 23-25 iyun 2017-ci il tarixlərində baş tutacaq.
Avtoidman 15 noyabr

Bakı-2017 Formula 1 Avropa Qran Prisinin biletləri dekabrın 1-dən satışda olacaq

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ictimaiyyətə elan edir ki, 2017 Formula 1 Avropa Qran Prisinin biletləri dekabrın 1-dən etibarən BŞH-nin rəsmi saytında onlayn qaydada satışda olacaq.
Avtoidman 19 iyun

Niko Rosberq Formula 1-in Bakı mərhələsinin qalibi oldu

"Mercedes" komandasının pilotu Niko Rosberq Bakıda keçirilən "Formula 1" Avropa Qran Prisinin qalibi olub.
Avtoidman 19 iyun

İtaliyalı pilot Bakıda GP2 seriyasının qalibi oldu

İtaliyalı pilot Bakıda GP2 seriyasının qalibi oldu
Avtoidman 19 iyun

Bakıda GP2 seriyası üzrə yürüşdə kütləvi qəza

Bu gün Bakıda GP2 seriyasında ikinci yürüşün (sprint) 12-ci döngəsində kütləvi qəza olub.
Avtoidman 17 iyun

Bakıda Formula 1 həyəcanına start verildi

Azərbaycan üçün tarixi bir gün - komandalar, bolidlər, pərəstişkarlar Formula 1-in yeni şəhər treki 2016 Avropa Qran Prisinə ev sahibliyi edəcək Bakıya təşrif buyurublar.
Avtoidman 17 iyun

Bakı qran-prisinin iştirakçıları mətbuat konfransı keçirdilər

Formula 1 üzrə Bakıda keçiriləcək Avropa qran-prisinin iştirakçıları mətbuat konfransı keçiriblər
Avtoidman 16 iyun

İlham Əliyev Berni Ekklstounu qəbul edib

İlham Əliyev Berni Ekklstounu qəbul edib