28 aprel 2016 18:00

Formula 1 yarışının Bakıda keçirilməsinə dair müqavilənin imzalanmasından 2 il ötür

Bakı Şəhər Halqasında “Odlar ölkəsində, Sürət zirvəsində!” devizinin reallaşmasına iki aydan az müddət qalıb. Azerisport.az xəbər verir ki, bu gün Azərbaycan Höküməti ilə Formula 1 Rəhbərliyi arasında Formula 1 Dünya Çempionatı çərçivəsində Qran Pri yarışlarından birinin paytaxt Bakı şəhərində keçirilməsinə dair müqavilənin imzalanmasının 2-ci ildönümüdür. 

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin icraçı direktoru Arif Rəhimov bu münasibətlə öz təbriklərini bildirib: “Biz bundan düz iki il əvvəl Bakıda ilk dəfə Formula 1 Qran Pri yarışının keçirilməsinə dair müqavilə imzaladıq. Komandamız ölkəmiz üçün tarixi əhəmiyyətə sahib bu idman yarışını uğurla həyata keçirmək üçün yorulmadan çalışır. 

Mən fürsətdən istifadə edərək bu işdə əməyi keçən və bu arzunun gerçəkləşməsində yaxından iştirak edən hər kəsə öz təşəkkürümü bildirirəm. 

Biz əminik ki, Bakı Şəhər Halqası, 2016-cı il Formula 1 Avropa Qran Prisinin “Odlar ölkəsində, Sürət zirvəsində!” devizini böyük uğurla reallaşdıracaq”.

Formula 1-in ən yeni şəhər treki özündə tarixiliklə müasirliyi birləşdirən paytaxt Bakının gözoxşayan mənzərəyə sahib mərkəzi küçələrində yerləşir. YUNESKO-nun Ümumdünya Maddi İrsi Siyahısına salınmış tarixi İçəri Şəhər qoruğunun, müasir üslubda inşa olunmuş əzəmətli Alov Qüllələrinin və füsünkar gözəlliyə sahib Dənizkənar Parkın trekin ətrafında yerləşməsi Bakını Formula 1 yarışının zövqlə izləniləcəyi unikal məkana çevirir.

Bakı Şəhər Halqasının memarı Herman Tilkeyə görə, Formula 1-in Azərbaycanda inşa olunmuş ən yeni treki dünyada ən sürətli şəhər treki ünvanına tezliklə yiyələnəcək. Herman Tilke əməliyyat şirkətinin rəsmi saytına verdiyi müsahibədə bildirib ki, Bakı Şəhər Halqası sahib olduğu bir sıra xüsusiyyətlərə görə digər treklərdən fərqlənir: 

“Bakı Şəhər Halqasını Formula 1-in daimi trekləri ilə müqayisə etmək düzgün deyil. Çünki bu, şəhər trekidir. Anoloji treklərlə müqayisədə Bakı Şəhər Halqası öz unikallığı ilə seçilir. Bu trekin Formula 1 təqvimində şəhər treklərinin ən sürətlisi olacağı gözlənilir. 

Trekin şəhərin tarixi məkanlarından keçməsi həm tribunalarda, həm də televiziya ekranları qarşısında əyləşən tamaşaçılar üçün qeyri-adi və yaddaqalan yarış əhval-ruhiyyəsi yaradacaq. Bakı Şəhər Halqası məhz bu xüsusiyyətinə görə azarkeşləri özünə cəlb edəcək. 

Bu baxımdan deyə bilərəm ki, Formula 1 təqvimində Bakı Şəhər Halqasına bənzər ikinci bir trek yoxdur və bu trek mövsümün ən həyəcanlı yarışına ev sahibliyi edəcək.”

Yarış həftəsonu ərəfəsində dünya müsiqisinin ən məşhurlarından Kris Braunun, Enrike İqlesiasın və Farel Vilyamsın Bakıda ən çox dinlənilən mahnıları ilə çıxış etməsi Avropa Qran Prisini daha yaddaqalan edəcək. Bu dünya ulduzları 17-18 iyun tarixlərində hər gün biri olmaqla müvafiq ardıcıllıqla Formula 1 Şəhərciyində qurulmuş səhnəyə çıxacaq və yarışı izləmək üçün dünyanın müxtəlif yerlərindən Bakıya gəlmiş Formula 1 azarkeşlərinə unudulmaz anlar yaşadacaqlar. 

