13 aprel 2016 13:00

Kris Braun, Enrike İqlesias və Farel Vilyams Bakıya gəlirlər

Dünya musiqisinin ulduzları 17-19 iyun tarixləri ərzində Bakıda baş tutacaq Formula 1 Avropa Qran Prisi çərçivəsində keçiriləcək konsert proqramlarında öz ifaları ilə azarkeşləri əyləndirəcəklər. Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) ictimaiyyətə böyük məmnuniyyətlə bildirir ki, dünya musiqisinin ən məşhur ulduzlarından üçü – Kris Braun, Enrike İqlesias və Farel Vilyams 2016-ci il Formula 1 Avropa Qran Prisinin yarış həftəsonu ərzində təşkil olunacaq musiqili proqramın əsas ifaçıları olacaq. İyunun 17-si cümə günündən başlayaraq, dünya musiqisinin üç məşhur ulduzu Formula 1 şəhərciyində xüsusi olaraq qurulmuş əsas səhnədə axşam saatlarında müvafiq ardıcıllıqla çıxış edəcək.

Azerisport.az xəbər verir ki, cümə günü axşam saatlarında Kris Braun özünün yüksək enerjili məşhur şousu ilə möhtəşəm musiqi və idman həftəsonuna rəng qataraq əyləncə proqramına start verəcək. Amerikalı müğənni, bəstəkar və rəqqas trekdə yarışın ilk günü sona çatdıqda minlərlə Formula 1 azarkeşinin qarşısında özünün “Yeah3x”, “Look At Me Now” və “Beautiful People” kimi məşhur hitlərini ifa edəcək.

Şənbə axşamı dünyanın ən məşhur canlı musiqi ifaçısı adını qazanmış Enrike İqlesias coşğulu konsert proqramı ilə səhnədə yer alacaq. “Latın Pop Musiqisinin Kralı” kimi tanınan ispan əsilli müğənni səhnədə özünün “Hero”, “Bailamos” və “I Like It” kimi məşhur hitlərini səsləndirəcək. Ehtiraslı balladaları və yüksək enerjili rəqs musiqilərindən ibarət albomları ilə dünyada 137 milyon ədəd satış rekordu qıran ifaçı, təsnifat yarışları sona çatdıqdan sonra Dənizkənarı Bulvarda yerləşən Formula 1 Şəhərciyində öz mahnıları ilə tamaşaçıları coşduracaq.

Bazar axşamı yaddaqalan yarış həftəsonu başa çatarkən dünyanın ən tanınmış və nüfuzlu ulduzlarından biri olan Farel Vilyams əsas səhnədə yer alaraq öz məşhur musiqi proqramı ilə 2016-ci il Formula 1 Avropa Qran Prisinə yekun vuracaq. Bir çox istedada malik amerikalı ifaçı, bəstəkar və prodüser musiqi tarixində “Get Lucky”, “Happy” və “Frontin” kimi populyar hitlərinin və sadalamadığımız digər musiqi parçalarının müəllifi kimi tanınır. 2016-cı il Formula 1 Avropa Qran Prisində sonuncu avtomobil finiş xəttini keçdikdən bir neçə saat sonra Vilyamsın mükəmməl ifası ilə Bakıda ilk dəfə keçirilən Formula 1 tədbiri başa çatacaq.

Musiqi proqramı təsdiq olunduqdan dərhal sonra çıxış edən Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin Marketinq və Kommunikasiya şöbəsinin rəhbəri Nigar Arpadarai ulduzların Bakıya gəlişinə belə münasibət bildirdi: “Dünya üzrə keçirilən müxtəlif Qran Pri yarışlarında musiqi ulduzlarının iştirakı onu sübut edir ki, musiqi ilə Formula 1-in vəhdəti ayrılmazdır. Bugünkü xəbərə əsaslanaraq onu deyə bilərəm ki, Formula 1 həftəsonu ərzində avto-idman azarkeşləri və musiqisevərlər həm trekdə, həm də trekdən kənarda təşkil olunacaq və Bakının ev sahibliyi edəcəyi böyük idman yarışının  və əyləncənin uğurlu vəhdətini izləyə biləcəklər. Bizə qoşulmaq barədə düşünənlərə sözümüz var: 2016-cı il Formula 1 Avropa Qran Prisini qaçırmaq olmaz. 17-19 iyun tarixlərində Bakıda sizinlə görüşməyi və birlikdə əylənməyi səbrsizliklə gözləyirik”.

Qeyd edək ki, konsertlərə giriş ödənişsizdir və bu proqramda ancaq Avropa Qran Prisinə bilet alanlar iştirak edə biləcəklər. Bununla yanaşı üç günlük bilet sahibləri eksklyuziv olaraq Pit Yoluna, pilotların gündəlik avtoqraf sessiyalarına və yarış həftəsonu ərzində trek boyu təşkil olunmuş müxtəlif əyləncə tədbirlərinə qatıla biləcəklər.
2016-cı il Formula 1 Avropa Qran Prisinin biletlərinin satışı davam edir!

Bakıda keçiriləcək 2016-cı il Formula 1 Avropa Qran Prisinə iki aydan bir az çox vaxtın qaldığı bir ərəfədə biletlərin satışı Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin rəsmi saytında (www.bakucitycircuit.com) və Bakının aparıcı aliş-veriş mərkəzlərində davam edir.

Biletləri, həmçinin, www.gootickets.com, Grand Prix Tickets Worldwide (www.gpt-worldwide.com) və www.formula1.com saytlarından da əldə edə bilərsiniz.

2016-cı il Formula 1 Avropa Qran Prisinin biletlərini indidən əldə etmək və Bakıya səfərinizi əvvəlcədən planlaşdırmaq istəyənlər üçün lazımi məlumatlar bu keçiddədir: www.bakucitycircuit.com

Похожие новости

Avtoidman 02 dekabr

Formula 1 Azərbaycan Qran Prisinin biletləri artıq satışdadır

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ictimaiyyətə elan edir ki, 2017 Formula 1 Azərbaycan Qran Prisinin biletləri dekabrın 2-də şirkətin rəsmi saytında onlayn qaydada satışa çıxarılacaq
Avtoidman 01 dekabr

Bakıda keçiriləcək Formula 1 yarışının adı dəyişdirildi

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) böyük məmnuniyyətlə ictimaiyyətin diqqətinə çatdırır ki, Beynəlxalq Avtomobil Federasiyasının (FİA) 2017-ci il üçün açıqladığı Formula 1 Dünya Çempionatının təqvimində Bakıda keçiriləcək yarış Azərbaycan Qran Prisi adlandırılıb və bu yarış 23-25 iyun 2017-ci il tarixlərində baş tutacaq.
Avtoidman 15 noyabr

Bakı-2017 Formula 1 Avropa Qran Prisinin biletləri dekabrın 1-dən satışda olacaq

Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (BŞH) ictimaiyyətə elan edir ki, 2017 Formula 1 Avropa Qran Prisinin biletləri dekabrın 1-dən etibarən BŞH-nin rəsmi saytında onlayn qaydada satışda olacaq.
Avtoidman 19 iyun

Niko Rosberq Formula 1-in Bakı mərhələsinin qalibi oldu

"Mercedes" komandasının pilotu Niko Rosberq Bakıda keçirilən "Formula 1" Avropa Qran Prisinin qalibi olub.
Avtoidman 19 iyun

İtaliyalı pilot Bakıda GP2 seriyasının qalibi oldu

İtaliyalı pilot Bakıda GP2 seriyasının qalibi oldu
Avtoidman 19 iyun

Bakıda GP2 seriyası üzrə yürüşdə kütləvi qəza

Bu gün Bakıda GP2 seriyasında ikinci yürüşün (sprint) 12-ci döngəsində kütləvi qəza olub.
Avtoidman 17 iyun

Bakıda Formula 1 həyəcanına start verildi

Azərbaycan üçün tarixi bir gün - komandalar, bolidlər, pərəstişkarlar Formula 1-in yeni şəhər treki 2016 Avropa Qran Prisinə ev sahibliyi edəcək Bakıya təşrif buyurublar.
Avtoidman 17 iyun

Bakı qran-prisinin iştirakçıları mətbuat konfransı keçirdilər

Formula 1 üzrə Bakıda keçiriləcək Avropa qran-prisinin iştirakçıları mətbuat konfransı keçiriblər
Avtoidman 16 iyun

İlham Əliyev Berni Ekklstounu qəbul edib

İlham Əliyev Berni Ekklstounu qəbul edib