2016-cı il Formula 1 Avropa Qran Prisinə biletlər satışdadır!

Bu möhtəşəm şəhərin mərkəzi küçələrində dünyanın ən məşhur Formula 1 pilotlarının amansız rəqabətinə 7 həftənin qaldığı bir ərəfədə əməliyyat şirkəti bütün

Formula 1 azarkeşlərinə qısa müraciət ünvanlamaq istəyir: Siz burada yarışdan artığına şahid olacaqsınız. Odur ki, indi var ikən bilet almağa tələsin!

Bundan başqa, bilet almaq üçün Bakının qabaqcıl alış-veriş mərkəzlərində və şəhər əhalisinin sıx olduğu məkanlarda istifadəyə verilmiş bilet satışı məntəqələrinə yaxınlaşa bilərsiniz. Park Bulvar, 28 Mall və Port Baku Mall ticarət mərkəzlərində, Formula 1 Əyləncə Zonası və Bakı Su İdmanı Sarayında yerləşən bu məntəqələr yarışadək həftənin hər günü fəaliyyət göstərəcək. 

Похожие новости

Avtoidman 02 dekabr

Formula 1 Azərbaycan Qran Prisinin biletləri artıq satışdadır

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ictimaiyyətə elan edir ki, 2017 Formula 1 Azərbaycan Qran Prisinin biletləri dekabrın 2-də şirkətin rəsmi saytında onlayn qaydada satışa çıxarılacaq
Avtoidman 01 dekabr

Bakıda keçiriləcək Formula 1 yarışının adı dəyişdirildi

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) böyük məmnuniyyətlə ictimaiyyətin diqqətinə çatdırır ki, Beynəlxalq Avtomobil Federasiyasının (FİA) 2017-ci il üçün açıqladığı Formula 1 Dünya Çempionatının təqvimində Bakıda keçiriləcək yarış Azərbaycan Qran Prisi adlandırılıb və bu yarış 23-25 iyun 2017-ci il tarixlərində baş tutacaq.
Avtoidman 15 noyabr

Bakı-2017 Formula 1 Avropa Qran Prisinin biletləri dekabrın 1-dən satışda olacaq

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ictimaiyyətə elan edir ki, 2017 Formula 1 Avropa Qran Prisinin biletləri dekabrın 1-dən etibarən BŞH-nin rəsmi saytında onlayn qaydada satışda olacaq.
Avtoidman 19 iyun

Niko Rosberq Formula 1-in Bakı mərhələsinin qalibi oldu

"Mercedes" komandasının pilotu Niko Rosberq Bakıda keçirilən "Formula 1" Avropa Qran Prisinin qalibi olub.
Avtoidman 19 iyun

İtaliyalı pilot Bakıda GP2 seriyasının qalibi oldu

İtaliyalı pilot Bakıda GP2 seriyasının qalibi oldu
Avtoidman 19 iyun

Bakıda GP2 seriyası üzrə yürüşdə kütləvi qəza

Bu gün Bakıda GP2 seriyasında ikinci yürüşün (sprint) 12-ci döngəsində kütləvi qəza olub.
Avtoidman 17 iyun

Bakıda Formula 1 həyəcanına start verildi

Azərbaycan üçün tarixi bir gün - komandalar, bolidlər, pərəstişkarlar Formula 1-in yeni şəhər treki 2016 Avropa Qran Prisinə ev sahibliyi edəcək Bakıya təşrif buyurublar.
Avtoidman 17 iyun

Bakı qran-prisinin iştirakçıları mətbuat konfransı keçirdilər

Formula 1 üzrə Bakıda keçiriləcək Avropa qran-prisinin iştirakçıları mətbuat konfransı keçiriblər
Avtoidman 16 iyun

İlham Əliyev Berni Ekklstounu qəbul edib

İlham Əliyev Berni Ekklstounu qəbul edib